Nazpəri ilə bacısı küsülüdür? - "Onu hər kəs yoldan çıxara bilir"

Nazpəri ilə bacısı küsülüdür? - "Onu hər kəs yoldan çıxara bilir"Xalq artisti Nazpəri Dostəliyeva müğənni bacısı Zeynəb Dostəliyeva ilə küsülü olması xəbərlərinə aydınlıq gətirib.

Sonxeber.az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni "Səhər-səhər" proqramında deyib ki, aralarında heç bir inciklik yoxdur:

"Ətlə dırnağın arasına girən çöp iylənib çıxar. Bacım çox əsəbidir. Balaca uşaq belə onu yoldan çıxara bilər, hara istəsə apara bilər. Hər deyilənə inanandır. Bir ailədə hərə bir xasiyyətdədir. Mənim düşmənim belə olsa, onunla üz-üzə oturmağa qabiliyyətim var. Bacım kim nə deyir, ona gedir. Bir də öz-özündən hoflanır. Amma nə Zeynəb, nə də Nazpəri bacısının üstündən xətt çəkər. Onu həyat yoldaşı oxumağa qoymadı, evdəki əşyalara da qısqanırdı. Bizim düşmən olduğumuzu media yazır. Bacımın bəzi çıxışlarını başlıq edirlər. Biz aşıq balalarıyıq, heç kim bizi ayırmaz".

Şou-biznes   Baxılıb: 3006   Tarix: 22 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR