Müsəlman millət vəkilləri hədələndi və …

Müsəlman millət vəkilləri hədələndi və …Böyük Britaniyada müsəlman millət vəkilləri martın 12-dən başlayaraq içində hədə-qorxu dolu məktub və şübhəli maddə olan qutular alıblar.

New York Times qəzeti yazır ki, məktublarda "Müsəlmanı cəzalandırmaq günü"nə çağırış var.

İfrat millətçilər insanları aprelin 3-də müsəlmanları təhqir etməyə, vurmağa çağırır, buna görə mükafat vəd edirlər.
Məktubda hətta məscidləri partlatmağa, Məkkəyə atom bombası atmağa çağırış da var.

Baş nazir Tereza Meyin kabinetində ev, icmalar və yerli hökumət məsələləri üzrə katib kimi çalışan Sajid Javid martın 15-də ona gələn məktubun surətini Twitter-də paylaşıb.
Müsəlman millət vəkillərinə göndərilən məktublarda pis qoxulu maddə də olub, amma polis deyib ki, bu, insan sağlamlığına ziyan vuracaq maddələr deyil.

Britaniya hökuməti bildirir ki, 2013-2017-ci illərdə İngiltərə və Uelsdə nifrət zəminində baş vermiş cinayətlərin sayı 2 dəfə artıb. O cümlədən dini nifrət zəminində cinayətlərin sayı 4 dəfə çoxalıb.
Ekstremist qrupları müşahidə edən ictimai təşkilatlar bildirirlər ki, ifrat sağçı ideologiya sürətlə yayılır.

Elə bir müddət əvvəl Britaniyanın Avropa Birliyindən çıxması ilə nəticələnən referendumda da millətçi əhval xüsusi rol oynamışdı.
İfrat sağçılar radikal islamçıların Avropada və Britaniyada törətdiyi terror aktlarını əldə bayraq edirlər.

Ötən həftə qatı anti-müsəlman mövqeyi ilə seçilən "Britain First" (Öncə Britaniya) ekstremist qrupunun rəhbərləri həbs cəzasına məhkum edilmişdilər.
Müsəlmanlara qarşı təhrikedici çağırışlar ötən il də yayılmışdı.

Son günlər hədələyici məktub alanlardan biri də millət vəkili Rushanara Ali olub.

O deyir ki, əvvəllər də müsəlmanlara qarşı çağırışlarla rastlaşıb, amma son illərdə baş verənlər ciddi narahatlıq doğurur.
Müsəlman millət vəkilləri şübhəli qutuları alandan sonra polis onların ofislərini qısa müddətə boşaltmalı olub.(azadliq.org)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1038   Tarix: 22 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qız qülləsi" bağlanır - SƏBƏB

Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adadakı "Qız qülləsi" bir həftə müddətinə bağlı olacaq. Türkiyə mediasına istinadən xəbər verir ki, Mədəni İrs və Muzeylər Baş İdarəsim məlumat yayıb. "Qız qülləsi" Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən nəzarət işlərini

23 aprel
.

Rusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO

Məhkəmə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvətalma) saxlanılıb

24 aprel
.

Qadın evdən ulu babasının sevgi məktublarını tapdı

97 yaşlı Koloradolu nənəsinin əşyalarını gözdən keçirəndə təsadüfən 1890-cı il avqustun 5-də ulu babası Salvatore Ciuccinin yazdığı bir sevgi məktubu tapıb. xarici KİV-ə istinadən xəbər verir ki, Salvatore məktubda İtaliyadan San-Fransiskoya gəldikdən qısa müddət sonra həyat yoldaşı olan Anna Merfidə

23 aprel
.

76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi

Cənubi Koreyada 20 yaşlı gənc 76 pişiyin həyatına son qoyub. xarici KİV-ə istinadən xəbər verir ki, o Changwon bölgə məhkəməsində keçirilən proses zamanı 14 ay həbs edilib. Oğlan avtomoilini cızdığına görə pişiklərə nifrət etdiyini və onları bu səbəbdən öldürdüyünü deyib. O son bir il ərzində evinə küçədə

24 aprel
.

Qadın salonunda iyrənc hadisə! 14 yaşlı uşağa təcavüz etdi

Qadın salonunda 46 yaşlı kişi saç ustasının yanında işi öyrənən 14 yaşlı uşaq cinsi istismara məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Qadın gözəllik salonunda işləyən 14 yaşlı qız ailəsinə müəssisənin sahibinin ona cinsi təcavüz etdiyini və zorla mesajlar göndərdiyin

23 aprel
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25 aprel
.

Uşaq məhbuslara işgəncə verən mühafizəçilər saxlanıldı

İtaliyanın Milan şəhərindəki cəzaçəkmə müəssisələrindən birində çalışan 13 mühafizəçi uşaq məhbuslarla pis rəftar etdikləri və onlara işgəncə verdikləri üçün saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milan Baş Prokurorluğu açıqlama yayıb. Qeyd edilib ki, aparılan istintaq çərçivəsind

23 aprel
.

Tribunada şəhər merinin şalvarı aşağı düşdü - VİDEO

Kolumbiyanın Sabanalarq şəhərində merin çıxışı zamanı gülməli hadisə baş verib. xarici mediaya istinadla bildirir ki, bələdiyyə sədri Xose Elias Çams təhsil müəssisəsində ictimaiyyət qarşısında çıxış edərkən şalvarı aşağı düşüb və o, səhnədə alt paltarında qalıb. Vəziyyətin yöndəmsizliyinə baxmayaraq

23 aprel
.

Vergi dairəsində işləyən məmur rüşvət alarkən yaxalandı - VİDEO

Türkiyədə məmur rüşvət alarkən yaxalanıb. xarici mediaya istinadən xəbər verir ki, İstanbul'da vergi dairəsində işləyən icra məmur, vergi borcu olan kişiyi təhdit edərək rüşvət tələb edib. Məmur rüşvət alarkən polis tərəfindən cinayət başında saxlanılıb. Hadisə ilə bağlı 2 nəfər məhkəmə qərarı il

24 aprel