Eks-nazirdən manatın taleyi ilə bağlı - MÜHÜM AÇIQLAMA

Eks-nazirdən manatın taleyi ilə bağlı - MÜHÜM AÇIQLAMA"Bu gün manatın məzənnəsi ilə bağlı bizi narahat edəcək heç nə yoxdur. Çünki son vaxtlar insanlarımızın manata güvəni xeyli artıb. Bu güvənin artdığını nümayiş etdirən əsas göstərici bankalarda əhalinin manatla olan əmanətlərinin dinamikasıdır. Bu dinamika isə son aylar ərzində müsbətdir".

Bu sözləri keçmiş maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov manatın dollar qarşısında dəyər itirəcəyi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının banklarda manatla əmanət yatırımları artır, bu da manata olan inamdan xəbər verir:

"Bu, artıq manatın sabitliyinin və vətəndaşlarımızın bu sabitliyə inamının göstəricisidir. Bununla yanaşı, manat sabitdirsə, deməli, istənilən investor buna güvənib, öz yatırımlarını edə bilir. Bu isə iqtisadiyyatın inkişafı deməkdir. Milli valyuta sabit olmayan zaman daxili və ya xarici investor yatırım etməyə qorxur. Manatın sabit olması bu baxımdan da iqtisadiyyata, real sektorun inkişafına təkan verəcək amillərdən birinə çevrilir".

Keçmiş nazir Rus rublu və Türk lirəsinin son günlər ABŞ dolları qarşısında dəyər itirməsinin də səbəblərini açıqlayıb:

"Türk lirəsi daha çox dəyər itirərək rekord həddə qədər ucuzlaşıb. Bu proseslər son vaxtlar hər iki ölkənin dünya nəhəngi – ABŞ ilə münasibətlərinin kifayət qədər gərginləşdiyi bir vaxtda baş verir. Son aylarda nə Rusiyanın, nə də Türkiyənin iqtisadi durumunda elə bir ciddi dönüş baş verməyib ki, milli valyutaların bir neçə gün ərzində belə kəskin ucuzlaşmasını bununla əlaqələndirmək mümkün olsun. Neftin qiymətlərində də son aylar ərzində elə bir azalma baş verməyib ki, neft ölkəsi olan Rusiyanın milli valyutasının ucuzlaşmasını bununla ələqaləndirilsin. Hər iki qonşu ölkənin milli valyutaların birdən-birə kəskin ucuzlaşmasının motivləri yalnız siyasidir. Türk lirəsinin ucuzlaşması səbəbləri Türkiyənin Afrin əməliyyatı və bundan sonra bölgənin başqa yerlərində də belə əməliyyatların davam etdiriləcəyinə dair ölkə Prezidentinin verdiyi bəyanatlardır. Rusiyaya gəldikdə isə burada vəziyyəti gərginləşdirən əsas səbəblərdən biri yaxın şərqdə baş verən münaqişələrdə Rusiyanın dominantlıq etmək cəhdləri və Rusiya Ukrayna münasibətlərindəki gərginlikdir. Bu fonda Amerika Birləşmiş Ştatları tərəfindən tətbiq edilən iqtisadi, maliyyə sanksiyalarının getdikcə daha da artması rus rublu ətrafında gərginliyi də artırır.
Hər iki ölkənin milli valyutalarının siyasi motivlər əsasında ABŞ-ın istəyinə uyğun bir ssenari ilə ucuzlaşa bilməsinin köklərini bir qədər də əyani şəkildə açmağa cəhd edək. Bu günlərdə Rusiya, İran və Türkiyə ABŞ dollarından imtina edərək öz aralarındakı hesablaşmaları milli valyutaları ilə aparmağı təklif etdilər. Bu nə qədər realdır? Əvvəla onu deyək ki, bu yeni təşəbbüs deyil, bundan öncə hətta BRİKS-ə daxil olan ölkələrdə birlikdə bu təklifi reallaşdırmağa cəhd etmişdilər. Lakin ABŞ dollarının bir saylı valyuta kimi on illər boyu dünyanın maliyyə bazarlarındakı bütün hesablaşmalarda, dövlətlərin valyuta ehtiyatlarının formalaşmasında və başqa sahələrdə qazandığı hegemonluq buna imkan vermədi. Təbii ki, nə vaxtsa ABŞ dollarından imtina etmək mümkün olacaq, bunun mümkün olmadığını demək düzgün deyil. Lakin bu gün heç bir dövlət və ya müxtəlif formatlarda bir araya gəlmiş ölkələr tərəfindən bunun edilməsi mümkün deyil. Sadə misal, bu gün ABŞ-in hərbi büdcəsi 700 milyard dolları ötürsə və bu zaman Rusiyanın hərbi büdcəsi cəmisi 40 milyard dollar ətrafındadırsa, Rusiya ABŞ-a qarşı hansı gücü nümayiş etdirə bilər?".

Regionda baş verən hadisələr fonunda F.Yusifov Azərbaycanda manatla bağlı hər hansı bir ciddi dəyişikliyə əsas verəcək heç nə olmadığını deyir:

"Manatın məzənnəsinə təsir edə bilən əsas amillərdən biri neftin dünya bazarlarındakı qiymətidir. Neftin qiymətlərində isə yaxın zamanlarda hər hansı bir ciddi dəyişikliklərin baş verməsi gözlənilmir. Eyni zamanda, son üç ay içərisində bizim qeyri-neft sektoru üzrə ixracımızın həcmi ötən ilin birinci rübü ilə müqayisədə 37 faiz artıb. Yəni real sektordan da ixracımız artıq valyuta gətirir. Doğrudur, bu, hələlik böyük həcmlərdə deyil. Ancaq hər halda 37 faiz artım bizə deməyə əsas verir ki, qeyri-neft sektorundan da irəliləyişlər edə bilirik. Hesab edirəm ki, bu, ilk növbədə qeyri-neft sektorunun əsas aparıcı sahələrindən olan aqrar sektorun, qeyri-neft sənayesinin inkişafı hesabınadır. Həmçinin Azərbaycan üzərindən keçən, beynəlxalq nəqliyyat xətləri də artıq fəaliyyətə başlayıb. Buradan əldə edilən valyuta gəlirləri də manatın məzənnəsinə dəstəkdir".

publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1433   Tarix: 13 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021