Ad günündə bıçaqlanmış boksçumuzdan XƏBƏR VAR

Ad günündə bıçaqlanmış boksçumuzdan XƏBƏR VARXəbər verdiyimiz kimi, boks üzrə Azərbaycan çempionu, IV İslam Həmrəyliyi Oyunlarında 69 kq çəki dərəcəsində gümüş medal qazanmış Tamerlan Abdullayev öz ad günündə bıçaqlanıb.

28 yaşlı yaralı boksçu 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, xəstənin durumunu öyrənmək üçün boks millimizin böyük məşqçisi Nəriman Abbasovla əlaqə saxlanılıb. Abbasov bildirib ki, Rumıniyada yarışda olduğundan, millidəki yetirməsinin bıçaqlanmasından gec xəbər tutub. O hələ Tamerlan Abdullayevin yanına getmədiyini bildirib.

Bizdə olan məlumata görə, Tamerlan Abdullayev "Qəbələ" klubunun üzvüdür. Adıçəkilən klubun boks bölməsinin rəhbəri Fariz Məmmədovla danışdıqda məlum oldu ki, o da idmançıya hələ baş çəkməyib:

"Mən bu hadisədən bu gün xəbər tutmuşam. Yanına getmək imkanım olmayıb. Amma o bizim imanlı, əqidəli qardaşımızdır. Belə bir hadisənin onun başına gəlməsini eşidəndə çox pis oldum".

Fariz Məmmədov onu da bildirib ki, hazırda Tamerlanla "Qəbələ"ni heç nə bağlamır:

"Bizdə idmançılarla hər il müqavilələr yenilənir. O, yanvarda keçirilmiş Azərbaycan çempionatında iştirak etmədi deyə, müqavilənin müddəti uzadılmadı. Onun baş toxumlarında problem yaranmışdı deyə, müalicə alırdı. Amma boksdan tamamilə ayrılmamışdı. Sağaldıqdan sonra boksa geri qayıdacaqdı".

Qeyd edək ki, Fariz Məmmədovla Tamerlan Abdullayev vaxtı ilə eyni çəkidə - 69 kq-da mübarizə aparıblar. 2014-cü ildə rusiyalı Andrey Zamkovoya məğlub olduğu döyüşdə burnundan zədə almış Fariz Məmmədov 3 ay rinqdən uzaq qalmalı olmuş, nəticədə onu həmin ilin noyabrın 29-da Bakıda keçirilmiş AİBA Pro Boxing (APB) turnirində milli komandamızın digər üzvü Tamerlan Abdullayev əvəzləmişdi. Tamerlan debüt etdiyi bu turnirdə macarıstanlı Dyula Kateni məğlub etmişdi.

Yeri gəlmişkən, idmançının özü ilə də əlaqə saxladıq. Abdullayev narkozdan yeni çıxdığını, bu üzdən az danışacağını bildirib:

"Artıq əməliyyat olunmuşam. Narkozdan yeni çıxmışam. Vəziyyətim normaldır. Həkimlər sabaha-birigünə evə buraxıla biləcəyimi bildiriblər. Bıçaq aşağı nahiyədən daxil olub. Olmamalı bir hadisə idi. Ona görə bu haqda danışmaq istəmirəm".

Sonda Tamerlan Abdullayev onu da bildirib ki, o hələ də özünü "Qəbələ" klubunun idmançısı sayır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1057   Tarix: 06 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək

"Formula 1" 2025 mövsümünün təqvimini açıqlayıb. Azərbaycan Qran-prisi sentyabrın 19-21-də təşkil olunacaq. Qeyd edək ki, Bakıdakı yarış bu il sentyabrın 13-15-də gerçəkləşəcək

12 aprel
.

Məşhur futbolçu İtaliya klubunun baş məşqçisi oldu

İtaliya A Seriyasında çıxış edən "Udineze" klubu Fabio Kannavaro ilə müqavilə imzalayıb. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 50 yaşlı italiyalı mütəxəssis yeni klubu ilə mövsümün sonuna qədər razılığa gəlib. O, son olaraq İtaliyanın digər təmsilçisi "Benevento"n

23 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel
.

"Qalatasaray" İkardinin alternativini Fransada tapıb

Argentinalı ulduz Mauro İkardini əvəzləyə biləcək hücumçu axtarışlarını davam etdirən "Qalatasaray" Fransa bazarına üz tutub. Məlumata görə, "CimBom" "Liqa 2"də forma geyinən Zan Vipotniklə maraqlanır. Qeyd edək ki, klub hazırda ehtiyat hücumçu kimi komandada çıxış edə

19 aprel
.

"Barselona"nın yeni baş məşqçisi o olacaq

Birminqemin "Aston Villa" klubunun baş məşqçisi Unai Emeri tezliklə Kataloniya "Barselona"sına rəhbərlik edə bilər. xəbər verir ki, bu barədə "Teamtalk" portalı məlumat yayıb. Mənbənin məlumatına görə, "Blauqrana" rəhbərliyi ispan mütəxəssislə əməkdaşlıqda maraqlıdı

20 aprel
.

Messinin oğlu bir oyunda 5 qol vurdu - VİDEO

Səkkiz qat "Qızıl top"un sahibi Lionel Messinin ortancıl oğlu "İnter Mayami" uşaq komandası ilə oyunda komandasına beş qol vurub. xarici KİV-ə istinadla bildirir ki, qollardan birini cərimə zərbəsindən qapıya göndərən Mateo, sevincini atası kimi öpüş göndərməklə qeyd edib. Qeyd edə

17 aprel
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17 aprel
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14 aprel
.

Dünyanın ən uğurlu futbol klubları - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) hər ay müntəzəm olaraq dərc etdiyi ilin komandalarının siyahısını yeniləyib. xəbər verir ki, siyahıya "Mançester Siti" liderlik edir. Dünyanın ən uğurlu futbol klublarını təqdim edirik:. 1. "Mançester Siti". 2. "Rea

16 aprel