"Qarabağ"ın futbolçusu boşanır

"Qarabağ"ın futbolçusu boşanır"Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak həyat yoldaşı Edita Jazakdan boşanır.

Sonxeber.az goal.az-a istinadən xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. 2016-cı ildə ailə həyatı quran, ötən ilin sonlarında isə münasibətləri korlanan cütlüyün ayrılığın bir addımlığında olduğu vurğulanıb. Onların əsas boşanma səbəbi kimi isə Jezniçakın "Qarabağ"a transferi göstərilir. Kubanın Azərbaycana gəldikdən sonra xanımı ilə aralarında soyuqluq yarandığı iddia olunur.

İdman   Baxılıb: 798   Tarix: 10 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR