Elman Rüstəmov devalvasiyadan danışdı

Elman Rüstəmov devalvasiyadan danışdı
Devalvasiyadan sphbət gedə bilməz. Manatın zəifləməsindən söhbət gedə bilməz.

"Ölkəmizdə makroiqtisadi sabitlik var. Onun çox ciddi iqtisadi dayaqları mövcuddur. Ölkənin xarici balansına əsaslanıb deyə bilərəm ki, tədiyyə balansı pozitiv zonadadır. İlin vvəlindən ölkənin valyuta ehtiyatları artıb"

Sonxeber.az bildirir ki, bunu AzVision.az-a açıqlamasında Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib.

"Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişag edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görenür ki, devalvasiuadan sphbət gedə bilməz. Manatın zəifləməsindən söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur. Əsas xarici ticarət tərəfdaşlarımızda izləyirik ki, onların valyuta məzənnələrində olan dəyişikliklər psixolojia olaraq 0,2 0,3 faiz dərəcəsində nağd valyuta müəyyən valatelik yarada bilir. Amma bu ciddi bir şey deyil. Rəsmi məzənnə sabitdir. Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkədə kifayət qədər nağd valyuta gətirilib. İstəbilən tələbatı ödəməyə hazırıq. Bunu edirik və edəcəyik. Heç bir tərəddüd üçün əsas yoxdur. Ümumi iqtisadiyyat sabitdir. Milli valyutamızında sabitliyi bu gün çox möhkəm makroiqtisadi dayaqlat üzərindədir. Hamını sakitliyə çağırırram. Biz arzu edirik ki, qonşu ölkələrimizdə də bundan sonra hər şey qaydasına düşəcək"- Baş bankir deyib.

İqtisadiyyat   Baxılıb: 8089   Tarix: 11 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR