Bermud üçbucağından sağ qayıdan azərbaycanlı alimlər: "Nə zaman qurtulacağımızı düşünürdük…"

Bermud üçbucağından sağ qayıdan azərbaycanlı alimlər: "Nə zaman qurtulacağımızı düşünürdük…"Bermud və ya digər adı ilə Şeytan üçbucağı hələ də haqqında əsl gerçəkliklərin bilinmədiyi bir yerdir. Son 27 ildə mindən çox insan burada həlak olub. 100-dən çox təyyarə, gəmi itkin düşüb və nə qalıqlar, nə də meyitlər tapılıb.

Bermuda üçbucağı haqqında yayılan fikirlərin bir çoxu mif olsa da, oradan xilas ola bilən çox az insanın olduğu bəllidir. Onlardan ikisi də azərbaycanlı alimlər Xəlil Əliyulla və Rüstəm Babayevdir. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun iki alimi – geologiya-mineralogiya elmləri doktoru Xəlil Əliyulla və geologiya-mineralogiya elmləri doktoru Rüstəm Babayev 1982-ci ildə bu əfsanənin canlı şahidi olublar.

"Bermud üçbucağı"ndan sağ qayıtmaq mümkün imiş".

Sonxeber.az Minval.info-ya istinadən xəbər verir ki, 1982-ci ildə SSRİ Polşada yenicə hazırlanmış "Vityaz" gəmisi ilə həmin əraziyə ekspedisiya təşkil edib. Rüstəm Babayev öz xatirələrində Bermud üçbucağının təlatümündən bəhs edib: "Orada tədqiqatlar aparmaq üçün bizə bir gün kifayət edirdi. Lakin möcüzəli üçbucaq "oyanaraq" qonaqlarını elə ilk gündə öz xarakterinə uyğun qarşıladı. Əvvəlcə küləksiz hava şəraitində sunami dalğaları nəhəng "Vityaz"ı yellədi. Masaların üzərindəki yüngül əşyalar – çəngəl, qaşıq, qələm, stəkan, kiçik ləvazimatlarımız sürüşməsin deyə, yaş parçalardan süfrə kimi istifadə etdik. Bir az sonra tayı-bərabəri olmayan, dəhşətli fırtınanın yaxınlaşdığı xəbər verildi. Bu məqamda hər kəs öz əşyalarını yerbəyer etməyə başladı. Gəminin içərisində qab-qaşıqların, kiçik ləvazimatların formasına uyğun xüsusi yerlər var idi. Əşyaları dağılmamaq üçün qoyduq həmin yerlərə. Laboratoriya aparatları və cihazlarını isə içəridə iplə sarıdıq. Qapıları bağlayıb hamımız yatağa uzandıq. Hər birimizdə qoruyucu qurşaq var idi. Elə bu an gəminin dörd tərəfinə dəyən zərbələrin bizi vahiməyə salan səsini eşitdik. Gəmi suyun üzərində kibrit qutusu kimi yırğalanmağa başladı. Sunaminin ardınca baş verən fırtına okeanın dalğalarını sərtləşdirmişdi. Gəmi hər dörd tərəfdən qalxıb-enirdi. Göyərtə suyun səviyyəsinə qədər əyilib-qalxırdı. Bayırda duman-çəndən başqa heç nə görünmürdü. "Vityaz" böyük və güclü burulğanın içərisində idi. Bizdə qorxudan peşmanlıq hissi yaranmağa başlayırdı. Amma gəmini idarə edənlərin yüksək məharəti onu batmağa qoymurdu. Onlar yaxşı bilirdilər ki, gəmini hara və necə döndərmək lazımdır. Kiçik səhv nəticəsində burulğan "Vityaz"ı sürətlə 5 kilometr dərinliyi olan okeanın dibinə apara bilərdi. Bu vəziyyət üç gün davam etdi. Həmin müddətdə nə xörək bişirə, nə də tədqiqatlar apara bildik. Konserv xörəklər və meyvələrlə qidalanırdıq. O qədər yırğalanırdıq ki, ürəkbulanmadan söhbət də edə bilmirdik, sakit uzanıb, fırtınadan nə zaman qurtulacağımızı düşünürdük. Zərbələrin vahiməli səsləri ara vermirdi. Peyk vasitəsi ilə daim hava haqqında proqnozu izləyirdik.

Kapitan xəbər verəndə ki, təhlükədən sovuşduq, hamı biri-birini təbrik etdi. Okean sakit, dümdüz, göyün üzü tam aydın idi. Günəş sevincimizə şərik idi.

Ertəsi gün tədqiqatlar apardıqdan sonra, cənub-şərq istiqaməti ilə Cəbəllütarix boğazına qayıdıb geri dönəndə anladıq ki, doğrudan da "Bermud üçbucağı"ndan sağ qayıtmaq mümkün imiş".

Bermud üçbucağı Amerikanın Atlantik okeanı ilə cənub-şərq sahilində Mayami, Bermud və Puerto-Riko əraziləri içərisində qalan bir yerdir. Üçbucağın ilk qurbanı Xristofor Kolumbun donanması olub.

