Telefonunuza gələn bu nömrələrə ZƏNG ETMƏYİN! - Pulunuz OĞURLANACAQ

Telefonunuza gələn bu nömrələrə ZƏNG ETMƏYİN! - Pulunuz OĞURLANACAQTanımadığınız xarici nömrələrdən gələn mesaj və "email"lərin sırasına zənglər əlavə olunub.

Sonxeber.az xəbər verir ki, son günlər telefonuna tanımadığı xarici nömrədən zənglərin gəldiyini dəyən şəxslərin sayı artıb. Bu səbəblə, məsələni araşdırmaq qərarına gəldik.
İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bununla bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, bu cür mesaj və zənglər dələduzluğun bir növüdür:

"Xarici ölkələrdən gələn "email", mesaj və zənglərin məqsədi var. Bunları bir neçə qrupa bölmək olar. Məsələn, xaricdən gələn "email"lər çox vaxt dələduzluq məqsədilə göndərilir. Bank hesablarına pul köçürələcəyi yalanıyla insanların hesablarının şifrələri alınır. Şifrə deyildikdən sonra hesabdakı pul avtomatik olaraq oğurlanır.

Telefona zəng etməklərinin məqsədi isə balansdakı məbləği mənsiməkdir. Belə ki, adi bir xarici nömrədən gələn zəngin qiyməti 10 sentdirsə, bu nömrələrdən gələn zənglər qat-qat çox olur. Bu nömrələr pullu servis xidmətlərinə aiddir. Bu qruplar xarici ökələrə zəng etməklə bu şəkildə külli miqdarda pul qazanmış olurlar. Belə zənglər hər bir kəsə gələ bilər. Mənim özümə də Yaponiya və digər uzaq ölkələrdən gəlir. Lakin yaxın bir adam da xaricdən zəng edə bilər. Amma əsasən bu tipli zənglər pul qazanmaq naminə edilir. Onlar bahalı tariflər tədbiq etməklə o nömrəyə zəng edən insanların pulunu ələ keçirirlər. Bu da dələduzluğun bir növüdür".

Vəkil Sahib Məmmədov isə qeyd edib ki, problemin qarşısının alınması üçün nə isə etmək mükün deyil:

"Sosial şəbəkələr, Votsap və mobil rabitə üzərindən insanlara tez-tez mesaj və zənglər gəlir. Bunlar dələduzlar tərəfindən yayılır. Bəzən şirnikləndirici təkliflər olur. Xüsusən, elektron poçt üzərindən gələnlərdə çox böyük məbləğlər təklif olunur. Dünyada bu cür xuliqanlıq və kiber cinayətə qarşı mübarizə hələ ki, transmilli xarakter daşıyır. Bununla bağlı bir ölkə çərçivəsində nəsə etmək mümkün deyil. Yalnız beynəlxalq çərçivədə hansısa tənzimləyici dövlətlərarası razılaşma olmalıdır. Birləşmiş Ştatlar və digər ölkələrdə mobil rabitə, elektron poçt və sosial şəbəkələr üzərinə nəzarət qoyulub. Son dövrlər "Facebook"la bağlı yaşanan gərginliklər də bunu göstərdi. Amma bunu qeyri-rəsmi edirlər. Belə çıxır ki, hazırda yaşanan problemin qarşısını almaq üçün sosial nəzarət qoyulsun. Kimin hansısa bir ölkəyə məqsədli mesaj göndərməsi, zəng etməsi müəyyən olsun və ona qarşı tədbirlər görülsün. Bu gün Amerikadakı hər hansı bir dostunuzdan da mesaj ala bilərsiniz, dələduzdan da. Bu səbəblə, qeyd olunan problemə nəzarət, ümumiyyətlə dövlət tərəfindən onun müəyyənləşdirilməsi çətindir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2939   Tarix: 13 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Marketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA

Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur

24 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel