Bu şəxslər cərimələnə bilər - VİDEO - FOTO

Bu şəxslər cərimələnə bilər - VİDEO - FOTOARB TV-nin "Günə doğru" verilişində övladını sənədsiz qoyan valideynlər haqda sujet efirə gedib.

Yeni anadan olan uşaq üçün doğum haqqında şəhadətnamənin vaxtında əldə edilməsi vacib olsa da bəzi valideynlər bu işə məsuliyyətli yanaşmırlar.

Nəriman İsmayılov (qeydiyyat şöbəsinin əməkdaşı): "Təlimatda göstərilir ki, yeni doğulmuş uşağa 1 ay ərzində şəhadətnamə alınmalıdır. Bunun alınmasında birbaşa valideynlər məsuliyyət daşıyır. Əgər alınmazsa, ya xəbərdarlıq edilir, ya da cərimə".

Bərdə qeydiyyat şöbəsinin mütəxəssisi Nəriman İsmayılov deyir ki, belə hallara əsasən kənd yerlərində daha çox rast gəlinir. Bu da böyüməkdə olan uşaqlar üçün gələcəkdə çətinliklər yaradır.

Amma uşaq dünyaya gəldikdən sonra doğum haqqında şəhadətnamənin qısa zamanda alınmasını tərəfdarı olan valideynlər də az deyil.

Qeydiyyat şöbəsindən o da bildirildi ki, xəstəxanada dünyaya gələn körpələrin siyahısı Səhiyyə və Ədliyyə Nazirliklərinə ötürülür. Qeydiyyat şöbələri isə həmin məlumatlar əsasında yerli icra nümayəndəlikləri ilə əlaqə saxlayaraq vətəndaşlara, 1 ay ərzində uşaqlarının sənədlərini alması üçün bildirişlər verirlər.

İqtisadiyyat   Baxılıb: 1079   Tarix: 10 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR