Dilarə bütün SİRLƏRİNİ AÇDI: "Vücudum imkan verirsə niyə ondan istifadə etməyim" - MÜSAHİBƏ/FOTO

Dilarə bütün SİRLƏRİNİ AÇDI: "Vücudum imkan verirsə niyə ondan istifadə etməyim" - MÜSAHİBƏ/FOTO"Həyat yoldaşımla 1 ildən çox dost olmuşuq, özü hər şey elədi ki, onun yanında olum və ona ərə gedim. Bir müddət sonra biz evləndik. Keçmiş həyat yoldaşımı sevirdim, çünki kişi həmişə sevdiyi qadının yanında olanda və həmişə dəstək verəndə ona bağlanırıq, istər-istəməz dəyişirik. Gözlənilmədən münasibətlərimizin sehri pozuldu, ərim məni həddən artıq qısqanmağa və qadağalar qoymağa başladı. Təəssüf ki, ayrılmağa qərar verdim, çünki təzyiqlərə dözə bilmədim. Məncə, təzyiq hər iki tərəfi bədbəxt edir".

Bu sözləri publika.az-a müsahibə verən müğənni Dilarə Kazımova deyib.

- İngilis dilində albom buraxmaq hər ifaçının bacardığı iş deyil. Çünki Azərbaycanda ingilisdilli mahnıların dinləyici sayı çox azdır. Bu baxımdan risk etdiyinizi demək olar. Dilarə xanım, Kiyevdə albom çıxartmaq ideyası necə yarandı?

- "Eurovision"dan sonra bir neçə Avropa ölkəsi məndən ingilis dilində mahnılar istəmişdi ki, radiolarda səsləndirsinlər. Bundan sonra qərara gəldim ki, albomu ingilis dilində çıxardım. Çünki mahnılarımın Avropa və Amerika ölkələrində də dinlənilməsini çox arzu edirdim.

"Eurovision"dan sonra çoxları elə fikirləşir ki, istirahətə getmişdim, halbuki, bu albomun üzərində çalışırdım. Albom Kiyevdə hazırlandığı üçün tez-tez oraya getməli olurdum. 11 mahnıdan ibarət olan albom bir neçə ilə başa gəldi. Nəhayət ki, 2017-ci ilin oktyabrında işıq üzü gördü.

- Mahnıların bəstələri və sözləri kimə aiddir?

- Bizə bir neçə mahnı təqdim olunmuşdu, onlar arasında üslubumuza ən uyğun olan Rozjden Anusi adlı bəstəkarın mahnıları idi. Mənim üçün bütün mahnıları o yazıb, sözlərini isə demək olar ki, birlikdə işləmişik. Muğam ladlarından və boğazlarında da istifadə etdim ki, milli kolorit olsun.

- Təəssüf ki, albom ölkəmizdə istədiyiniz marağı doğura bilmədi.

- Bir neçə Avropa ölkəsində istədiyim diqqəti gördüm, xüsusilə Ukraynada. Orada bir neçə dəfə konsert proqramı ilə çıxış etmişəm. Əslində bu albom sırf xarici dinləyicilər üçün yazılmışdı. Bu səbəbdən də bizdə böyük reaksiya doğurmadığı üçün şikayətlənmirəm. Heç kimi qınamıram ki, niyə o mahnıları dinləmirlər. Çünki hamı ingilis dilini başa düşmür.

- "Kəklikotu" filmin soundtreki üçün səsləndirdiyiniz "Dəm" isə qısa müddətdə böyük populyarlıq qazandı.

- Bu mahnı kino ilə tandem olaraq çox yaxşı alınmışdı. Mahnı ekran işinin daha təsirli olmasına kömək etdi. "Dəm"in sevilməsinin digər amili odur ki, meyxana tərzində idi. Bilirsiniz ki, meyxana da bizdə çox sevilir.

- "Dəm"dən sonra sizə meyxançılardan duet təklifi edilməyib ki?

- Hələ ki, yox.

- Xalq artisti Aygün Kazımovanın Namiq Qaraçuxurlu ilə duet oxuması hamıda təəccüb doğurmuşdu, amma sevildi. Bəs siz meyxanaçılarla duet oxuyarsınız?

- Sonuncu duetim"Yalnız səni gözlədim"dir. Bu, Murad Arifin öz mahnısıdır, birlikdə oxumağı o, təklif etdi. Kompozisiyanı çox bəyəndim və razı oldum. Hazırda kiminləsə duet oxumaq planım yoxdur, amma meyxananı çox sevirəm və dinləyirəm. Qafiyələri bədahətən ard-arda düzmək asan iş deyil. Bu istedaddır.

Hazırkı yaradıcılıq planlarıma əsasən Azərbaycan dilində mahnılar oxumaq daxildir. İstəyirəm ki, bir müddət solo fəaliyyət üzərində çalışım, Azərbaycan dilində bir neçə mahnı yazdırım, duetlərə daha sonra keçim.

- Dilarə Kazımova necə ailədə böyüyüb? Uşaqlıqda da müğənni olmaq istəyirdiniz?

- Uşaqlıq illərimin yarısı Rusiyada, yarısı da Azərbaycanda keçib. Rusiyada Anton Pavloviç Çexov gimnaziyasında oxuyanda xorda çıxış edirdim, solist idim. Amma müğənni olmağı düşünmürdüm, ya psixoloq, ya da rəssam olmaq istəyirdim. Bakıya gələndən sonra İncəsənət Gimnaziyasına daxil oldum və rəssamlığı bitirdim. Qeyd edim ki, Səttar Bəhlulzadə babamın qardaşı olub, rəssamlıq istedadı ondan gəlir.

Oxumağı xoşlayırdım, amma bu işlə ciddi şəkildə məşğul olmaq fikrim yox idi. Təsadüfən "Bakı Payızı" mahnı müsabiqəsinin elanını gördüm və qatılmağa qərar verdim. Bu müsabiqə bütün həyatımı dəyişdi. Amma ikinci mərhələyə keçə bilmədim. Düzü mahnını çox pis oxumuşdum, heç bir musiqi təhsilim də yox idi. Sonra səsimin tonallığını yoxlamaq üçün konservatoriyaya getdim, orada Maya Rəsulova adlı pedaqoqla tanış oldum. O, məni inandırdı ki, konservatoriyaya getməliyəm, opera səsim var. Onda özüm də şokda düşmüşdüm. Mən hara, opera hara?

Evə gəlib anamla məsləhətləşdim, onun razılığını alandan sonra səsim üzərində hazırlaşmağa başladım. Bir il ciddi hazırlıqların nəticəsində konservatoriyaya daxil oldum.

- İndi də rəsmlər çəkirsiniz?

- Əvvəllər çəkirdim, indi yox. Rəsmlərdə özümü yetəri qədər ifadə edə bilmirəm, hiss edirdim ki, nə isə çatışmır. Mahnılarda isə bütün hisslərimi və ağrını göstərə bilirəm.

- Çimərlik geyimlərində olan şəkillərinizi cəsarətlə sosial şəbəkələrdə paylaşırsınız və bu, müzakirələrə səbəb olur. Hamının bədəniniz haqqında danışması sizi narahat etmirmi?

- Narahat etmir, çünki bədənimi sevirəm, onun ideal formada qalması üçün çox idman edirəm. Əlbəttə ki, genetikanın da rolu var. Məsələn, nə qədər yesəm də, kökəlmirəm. 4-5 gün hərəkət etmədən yeyib-içim gərək ki, kökəlim. Çox hərəkətli insan olduğumdan çəkimlə bağlı problemim olmur. Bilirəm ki, bu sözümə görə qadınlar mənə nifrət edəcək (gülür). Amma öz üzərində çalışmasan, istədiyin nəticəni əldə edə bilməyəcəksən.

Ümumiyyətlə, dərimə, saçıma qulluq etməyi və özümdən zövq almağı sevirəm. Dekoltesi və ya dərin yarığı olan paltar alanda bədənimi göstərmək haqqında fikirləşmirəm. İlk növbədə diqqət edirəm ki, üstümdə çox yaxşı qalsın və mənə yaraşsın.

- Qocalıq fobiyanız var?

- İndi zahiri görkəmimdən razıyam, hər şey xoşuma gəlir. Bilirəm ki, necə görünməyim məndən asılıdır. Amma o da həqiqətdir ki, nə qədər idman etsən də, qocalıqdan qaça bilməzsən. Qocalmaqdan qorxsam da, özümü indidən daxilən ona hazırlayıram.

İstəməzdim ki, indi 15 və ya 25 yaşım olsun. Yaşadığım hər ilimlə fəxr edirəm. Bu yaşıma çatana qədər beynimdə çox dəyişikliklər olub, yaşa dolduqca müdrikləşdiyimi və daxili harmoniyaya qovuşduğumu hiss edirəm. Bədənimin 5 müxtəlif yerində döymə var, 6-cısı da yəqin ki, harmoniya ilə bağlı olacaq. Hər bir işdə balansı qorumağa çalışıram.

