Bazarlarda qiymət qalxdı: Soğan kartofdan bahadır

Bazarlarda qiymət qalxdı: Soğan kartofdan bahadırSatıcıların kəskin bahalaşma ilə bağlı öz arqumentləri var...

Sonxeber.az "Musavat"a istinadən xəbər verir ki, paytaxt bazarlarında bir çox kənd təsərrüfatı məhsulları kəskin şəkildə bahalaşıb. Səbəb isə mövsümi amillər, yerli istehsal məhsullarının tükənməsi və xaricdən idxalın artmasıdır. Məlum olduğu kimi, qısa müddət sonra əksər meyvə-tərəvəz məhsullarının nübarı bazarlara çıxacaq və bu da ilk günlərdə baha olması ilə seçiləcək.

Hazırkı durumu öyrənmək məqsədilə "8-ci kilomter bazarı"nda olub, meyvə və tərəvəzlərin son qiymətləri ilə maraqlandıq. Apardığımız müşahidələr zamanı bazarda bəzi məhsulların qiymətinin bahalaşmasının şahidi olduq.

Diqqəti ən çox soğanın qiyməti çəkdi. Belə ki, əksər piştaxtalarda bir qədər normal soğanın pərakəndə satışı kiloqramı 1 manat, daha keyfiyyətsiz vəziyyətdə olanı isə 80 qəpiyə təklif olunur. Topdansatışda isə qiymətlər 75-80 qəpikdən təklif olunur. Satıcılar soğanın bu qədər bahalaşmasının mövsümlə əlaqəli olduğunu bildirdilər: "Alverçilər soğanın bol vaxtı 35 qəpiyə alıb, anbarlara vururlar. Tutaq ki, zamanında 25 ton mal alıb, bu günə qədər 15 ton soğan sata bilir. Anbarda uzun müddət qalan məhsul isə zay olur, 70 faizi itkiyə gedir. Yerdə qalan 30 faizi isə bazarlara çıxarılır. Bu zaman avtomatik olaraq soğan bahalaşır. Sahibkarlar həmin soğanı mayasını ödəyib, müəyyən qazanc qalsın deyə, baha satmağa çalışırlar. Təbii ki, belə olan halda bazarda bahalaşma qaçılmazdır. Onlar da qınanılası deyillər. Çünki anbarda müəyyən müddət saxlamaq üçün icarə haqqı ödəyirlər, üstəgəl digər xərclər..."

Bəzi satıcılar isə yaranan qıtlığın qarşısını almaq üçün İrandan Bakıya soğan gətiriləcəyini və bununla qiymətlərin müəyyən qədər ucuzlaşacağını dedilər: "Ümumiyyətlə, Azərbaycanda ən çox satılan Ağdam soğanıdır. Ölkədə becərilən soğan daxili tələbatı ödəyirdi, xaricdən gətirməyə ehtiyac qalmırdı. Bu il nədənsə soğan istehsalı azlıq təşkil etdi. Təzə soğanın çıxmasına isə hələ 10-15 gün qalıb. Yerli məhsul hesabına əhalinin tələbatının ödənilməsi mümkün deyil. Bazarda söhbət gəzir ki, İrandan Azərbaycana böyük həcmdə soğan gətiriləcək. Belə olan halda soğanın bahalaşmasının qarşısını almaq olacaq. Əks halda, kəskin bahalaşma gözlənilə bilər. Yəni soğanın kiloqramı 1.40 qəpiyə qədər bahalaşa bilər".

Kartofun qiymətinə gəlincə, ciddi bir bahalaşma müşahidə etmədik. Satıcılar söhbət zamanı bildirdilər ki, ötən illə müqayisədə kartof bu il daha ucuz olub: "Bazarda Misir, İran, Türkiyə, Belarusdan gətirilən kartof daha çox üstünlük təşkil edir. Yerli məhsulumuzun həcmi isə kifayət qədər azalıb. Buna baxmayaraq, xaricdən gələn məhsul hesabına kartofun qiyməti stabil saxlanıb. Hətta ötən illə müqayisədə daha ucuzdur. Ötən ilin bu fəsli ilə müqayisədə 15-20 qəpik ucuzlaşma var. Misir kartofu 1 manat, Belarusdan idxal olunan 80 qəpik, Türkiyə kartofu 70 qəpik, yerli Gədəbəy kartofu isə 70-80 qəpik civarındadır. Artıq bazarda təzə kartoflar satışa çıxır. Bu səbəbdən də həmişə 1-1.20 manata satdığımız Gədəbəy kartofu indi ucuzlaşıb".

Bazarda bahalaşan tərəvəzlər siyahısında pomidoru xüsusi vurğulamaq olar. Yerli pomidorun kiloqramı 4-5 manata təklif edilir. İran pomidoru isə 2-3 manat civarındadır. Satıcılar pomidorun bahalaşmasını xarici ölkələrə idxalın artması ilə əlaqələndirdilər: "Ötən ilin bu dövründə pomidorun qiyməti xeyli ucuz idi. Bu aylarda Bakı kəndlərindən və bir neçə rayondan Bakı bazarlarına mal gətirilərdi. O səbəbdən bazarda bolluq yaranırdı, bu isə avtomatik qiymətlərin ucuzlaşmasına səbəb olurdu. Lakin bu mövsüm bazarda pomidor qıtlığı yaşanır. Təbii ki, belə olan halda bahalaşma gözləniləndir. Bahalaşmanın digər səbəbi isə məhsulun Rusiyaya daşınması ilə əlaqəlidir. Əvvəllər Türkiyə pomidoru daha çox Rusiyaya daşınırdı. Hansı səbəbdənsə Rusiya Türkiyədən məhsul almadı. İndi Azərbaycandan Rusiyaya pomidor ixrac olunur. Bu sahədə çalışan sahibkarlar məhsulunu iri şirkətlərə topdan satır. Pomidorun bahalaşmasının əsas səbəblərindən biri budur".

Digər məhsulların qiymətinə gəlincə, elə də bahalaşma müşahidə etmədik. Kələm, kök, göyərti, meyvələrdən banan, narıngi, portağal və digər məhsulların qiyməti stabil olaraq qalır. Yalnız almanın qiymətində bahalaşma müşahidə edilir. Satıcılar bunun səbəbinin də mövsümlə əlaqəli olduğunu dedilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2207   Tarix: 11 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021