"Facebook" "trollar"ı blokladı: Səhifələri bağlandı

"Facebook" "trollar"ı blokladı: Səhifələri bağlandı"Facebook" administrasiyası "trol fabriki" kimi tanınan Rusiya İnternet Tədqiqatları Agentliyinin sosial şəbəkədə olan 280, eləcə də "Instagram"dakı 65 səhifəsini silib.

Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, Bu barədə "Facebook"un təhlükəsizlik xidmətinin direktoru Aleks Stamos məlumat verib. "Akkauntların həqiqiliyi əhəmiyyətlidir. İnternet Tədqiqatları Agentliyinə "Facebook"da yer yoxdur", - deyə o, söyləyib.

Mark Zukerberq isə bu qərarı bütün dünya üzrə şəffaf seçkilərin müdafiəsi üçün vacib addım adlandırıb: "Bu Rusiya agentliyi müntəzəm olaraq aldatma metodları ilə hərəkət edərək ABŞ, Avropa və Rusiyadakı insanlarla manipulyasiya etməyə cəhd göstərirdi".

M. Zukerberqin sözlərinə görə, bəzi kütləvi informasiya vasitələrinin səhifələri də ləğv olunub, çünki onlara da "trol fabriki" tərəfindən nəzarət olunurdu. Hətta bu cür səhifələrdən birinin 1 milyona yaxın izləyicisi olub. "Biz onları "Facebook"da görmək istəmirik". O, yaxın həftələrdə istifadəçilərə bu cür səhifələri like edib-etmədiklərini yoxlamaq üçün texniki imkan təqdim edəcəklərini açıqlayıb.

Aprelin 3-də Rusiya Federal Xəbərlər Agentliyi (FAN) "Facebook" və "Instagram"dakı səhifələrinin bloklandığını bildirib. Bu qurum da "trol fabriki" ilə əlaqələndirilir. "Bu, siyasi senzura aktıdır. Biz heç bir qadağan olunan kontent dərc etməmişik", - deyə FAN rəhbəri Yevgeni Zubarev söyləyib O, məsələ ilə əlaqədar "Roskomnadzor"a müraciət hazırladıqlarını nəzərə çatdırıb.

Qeyd edək ki, "Facebook" və "Google" 2016-cı ildə ABŞ-dakı prezident seçkiləri ərəfəsində ABŞ ictimai rəyinə təsir göstərmək məqsədilə rusiyalı istifadəçilər tərəfindən hazırlanaraq yayılmış minlərlə reklam xarakterli paylaşım aşkarladıqlarını bildiriblər. "Facebook"un hesablamalarına əsasən bu cür siyasi reklamları təxminən 10 milyon amerikalı görüb. /// ikt.lent.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1203   Tarix: 05 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021