- Sənət üçün soyunmaq lazımdır?

- "Eurovison" mahnı müsabiqəsində çıxışım üçün bağlı paltar seçmişdik. Xariciləri deyirdi ki, sənin gözəl ayaqların var, niyə onları göstərmədin? Onlara izah edirəm ki, bu müsabiqədə oxuduğum mahnı ilə qısa və açıq paltar geyinə bilməzdim. Çünki mahnıda çox ağır mesajlar var idi.

Əgər vücudum imkan verirsə niyə ondan istifadə etməyim? Ola bilsin ki, şəkillərim Azərbaycan üçün bir qədər açıq-saçıqdır. Lakin vulqar deyillər. Soruşanda da çoxu etiraf edir ki, şəkillərim xoşlarına gəlir.

Xaricdə müğənninin seksual klip və fotolar çəkdirməsi onun piarının bir hissəsi sayılır. Bu, artıq qurulmuş sistemdir. Xaricdə yaşasaydım, çox rahatlıqla bu yolu gedərdim. Mənim daha da açıq-saçıq şəkillərim var, lakin paylaşmıram. Çünki bilirəm ki, bizdə o şəkillər kəskin tənqid olunacaq.

- Qınaqlar sizi qorxudur?

- Qorxmuram, onsuz da şəkillərimi paylaşandan sonra tənqid olunmuşdum. Tənqid də olmalıdır, gördüyün iş ya yaxşı, ya da pis enerji verməlidir. Əgər heç bir reaksiya doğurmursa, deməli, insanlar üçün maraqlı deyilsən, xarizman yoxdur. Məni ya sevsinlər, ya da sevməsinlər. Sevildiyimi hiss edirəm, çünki həqiqətən də heç kimə pislik etmirəm və bumeranqa inanıram. İnanıram ki, insanlara olan sevgim bumeranq kimi özümə qayıdacaq.

- Sizi başqa hansı xüsusiyyətlərinizə görə sevirlər?

- Ola bilsin ki, müsbət enerjini hiss edirlər (gülür). Emosional insanam, hərdən bir qədər sərt və çılğın ola bilərəm. Lakin dərhal peşman oluram və kiməsə səsimi qaldırdığı üçün üzr istəyirəm. Belə hallar adətən işlə bağlı olur, işdə çox məsuliyyətli və tələbkar insanam.

- Bəs nəyə görə nifrət edirlər?

- Yəqin ki, sərbəst yaşaya bilməyən qadınlar şəkillərimə baxanda mənə nifrət edir. Qadınlar bədənimi yox, mənim kimi sərbəst ola bilmədikləri üçün məni qısqanırlar. Səbəbi odur ki, istədiyim sözü deyə bilirəm, istədiyim şəkli çəkib instaqramda paylaşıram, qərarlarımı özüm verirəm, heç kimdən çəkinmirəm, heç kimdən asılı deyilən, heç kimdən qorxmuram və qaçmıram.

Biz tez-tez "Başqaları nə deyər?" sualı ətrafında fikirləşirik, özümüzü ikinci plana atırıq. İnsan başqaları üçün yaşamamalıdır, birinci özünü nəzərə almalıdır. Demirəm ki, doğmalarımızın fikirlərinə laqeyd yanaşaq, sadəcə özümüzü sevməyi öyrənməliyik.

Başa düşürəm ki, mentalitetimiz qadınlara həddən artıq müstəqil olmağı icazə vermir. Amma sənətin də öz qayda-qanunları var. Başlıcası, mən sənətə soyunaraq gəlməmişəm, 2002-ci ildən bəri musiqiçi kimi fəaliyyət göstərirəm. Nə qədər mahnılarım var...

- Həyatda nə istədiyini bilən qadınsınız?

- Bütün qadınlar kimi hərdən mən də nə istədiyimi bilmirəm. Yuxarıda dediyim kimi, əsas daxili rahatlıq, harmoniya və balansa nail olmaqdır. Zaman mənə "Heç vaxt bunu etmərəm" deməməyi öyrədib. Qarşılaşdığımız istənilən situasiya mənə nə isə öyrədir.

- Mənəvi rahatlığa necə nail olursunuz?

- Yoqa ilə məşğul oluram, onda rahatlıq tapıram, sanki başqa bir dünyaya ayaq basırsan, ritmini və həyat tempini yavaşlatmağa başlayırsan. Kənardan elə görünə bilər ki, biz sakit oturmuşuq və heç nə etmirik. Amma içimizdə ağır bir iş gedir. Hər zaman eyni ovqatda qalmaq mümkün deyil, əsəbiləşdiyim və narazı qaldığım məqamlar olur. Çalışıram ki, hirsimi və neqativ enerjimi başqasına göndərməyim.

İnsanların başqalarının dalınca danışması və pislik etməsinin səbəbi daxili dünyalarının dayaz olmasından irəli gəlir. İstər psixoloqlar, istər həkimlər, istər astroloqlar, istər yoqlar, istərsə də şamanlar həmişə deyir ki, insanın əməlləri zamanla onun üzündə əks olunur. Xüsusilə də onun-bunun dalınca danışmağı sevən qadınların ifritə və qəddar ifadəsi olur. Belə qadınların üzünə baxan kimi xasiyyətini müəyyən edə bilirsən.

Heç vaxt istəmərəm ki, içimdə paxıllıq və kiməsə pislik etmək istəyi yaransın. Bu cür hisslər orqanizm üçün də zərərlidir, hətta sonradan xərçəngə çevrilə bilər.

Başa düşürəm ki, ideal olmaq mümkün deyil, amma bacardıqları qədər hisslərinə nəzarət etsinlər. Xanımlarımıza məsləhət görərdim ki, heç kimə pislik etməsin, neqativdən uzaq olsunlar və özlərinə yaxşı baxsınlar.

- Seksuallıqla vulqarlıq arasındakı incə xətti necə gözləmək lazımdır?

- Gözəllik kobud olmamalıdır. Bədən və üzdə olan qüsurların aradan qaldırılmasına normal baxıram, amma hər şeyin də bir həddi var.

Mənə həmişə deyirlər ki, çox qısa şortik geyinsəm də, vulqar görünmür. Öz fotosessiyalarıma baxanda çalışıram ki, obyektiv olum. Deyə bilmərəm ki, onlar çox vulqardır, əksinə olduqca estetik alınır.

- Sizcə, kişi sevdiyi xanımın bədəni ilə, yoxsa ağlı ilə fəxr etməlidir?

- Qadını bütün olaraq sevməli, fəxr etməli və dəstək olmalıdır. Qadının azadlığını əlindən alıb onları sındırmamalıdır. Ona görə ki, sınmış qadın heç kimə lazım deyil. Bizim kişilər xanımlarını evdə qoyurlar, özləri isə üz tutur əyləncə məkanlarına. Deyirlər ki, arvadla kluba, restorana getmək olmaz.

Kişi öz xanımına qarşı həmişə diqqət göstərməlidir, onu maddi baxımdan hər şeylə təmin etməlidir. Qadın isə öz növbəsində kişiyə müsbət enerjisini ötürməlidir. Kişi evə gələndə rahatlıq və sakitlik axtarır, qadın da əri evə gələndə elə etməlidir ki, hər şey qaydasında olsun, onu xalatda yox, gözəl saç düzümündə və paltarda qarşılamalıdır.

- Sizi öz qadağaları ilə "boğmaq" istəyən kişi olub?

- Bəli, "Oxuma", "Ora getmə", "Onu etmə" deyən olub.

- Keçmiş həyat yoldaşınızı nəzərdə tutursunuz?

- Həyat yoldaşımla bir ildən çox dost olmuşuq, özü hər şey elədi ki, onun yanında olum və ona ərə gedim. Bir müddət sonra biz evləndik. Keçmiş həyat yoldaşımı sevirdim, çünki kişi həmişə sevdiyi qadının yanında olanda və həmişə dəstək verəndə ona bağlanırıq, istər-istəməz dəyişirik. Gözlənilmədən münasibətlərimizin sehri pozuldu, ərim məni həddən artıq qısqanmağa və qadağalar qoymağa başladı. Təəssüf ki, ayrılmağa qərar verdim, çünki təzyiqlərə dözə bilmədim. Məncə, təzyiq hər iki tərəfi bədbəxt edir. Xoşlamıram ki, kimsə məni sıxsın, qadağalar qoysun, sərbəst olmağa öyrəşmişəm.

- Yəni insanın əsl xarakteri onunla eyni evdə yaşamağa başlayanda sonra üzə çıxır?

- İnsan vurulanda üç ay hormonlar qalxır, bu da eyforiya yaradır. Hormonlar isə həmişə yüksək səviyyədə qala bilməz, üç aydan sonra isə yavaş-yavaş normaya düşməyə başlayır. Bu zaman gözün açılır və qarşı tərəfin nöqsanlarını görə bilirsən. Demək istədiyim odur ki, adamlar dəyişmir, sadəcə hormonlar qalxdığı üçün biz o nöqsanları görə bilmirik.

- Təklik sizi yorur?

- Yox, özümlə darıxmıram, mütləq bir məşğuliyyət tapıb başımı qatıram.

- Sizi toy müğənnisi adlandırmaq olar?

- Yox, çünki toyu əvvəldən axıra qədər oxumuram. Məni çağıran toy yiyəsi bilir ki, hansı üslubda oxuyuram və ona uyğun mahnılar sifariş verir. Şadam ki, insanlar toya kimi çağırdığını yaxşı bilir.

- Azərbaycanlı sənətçilərin bir çoxu türk vətəndaşları ilə ailə qurur. Sizcə, azərbaycanlı kişilərin müğənni ilə ailə qurmaq istəməməsinin səbəbi nədir?

- Türkiyədə sənətçi ilə ailə qurmağa normal yanaşırlar. Hətta həyat yoldaşımın anası müğənni olduğumu biləndə çox sevinmişdi, mahnılarımı paylaşırdı, onunla indiyə qədər çox yaxşı münasibətdəyəm.

Özünə inanan kişi sevdiyi qadının sənətçi olmasını problemə çevirməyəcək. Münasibətlərin möhkəm olması üçün inam olmalıdır. Müğənni olmaq onun pozğun olması demək deyil axı. Bütün müğənniləri eyni sıraya qoymaq olmaz.

- Sizin bəy nəslindən olduğunuz doğrudur?

- Bəli, ulu babam, nənəmin atası Məşədi Kazım Bakının məşhur bəylərindən olub. Hətta Keşlədə onun adına küçə var. Nənəm biz uşaq olanda tez-tez atasından danışırdı, onların neft buruqları olub. Sovet dövründə onları babamın əlindən almaq istəyiblər, amma babam vermək istəmədiyi üçün sənədləri gizlədib. Polislər nə qədər axtarsa da, o sənədləri tapa bilməyib.

- Bilirəm ki, səyahət etməyi sevirsiniz. Növbəti səfəriniz hara olacaq?

- Bali, Şri-Lanka və Tailandda olmuşam. Bu ölkələrin əsrarəngiz təbiəti var. Şamanlarla söhbət etmək və mənəvi cəhətdən kamilləşmək üçün Tibetə getməyi çox istərdim.

- Tanınmış bəstəkar Etibar Əsədli, xanəndə Sahib Əsədli və sizin birlikdə Xocalı soyqırımı haqqında hazırladığınız "#613" layihə təsirli alınmışdı. Belə bir layihə ərsəyə gətirmək ideyası necə yarandı?

- Bu təklif "Bumerang Label" şirkətindən gəldi. Sonra mahnının müəllifi Etibar və onun atası ilə görüşdük və danışdıq. Mahnını oxumaq mənim üçün çox ağır idi, çünki Xocalıda törədilən kadrlar gözümün önündən keçirdi. Orda vəhşicəsinə qətlə yetirilən uşaqların nə yaşadıqlarını təsəvvür edəndə günlərlə özünə gələ bilmirsən, az qalır ki, dəli olasan. Musiqinin ilk notlarından titrəməyə başladım. Birinci dəfə mahnını Etibarın müşayiəti ilə atasının ifasında eşitmişdim və ağlamağa başladım. "#613" mahnısı ilə dünyaya öz etiraz səsimizi çatdırmağa, terrora "stop" deməyə çalışdıq.

Klipi çəkəndə tək mən yox, bütün yaradıcı heyət göz yaşlarını saxlaya bilmirdi. İnşallah bu vəhşilikləri törədənlər cəzasız qalmaz...

Dilarə bütün SİRLƏRİNİ AÇDI: "Vücudum imkan verirsə niyə ondan istifadə etməyim" - MÜSAHİBƏ/FOTODilarə bütün SİRLƏRİNİ AÇDI: "Vücudum imkan verirsə niyə ondan istifadə etməyim" - MÜSAHİBƏ/FOTODilarə bütün SİRLƏRİNİ AÇDI: "Vücudum imkan verirsə niyə ondan istifadə etməyim" - MÜSAHİBƏ/FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2325   Tarix: 31 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021