1502-ci ildə ispan dənizçisi Bermudes Atlantik okeanında gəmilər üçün təhlükəli olan riflər (sualtı qayalar), dayazlıqlarla əhatə olunan ada kəşf edir və buranı Şeytan adası adlandırır. Sonralar onun adının şərəfinə həmin yer Bermud üçbucağı adlandırılıb.

Yoxa çıxan gəmilər, itkin heyət…

1840-cı ildə Baham adalarının paytaxtı olan Nassau limanının yaxınlığında Fransanın "Rozali" gəmisi aşkarlanıb. Əla vəziyyətdə olan gəmidə hər şey qaydasında idi, lakin gəmi heyəti yoxa çıxmışdı. Gəminin jurnalında heyətin başına gələn hadisə barədə heç bir qeyd aparılmamışdı. Bununla da "Bermud üçbucağı"nın qeyri-adi tarixçəsi başlayıb. Bu tarixçənin səhifələrində 103 ton su tutumu olan "Mariya Çelesta" gəmisinin başına gələn müəmmalı hadisə (7 noyabr 1872-ci il) xüsusi yer tutur. Aşkar olunan bu gəminin də heyəti yoxa çıxmışdı.

20 oktyabr 1902-ci ildə Atlantik okeanında Almaniyanın "Freya" ticarət gəmisinə rast gəlinir. Yenə də gəmi heyəti yoxa çıxmışdı.

Kolumbun gündəliklərində həmin bölgədə uçan naməlum obyektlərin olduğundan bəhs edib.

Bermud haqqında son iddialara görə bütün sirli hadisələr əslində sadə təbii qaz kütləsinin təsirindən baş verir.

Yeraltından fışqıran təbii qazlar, qurudan deyil, dəniz və okean səthindən də çıxır. Çünki dəniz səthi üzəri suyla örtülmüş quru parçalarıdır. Ancaq okeanların dərinliklərindən çıxmaq istəyən təbii qazlar, oradakı təzyiqin təsiriylə qatı hala çevrilir və hidratlaşır, ağ və qatı bir maddəyə çevrilir. Robot-dalğıclar dənizin dibinin şəklini çəkdikdən sonra aydın oldu ki, Bermudun dibi ağ rəngdən və batmış gəmilərin qalıqlarından ibarətdir.

Bu bölgə eyni zamanda Qolfstrim cərəyanının da keçdiyi ərazidir. Səthin istiləşməsi səbəbindən zəhərli qazlar sudan yüngül olduqları üçün səthə doğru qalxır. O anda, dənizin dibindən səthə qədər suyun sıxlığı azalır və oradan keçən nə varsa, dərin sürətlə okeanın dibinə çəkilir. Sıxlığı azalan su gəmiləri səthdə saxlamağa qadir deyil. Qazın yüksəlməsi sona çatınca sıxlıq təkrar köhnə vəziyyətinə qayıdır və nəhəng gəmilər heç bir iz buraxmadan Bermudun sularında batır.

Təyyarələrin itməsinin də səbəbi eynidir. Səthə çıxan təbii qazlar havadan yüngül olduqları üçün səmaya doğru yüksəlməyə davam edir. Bu dəfə sıxlığın azalması, atmosferdə meydana gəlir. Ərazidən keçən təyyarə dərhal radarları itirir və mühərrikləri dayanır. Çünki, mühərriklərdəki benzinin yanması üçün oksigenə ehtiyac var və sıxlığı azalmış havanın tərkibindəki oksigen miqdarı mühərriklərin fəaliyyəti üçün kifayət etmir. Beləliklə təyyarə də, sürətlə okean sularına düşür və yoxa çıxır.

Bu elmi izah isə çoxlarını qane etmir və Şeytan üçbucağı barədə miflər dolanmağa davam edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2515   Tarix: 05 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21 aprel
.

Çəkilmiş ət alarkən aldanmamağın yeganə yolu - VİDEO

Ətin bir kiloqramı 16-18 manat civarında təklif edilir. Çəkilmişinin kiloqramı isə 9-13 manat aralığında satılır. xəbər verir ki, paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi ətin özündən 3-4 manat ucuzdur. Halbuki farş ət sümüksüz və hazır olduğundan adi ətin özündən baha olmalıdır. Sakinlərin bu məsəl

14 aprel
.

Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda beş ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır. -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı beş ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ili

21 aprel
.

"Tesla"nın bütün "Cybertruck"ları xarab çıxdı

ABŞ-nin "Tesla" şirkəti 3878 ədəd "Cybertruck" elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır. Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir. Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər

20 aprel
.

Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər

Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq izləri ilə SİM-kart ala biləcəklər. "Vedomosti"nin öz mənbələrinə istinadla verdiyi məlumata görə, müvafiq tələblər Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb. Bildirilir ki, miqrantlar və əcnəbilər Rusiya telekommunikasiy

14 aprel
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21 aprel
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21 aprel
.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21 aprel
.

Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO

Bir kiloqramı üç, dörd, hətta beş manata təklif olunur. Xəzər TV-yə istinadən bildirir ki, paytaxt bazarlarında Şəmkir kartofu müxtəlif qiymətlərə təklif olunur. Elə satıcılar var ki, sözügedən kartofu üç manata, bəziləri isə beş manata satışa çıxarırlar. Alıcılar isə kartof alan zaman onun hansı bölgədə

14 aprel