Bakıda ən ucuz taksi hansıdır? - Qiymətlər

Bakıda ən ucuz taksi hansıdır? - QiymətlərTaksi xidməti son illər Azərbaycanda, daha dəqiq desək, Bakıda ən sürətlə inkişaf edən biznes sahəsidir. Paytaxtda demək olar ki, hər ay yeni bir taksi xidməti yaradılır. İlk baxışdan bu proses sadə görünür – qısa nömrə almaq, ofis tutmaq, sifarişlərin qəbulu və əlaqələndirilməsi üçün bir neçə operator işə qəbul etmək və bir xeyli taksi sürücüsü ilə əməkaşlıq etmək.

Amma belə güclü rəqabət şəraitində bazar payını qorumaq üçün müxtəlif taksi xidmətlərində qiymətlər də fərqlidir. FED.az taksi xidmətindən istifadə edənlərin sayının getdikcə artmasını və bu sahəyə marağın böyüməsini nəzərə alaraq paytaxtdakı taksi qiymətlərini müqayisə edib.

10 ən məşhur taksi xidmətinə zəng edib "Hyatt Regency Baku" hotelindən Heydər Əliyev Beynəlxalq Aeroportuna neçəyə aparacağını, hotelin qarşısında 5-10 dəqiqə gözləyəcəyi halda əlavə nə qədər ödəniş olacağını və pik saatın bütün bu qiymətlərə nə dərəcə təsir edib-etmədiyini öyrəndik. Nəticələr belədir:

Eləcə də bax: Dollara tələbatı yüksəldən "isti pul axını"

*9111 "Ekonom taksi"

Bu marşrut üzrə xidmətin dəyəri 12,50 manat olacaq. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Taksinin ilk 10 dəqiqə gözləməsi pulsuzdur. 10 dəqiqədən sonra hər 1 dəqiqənin qiyməti 0,05 manat dəyərində hesablanacaq. Operatorun sözlərinə görə, müvafiq marşrut üzrə hərəkət pik saatlara təsadüf edərsə qiymətdə 1-2 manat qalxa bilər.

*2424 taksi xidməti

Bu ünvana 12 manata aparır. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Əlavə gözləmə müddətinin dəyəri isə hər 10 dəqiqəyə 0,50 manat hesablanır. Operator deyir ki, pik saatlarda da bu qiymət dəyişmir.

*5959 "Felix taksi"

Bu marşrutun qiyməti 11,35 manatdır. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Bu taksi xidmətində də ilk 10 dəqiqə gözləmək pulsuzdur. 10 dəqiqədən sonra hər bir dəqiqənin qiyməti 0,05 qəpikdən hesablanır. Operator bildirir ki, pik saatlar bu qiymətə təsir etmir.

189 taksi

Sözügedən məsafə üzrə ödəniş ekonom-class ilə 13,40 manat, biznes-class ilə isə 17,90 manat olacaq. Bu qiymətə hava limanına girişin qiyməti də daxildir. Taksi ilk 10 dəqiqə gözləməsi üçün ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Operator bildirir ki, bu qiymətlər pik saatlarda da dəyişmir.

*8844 "City taksi"

Bu məsafənin qiyməti hava limanına girişin ödənişi ilə birlikdə 12,71 manat edəcək. Burada da taksi ilk 10 dəqiqə gözləməsi üçün ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Operator bildirir ki, bu qiymətlər pik saatlarda da dəyişmir.

*9933 "Salam taksi"

"Hyatt Regency Baku" hotelindən Heydər Əliyev Beynəlxalq Aeroportuna 9,50 manata aparır. Hava limanına giriş ümumi ödənişə daxildir. Takisinin 10 dəqiqə gözləməsi üçün isə əlavə olaraq 0,40 manat ödəniş tələb olunur. Pik saatlar bi qiymətlərə təsir etmir.

*3003 "OK taksi"

Bu məsəfəyə 11,70 manat alır. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Burada da taksi ilk 10 dəqiqə gözləməsi üçün ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Operator bildirir ki, bu qiymətlər pik saatlarda da dəyişmir.

*5000 "Ulduz taksi"

Bu məsafə üzrə ödəniş 9.80 manat edəcək. Hava limanına giriş qiyməti də bu ödənişə daxildir. Operatorun sözlərinə görə, taksinin müştərini ilk 10 dəqiqə gözləməsi üçün şirkət tərəfindən ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Bu qiymətlər pik saatlarda da dəyişmir.

*9000 "Bakı London taksi"

Bu məsafə üçün ödəniş 17 manat edəcək. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Burada da taksi ilk 10 dəqiqə gözləməsi üçün ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Operatorun sözlərinə görə, pik saatlarda bu qiymət təxminən 1 manat artıq ola bilər.

*8555

Müvafiq məsafə üzrə ödəniş 10,70 qəpik edəcək. Bu qiymətə hava limanına giriş ödənişi də daxildir. Operator bildirir ki, taksi 10 dəqiqə gözləsə ümumi hesab 11 manat olacaq. Onun sözlərinə görə ilk 5 dəqiqəlik gözləmə üçün ödəniş alınmır. 5 dəqiqədən sonra hər dəqiqənin qiyməti 0,05 manatdan hesablanır.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1974   Tarix: 10 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Eldar Mansurovun oğluna yüksək vəzifə verildi

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. "Report"a istinadən xəbər verir ki, bu vəzifəyə Ülvi Mansurov təyin olunub. O, 13 dekabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetind

4 dekabr
.

Azərbaycanda unun topdansatış qiyməti AÇIQLANDI

Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisələrinin qiymətləri açıqlanıb. xəbər verir ki, qiymətlər bölgələrdə 26,10 manatdan 28,40 manatadək dəyişir. Ən ucuz un "Dəvəçi-Taxıl" MMC-də, ən bahalı isə "Azeri-Arapoğlu U.S. və T. LTD" BM-də satılır

29 noyabr
.

Azərbaycan Qahirədə D-8 qrupunun ticarət nazirlərinin iclasında iştirak edəcək

Dekabrın 2-də Qahirədə inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv dövlətlərin ticarət üzrə məsul nazirlərinin 4-cü iclası keçiriləcək. AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə üzv dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər. Hazırlıq məqsədilə artıq bir neç

30 noyabr
.

Azərbaycanda kolbasa istehsalı 4 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 26 min 240,8 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur. Noyabrın 1-nə ölkədə 18,3 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu d

23 noyabr
.

Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? - RƏSMİ

Azərbaycanda növbəti ildən yeni 3 manatlıq əskinasların dövriyyəyə buraxılacağı iddia olunur. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. İddia edilir ki, yeni pul vahidi yeni ildən istifadəyə veriləcək, hətta onun görünüşünü əks etdirən foto belə paylaşılır. Məsələ ilə əlaqədar Azərbayca

1 dekabr
.

Bakıda bu ərazidə evlər plana düşdü: 2700 AZN kompensasiya veriləcək

Paytaxtın Yasamal rayonunda Təzəpir məscidi ətrafında aparılan genişmiqyaslı söküntü işləri yekunlaşdıqdan sonra daha bir ərazidə sökünütü işləri aparılacaq. -in ldə etdiyi məlumata görə, layihənin növbəti mərhələsi kimi Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən yaşayı

26 noyabr
.

Azərbaycanda məşğul əhalinin sayı açıqlandı

2025-ci il dekabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 383.2 min nəfər olub. Onlardan 5 milyon 104.5 min nəfəri məşğul əhalini təşkil edib. rəsmi statistikaya istinadən xəbər verir ki, cari ilin noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 782.

13 dekabr
.

Azərbaycanda oktyabrda nağdsız ödənişlərin 88 %-i elektron ticarətin payına düşüb

Bu ilin oktyabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq – 8 milyard 825 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 7 milyard 776 milyon manatı (88,1 %-i) elektron ticarətin payına düşüb

29 noyabr
.

Azərbaycanda kərə yağı ehtiyatı 5 dəfəyə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22 min 115,5 ton kərə yağı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır. Noyabrın 1-nə ölkədə 174,3 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisəd

22 noyabr