Neftin bahalaşmağı manata necə təsir göstərəcək?

Neftin bahalaşmağı manata necə təsir göstərəcək?Dünya birjalarında neft bahalaşıb. Belə ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,18 dollar və ya 0,25% artaraq 72,24 dollar təşkil edib. Bununla "qara qızıl"ın qiyməti 2014-cü ildən sonra ilk dəfə olaraq 72 dollarlıq həddi keçib. Görəsən bu artıma səbəb nədir və neftin bahalaşmasının manata nə kimi təsirləri ola bilər?

Sonxeber.az xəbər verir ki, neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, neftin qiymətinin 72 dollar olmasının kökündə geosiyasi amillər dayanır:

"Ümumiyyətlə, son bir həftədə neftin qiymətində belə bir artımın baş verməsi daha çox geosiyasi faktorlarla bağlıdır. Burada fundamental faktorların əsaslı rolundan danışmaq məntiqdən kənar olardı. ABŞ və Çin arasında tarif və ticarət müharibəsinin gərginləşməsi, Suriyadakı siyasi durumun daha da pisləşməsi, ABŞ-ın İrana qarşı sanksiyalarla çıxış edəcəyi xəbərləri, eyni zamanda Vaşinqton tərəfindən aparıcı Rusiya şirkətlərinə qarşı sanksiya tətbiqi neftin qiymətinin bahalaşmasına təsir göstərib. Bu isə süni artım sayılır və müvəqqəti xarakter daşıyacaq.

İndiki artım birbaşa ABŞ-dakı şift neft hasilatı və qazma aktivliyinin artmasına stimul yaradacaq. Nəticədə qısa müddətdə bazarda yenidən neft bolluğu müşahidə ediləcək. Son nəticədə də ehtiyat anbarlardakı neft həcmləri artacaq. Onun baş verməsilə də neftin qiyməti yenidən 55-60 dollar diapozonuna qayıdacaq.

"Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov da məsələ ilə bağlı fikir bildirərkən deyib ki, hazırkı artım sünidir və birbaşa şift neft hasilatına geniş meydan açacaq. Neftin qiymətinin 70 dollar civarında bərqərar olması eyni zamanda, OPEK daxilində kvotanın saxlanılması istiqamətində fikir ayrılığı yaradır. Çünki neftin qiymətinin bu həddində həm OPEK-in, həm də ondan kənar müttəfiq neft ölkələrinin ixrac həcmləri artır. Ona görə də neftin hazırkı qiymətinin uzun müddət tab gətirəcəyi qeyri-mümkündür və yaxın aylarda bu qiymətdə enmələr baş verəcək".

Həmsöhbətimizin fikrincə, neftin qiymətinin 72 dolları keçməsi Azərbaycan daxil neft ixrac edən ölkələrə əlavə dollar kütləsinin daxil olmasına səbəb olur:

"Bu da həmin ölkələrin, o cümlədən Azərbaycanın milli valyutasının dollara nisbətdə sabit qalmasına stimul yaradır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1009   Tarix: 12 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021