Rusiya milyarderləri bir gündə 16 milyard dollar itirdilər

Rusiya milyarderləri bir gündə 16 milyard dollar itirdilərRusiya biznesmenləri ABŞ-ın yeni sanksiyalarına görə aprelin 9-da ümumilikdə 16 milyard dollar itiriblər.

Bu haqda "Bloomberg" agentliyi bildirib.

Agentlik yazır ki, itkilər üzrə lider "Nornikelya"nın əsas səhmdarı Vladimir Potanin olub. O, 2,25 milyard dollardan məhrum olub. "Lukoyl" şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərov 1,37, "Renova" qrupunun Direktorlar Şurasının sədri Viktor Vekselberq 1,28 milyard dollar itirib.

"Blomberg"in hesablamalarına görə, bazar ertəsi ərzində Oleq Deripaska 905 milyon dollardan məhrum olub.

"The Bell"in hesablamalarına görə isə bazar ertəsi saat 17:00-a olan vəziyyətə görə, 50 ən zəngin rusiyalının sərvəti demək olar ki, 12 milyard dollar azaldı. Vekselberqin itkiləri təxminən 950 milyon dollar qiymətləndirilir. Bu, Deripaskada 1,3 milyard, Potanin də 1,5, senator Suleyman Kərimov isə 2,2 milyard dollardır.

Aprelin 9-da Rusiya maliyyə bazarlarında da geriləmə olub.

İqtisadiyyat   Baxılıb: 657   Tarix: 10 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR