Federasiya Rafael Ağayevin müqaviləsini pozmaq istəyir
"Karate Combat" (Karate Döyüşü) təşkilatı ilə müqavilə bağlamış dörd azərbaycanlı idmançının fəaliyyətindən Azərbaycan Milli Karate Federasiyası (AMKF) narazıdır.
Sonxeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında AMKF-nin baş katibi Mirhəsən Seyidov bildirib.
O qeyd edib ki, həmin kommersiya xarakterli turnirdə iştirak federasiyanın planlarına ziddir:
"Onların müqavilələri keçən ilə təsadüf edib. Həmin vaxt federasiyanın maliyyə problemləri vardı. Buna görə idmançılarımız maddi durumlarını düzəltmək üçün belə bir qurumla anlaşma imzalamalı olublar.
Bildiyiniz kimi, yanvardan etibarən qurumun maliyyə çətinlikləri arxada qalıb. Bu yarışdan isə federasiya rəhbərliyinin bilavasitə xəbəri olmayıb. Millinin heyəti Mərakeşdəki turnirdən bu gecə qayıdıb deyə, hələ onlarla söhbət etməmişik.
"Karate Combat"da iştirak etmək federasiya üçün məqsədəuyğun sayılmır. Orada alınan zədələr gələcəkdə bizi Olimpiadada gözlənilən uğurdan məhrum edə bilər. Həmin müqavilələr federasiya ilə yox, fiziki şəxslə bağlanılıb. Biz həmin anlaşmaların pozulmasına çalışacağıq".
Xatırladaq ki, adıçəkilən qurumla Azərbaycan karateçilərindən Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (hər ikisi +84 kq) müqavilə bağlayıb. Artıq Rafael Ağayev fevralda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş ilk döyüşündə dominikanlı karateçi Dionosio Qustavonu məğlub edərək müəyyən məbləğdə mükafat əldə edib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman Baxılıb: 1066 Tarix: 10 aprel 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşArvadını dişləyən Boatenqə ağır cəza verildi
Futbol üzrə Almaniya millisinin və "Lion" klubunun üzvü Jerom Boatenq məişət zorakılığıyla bağlı rekord məbləğlə cəzalandırılıb. Dünya çempionu üç il öncə qızlarının anasını döydüyü və dişlədiyinə görə 1.8 milyon avro cərimə ödəməlidir. Qeyd edək ki, Boatenqin 33 yaşı var. O, karyerası ərzind
10 sentyabr 2021Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı - FOTO
Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı. Azərbaycan Milli Paralimpiya Komandası möhtəşəm nəticə göstərərək, yarışı 163 ölkə arasından 10-cu pillədə tamamlayıb. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir
5 sentyabr 2021Beyl uzun müddət futboldan kənar qalacaq
Madrid "Real"ının futbolçusu Qaret Beyl uzun müddətlik sıradan çıxıb. 32 yaşlı uelsli "Selta" ilə oyunöncəsi məşq prosesində zədə alıb. Bu gün baş tutan tibbi baxışda yarımmüdafiəçinin zədəsinin ciddiliyi təsdiq olunub. Sağ bud əzələsini zədələyən Beylin ən az bir ay meydana çıx
14 sentyabr 2021"Yuventus"un gənc futbolçusu öldü
İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb. verir ki, bu barədə Turin klubu məlumat yayıb. Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədə
5 sentyabr 2021Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - FOTOLAR
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Yanq Boyz" - "Mançester Yunayted" qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib. "Qafqazinfo" xəbər verir ki, Ronald
15 sentyabr 2021Şimali Koreya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Xalq Demokratik Respublikasının Olimpiya Komitəsini cəzalandırıb. Milli qurum Tokio Olimpiya Oyunlarında iştirak etmədiyinə görə, BOK-un sıralarından kənarlaşdırılıb. Bu barədə beynəlxalq təşkilatın rəhbəri Tomas Bax BOK-un icraiyyə komitəsinin iclasının yekunların
9 sentyabr 2021Azərbaycanın Milli Qəhrəmanının oğlu erməniyə belə qalib gəldi - FOTO/VİDEO
Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov erməni rəqibini məğlub edib. xəbər verir ki, Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında Ukraynanı təmsil edən erməni rəqibi Qreqor Muradyana qalib gəlib. Milli Qəhrəmanımızın oğlu ilə erməni rəqibi arasındak
6 sentyabr 2021Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18 sentyabr 2021