Xalq artistimiz ölümdən döndü: "Tormoz" tutmadı, maşın çevrildi..." - FOTO

Xalq artistimiz ölümdən döndü: "Tormoz" tutmadı, maşın çevrildi..." - FOTOBaş rola çəkildiyi kommersiya filmlərindən birinin Qala gecəsində Hacı İsmayılovla qarşılaşdıq. Gənclərin ərsəyə gətirdiyi filmlərə həvəslə çəkildiyini deyən aktyor aldığı qonorardan da danışdı. Xalq artisti söhbət əsnasında həyatında baş verən maraqlı hadisələri də xatırladı. Avtomobil həvəskarı olan aktyor, sən demə, ağır qəzadan da son anda qurtulubmuş.

Sonxeber.az xəbər verir ki, xalq artisti, tanınmış aktyor Hacı İsmayılovun Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Bir çox xalq artistləri var ki, gənclərin çəkdiyi filmlərdə iştirak etməyi özlərinə yaraşdırmırlar. Amma son vaxtlar sizi kommersiya filmlərində görürük…
– Dəvət edəndə çəkilirəm.

– Aldığınız qonorar sizi qane edir?

– Hər halda, məni fərqləndirirlər. Bir də ki, mən aktyoram, əsas odur ki, məni qane edən rol olsun. Qonorarda reallığı da nəzərə alıram.

– Heç olubmu ki, böyük sənətkar olduğunuza görə, şərtlərinizi söyləmisiniz, sizə güzəşt ediblər?

– Şərt deyəndə ki, əvvəl ssenariyə baxıram, xoşuma gəlirsə, çəkilməyə razılıq verirəm.

– Heç obrazlarınızın vurğunu olan imkanlı fanatlarınız sizə bahalı hədiyyələr edib?

– Ən böyük hədiyyəni mənə Prezidentim verib – ev bağışlayıb. Bundan böyük hədiyyəm olmayıb. Nəyi arzulamışam, özüm almışam.

– Məsələn?

– İstəyirdim avtomobilim olsun, var. Çox böyük avtomobil həvəskarı olmamışam. Çünki böyük maşının xərcləri də çox olur. Balaca maşın xoşlayıram, çünki həm də rahatdır.

– Yol polisləri ilə aranız necədir, necə deyərlər, qaydaları pozanda, heç sizi "yola verirlər"?

– Hamısı mənə hörmət edir. Bir dəfə yol polisi avtomobilimi saxlayıb, çox sorğu-sual etdi. Sənədlərimi istədi. Həmin yol polislərindən biri də məndən qabaqkı avtomobili saxlayıb, sürücünü sorğu-sual edirdi. O adam mənim yanıma gələndə təəccübləndi, polis həmkarına hirsləndi ki, bu adam bizim görkəmli aktyorumuzdur, niyə saxlamısan? Polis də tanımadığını söylədi. Sonradan bildim ki, həmin polis Özbəkistanda yaşayırmış, Azərbaycana yeni gəlib.

– Sürəti sevirsiniz?

– Qətiyyən. "90"dan yüksək sürməmişəm. Həmişə deyirəm ki, "90″a qədər sənindir, "90″dan o yana sənin deyil.

– Heç qəza keçirmisiniz?

– Bir dəfə olub. On ilin söhbətidir, Yevlax-Bərdə yolunda maşını aşırdım. Qəfildən əyləci basdım ki, maşını saxlayım, "tormoz" tutmadı, avtomobil sürüşüb torpaq yola çıxdı. Yığışdıra bilmədim, maşın çevrildi. Yaralandım, çiynimdən zədə aldım. Məni Allah saxladı. Qarşı yolda maşın olmadı, yoxsa ki, bədbəxt hadisə qaçılmaz olacaqdı.

– Adətən məşhurlar maşın azarkeşi olur, tez-tez avtomobillərini dəyişirlər. Sizin indiyə qədər neçə avtomobiliniz olub?

– İndi sürdüyüm maşının markası "Fiyat Albeya"dır. Əvvəl "Zaparoji"m vardı, sonra "Moskviç", bu üçüncü maşındır. On ildir sürürəm, narazılığım da yoxdur. Məni yolda qoymayıb.

– Doğrudurmu ki, insanın xasiyyəti necədirsə, avtomobili də elə idarə edir?

– Bu fikirlə mən də razıyam. Mən özüm xaraktercə sakit təbiətli insanam, elə maşını da sakit sürməyə üstünlük verirəm. Qaza basmaq, yüksək sürət mənlik deyil. Sükan arxasında hər zaman ehtiyatlıyam. Bütün bədbəxt hadisələrə səbəb yüksək sürətdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 5383   Tarix: 11 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məhəbbət Kazımovun oğlu atasından danışdı: "Ən böyük arzusu Laçına getmək idi"

Bu gün Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. O, 2014-cü ilin bu günündə vəfat edib. Məhəbbət Kazımov Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamların müəllifi , "Laçın" instrumental ansamblının rəhbəri olub. Onun səsləndirdiyi "Laçınım" mahnısı dillə

28 yanvar
.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

Naxçıvanda nazir əvəzi idarə müdirini işdən çıxardı

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Babə

28 fevral
.

Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkiləcək

"Emmy"nin 10 mükafatına sahib olan "Çernobıl" serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Filmdə baş rolu "Saltburn" və "The Banshee of İnisherin"

17 fevral
.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Xalq artisti VƏFAT ETDİ

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, sənətkar 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır

20 fevral
.

Balabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkar

Onun adı gələndə ilk olaraq qulaqlarımda Novruz bayramı ərəfəsində Azərbaycan Televiziyasının mavi ekranında ifa olunan "Azərbaycan təranələri" səslənir. Daha sonra 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının ahını, vaxtilə Azərbaycanın Qarabağ harayını dünyaya yayan, şəhid adlı böyük bi

29 yanvar
.

"Uşaqlığın son gecəsi"nin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT

"Dublyaj çox çətin sahədir. "Azərbaycanfilm" kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. "Hələ bu sahəyə yeni ayaq döyürdük" demək daha doğru olar. Amma "Uşaqlığın son gecəsi"ndə Ənvə

17 fevral