Əməkdar artistimiz rejissor həyat yoldaşının xəyanətindən danışdı: "Teatrda nə etdilər bilmirəm, beyni tamam dəyişdi" - FOTO

Əməkdar artist Gülşad Baxşıyevanın milli.Az-a müsahibəsi.

- Gülşad xanım, istərdim lap uzaqlara, uşaqlığınıza qayıdaq. Uşaqlığınız necə keçib?

- Mən 1952-ci ildə Bakıda anadan olmuşam. Elə də imkanlı ailədə doğulmamışam, ailəmiz ortabab olub. Atam qatarda bələdçi işləyirdi, anam isə evdar qadın idi. Ailədə 6 uşaq olmuşuq. Uşaqlığımla bağlı qayğısız illər ötüb keçsə də, xatirələr hələ də qəlbimdə yaşayır. Təbii ki, hamı kimi mənim də kədərləndiyim məqamlar var. 10 yaşlı qardaşımı elektrik cərəyanı vurub öldürmüşdü. Bu itki mənim yeniyetməlik yaşımda sağalmaz yaraya çevrildi. Hətta bugünkü gündə də çətinliyim olanda deyirəm ki, kaş qardaşım Süleyman sağ olaydı. Görünür, ən böyük məlhəm zamandır. Zaman bizə yaşadığımız acıları unutdurur.

- Sənətə həvəsiniz necə yaranıb?

- Biz aktyorlara qeyri-adi insan kimi baxmışıq, indiki cavanlar kimi yox. Mən uşaqlıqda məhəllədə səhnəciklər göstərirdim. Yaşım artdıqca aktrisa olmağa həvəsim daha da çoxalırdı. Amma atam aktrisa olmağımı istəmirdi. O vaxtı nəinki atam, heç kim istəmirdi ki, qızı incəsənətə baş vursun. Aktrisa olmaq istəyimi valideynlərimə deyəndə mənə misal gətirirdilər. Deyirdilər ki, filankəs aktrisadır, ərindən ayrılıb və s. Tale elə gətirmişdi ki, atam Lütfü Məmmədbəyov ilə yaxın dost idi. Bir gün Lütfü müəllim məni görüb dedi ki, sən mütləq aktrisa olmalısan. Dedim ki, axı atam qoymur. Dedi narahat olma, atanı mən razı salaram. Atamı birtəhər razı salandan sonra sənədlərimi İncəsənət Universitetinin dram və kino aktyorluğu ixtisasına verdim. Universiteti bitirəndən sonra məni təyinatla Şəkiyə göndərdilər. Biz bir neçə gənc burada Şəki teatrını yaratdıq. Mən 10 ilə yaxın bu teatrın səhnəsində, sözün əsl mənasında, can qoymuşam.

- Gülşad xanım teatrda əvəzsiz xidmətləriniz olub. Buna baxmayaraq tamaşaçılar sizi "Bəxt üzüyü" filmi ilə daha yaxından tanıyıblar. Bu filmin uğurlu alınmasının əsas səbəbi nə idi?

- Mən hələ də o filmə baxanda özümü tanımıram. İndiki Gülşad kimi mən onu görə bilmirəm. "Bəxt üzüyü" filminin inandırıcı alınmasının əsas səbəblərindən biri də filmdə mövcud olan aktyor kollektivi idi. Bundan əlavə də filmdə mənimlə bağlı olan bəzi səhnələr həyatımla səsləşirdi. Bəlkə də obrazın gözəl alınmasının nəticəsi həmin səhnələri daha inandırıcı oynamağım olub.

- Şəki Teatrı sizin üçün necə yadda qalıb?

- Mən Şəkidə həm də qismətimi, taleyimi tapmışdım. Bu teatr mənim həm də ailəm idi.

- Ailə demişkən... Hüseynağa Atakişiyevlə tanışlığınızı necə xatırlayırsız?

- Mən Hüseynağa ilə bu teatrda tanış olmuşdum. Uzun illər bu teatrda onun quruluş verdiyi tamaşalarda oynamışam. Hüseynağa müəllim Şəkidə işlədiyim zamanlar mənə 2 dəfə evlilik təklifi etmişdi. Hər dəfə də ona deyirdim ki, mənim hələ evlənmək fikrim yoxdur. 3-cü dəfə mənə dedi ki, bu sözü bir də sənə deməyəcəyəm, əgər ərə getmək fikrin olsa, gəlib mənə deyərsən (gülür). Atam ağır xəstə idi, bilirdim ki, sağalmayacaq. Onun da ən böyük arzularından biri məni ailəli, uşaqlı görmək idi. Mənə görə çox dərd çəkirdi. Gəlib Hüseynağaya dedim ki, yadındadır sən bir dəfə mənə dedin ki, evlənmək fikrin olsa, mənə deyərsən? O da cavab olaraq dedi ki, bir dəfə yox 3 dəfə demişəm. Dedim ki, əgər sən ciddisənsə, mənim də sənə ərə getmək fikrim var. Elə bu sözümü gözləyirmiş kimi bir neçə gündən sonra elçilərini bizə göndərdi. Həmişə ona deyirdim ki, sən niyə bir dəfə demirsən ki, səni sevirəm? Deyirdi ki, almaq elə sevmək deməkdir də.

- Bu qədər sevgi üzərində qurulmuş bir ailə necə oldu ki, yarıda qaldı?

- Mən ailədə onun üçün hər cürə imkan yaratmışdım ki, o, ancaq sənəti haqqında fikirləşsin. Şəkidən Bakıya gələndə bu insan tamamilə dəyişdi. Teatrda onun üçün nələr etdilər, neynədilər bilmirəm. Bu insanın beyni, həyata baxışı dəyişdi. Hətta onun tamaşalarına baxanlar deyirdilər ki, Hüseynağa Gənclər teatrında tamam başqa biridir. Mən də onu məişət problemləri ilə yormamağa çalışırdım, bir yaradıcı insan kimi onu anlayırdım. Amma getdikcə ailə uçuruma doğru gedirdi. Artıq onun həyatında başqa bir qadın da var idi. Nəhayət, 2002-ci ildə biz rəsmən boşandıq.

- Ayrılandan sonra həyatınızda hansı çətinliklər oldu?

- Həyat mənə güclü olmağı öyrətmişdi. Zəiflər həmişə tapdalanır. Əgər həyatın çətin anları bir tək məndə olsaydı, onda üsyan edərdim, amma bu, tək məndə deyildi. Bu halı tək mən yox, bir çox qadınlar yaşayır.

- Bugünkü gündə həyatınız necədir?

- Mənim iki oğlum, iki nəvəm var. Onlarla çox xoşbəxtəm. Amma arxasız, dayaqsız yaşamaq bəzən çox çətin olur. Bəzən mən də təklənirəm. Özümü yalnız ağac kimi hiss edirəm.

- Nəvələriniz nə vaxtsa babalarının, nənələrinin yolunu davam etdirsə...

- Heç vaxt istəmərəm. Övladlarım uşaqlıqda başa düşmürdü ki, onların anaları da, ataları da dahi rejissor və aktrisadır. Nə olsun! Nə var ortalıqda? Mənim həll edə bilməyəcəyim o qədər işlər var ki... Xaricdə mənim kimi tək-tənha aktrisalar hər bir işlərini asanlıqla həll edirlər. Onlara o imkanlar, o şərait yaradılıb.
Əməkdar artistimiz rejissor həyat yoldaşının xəyanətindən danışdı: "Teatrda nə etdilər bilmirəm, beyni tamam dəyişdi" - FOTOƏməkdar artistimiz rejissor həyat yoldaşının xəyanətindən danışdı: "Teatrda nə etdilər bilmirəm, beyni tamam dəyişdi" - FOTOƏməkdar artistimiz rejissor həyat yoldaşının xəyanətindən danışdı: "Teatrda nə etdilər bilmirəm, beyni tamam dəyişdi" - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2309   Tarix: 01 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qarabağ işğaldan əvvəl və sonra - VİDEO

Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib. Sonxeber Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib. 1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinc

23 iyun 2021
.

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"

18 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə

28 iyul 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021
.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021