Polis seçki günü təxribat edənləri tutdu – Bəziləri axtarışdadı!

Polis seçki günü təxribat edənləri tutdu – Bəziləri axtarışdadı!Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi.

Məlum olduğu kimi, seçkilərdə MSK tərəfindən 8 nəfərin prezidentliyə namizədliyi qeydə alınmış və onların adları bülletenlərə daxil edilmişdi. Seçki günü ölkə üzrə qeydə alınmış seçicilərin təxminən dörddə üçü, yəni 74,3 faizi məntəqələrə gələrək istədiyi namizədə səs verdi. Əvvəldən proqnozlaşdırıldığı kimi, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti – 86,03 faizi hazırkı dövlət başçısı İlham Əliyevi dəstəklədi.

İstər yerli, istərsə də xarici müşahidəçilərin rəyinə görə, seçkilər mütəşəkkil şəkildə, seçicilərin yüksək fəallığı şəraitində baş tutdu. Amma həmişə olduğu kimi, bu dəfə də prosesə kölgə salmaq istəyən, seçkilərin şəffaflığını şübhə altına almağa cəhd edən qüvvələr də tapıldı. Marginallaşmış müxalifətə, radikal dindar qruplara və xaricdəki antimilli ünsürlərə bağlı olan bəzi şəxslər aldıqları təlimata uyğun olaraq, bülletenləri korlamaqdan da çəkinmədilər. Onlar namizədlərdən hansısa birinə səs vermək əvəzinə, aldıqları bülletenin üzərinə "Diktator" sözü yazaraq qutuya atdılar.

Sonxeber.az xəbər verir ki, hüquq mühafizə orqanlarındakı mənbələrdən azxeber.com-a verilən məlumata görə, məntəqələrdə quraşdırılmış müşahidə kameraları vasitəsilə həmin şəxslərin kimliyi müəyyənləşib. Bəziləri artıq polis bölmələrinə çağırılıb, digərləri haqqında isə ən yaxın zamanlarda tədbir görüləcəkdir.

Məlumatı verən mənbə onu da qeyd etdi ki, dünəndən başlayaraq Milli Şura və Müsavatın aprelin 14-nə təyin etdiyi mitinqin təşkilatçı və fəallarından bir çoxu polis bölmələrinə çağırılıb. Bu gün, sabah və mitinqdən sonra onlar haqqında inzibati cəza tədbirlərinin görülməsi planlaşdırılır. Eyni zamanda, "Məhsul" stadionunda quraşdırılmış üztanıma kameraları vasitəsilə mitinq iştirakçılarının şəxsiyyəti müəyyənləşdiriləcək, istər büdcə təşkilatlarında, istərsə də özəl qurumlarda çalışanların həm özləri, həm də yaxınları işdən azad ediləcəklər. Ali məktəblərin rəhbərlərinə də aksiyaya gedən tələbələr barədə müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Görünən odur ki, əvvəllər olduğu kimi, bu dəfə də icazəli aksiyadan qazananlar Milli Şura və Müsavat rəhbərliyi, itirənlər isə adi üzvlər olacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1358   Tarix: 13 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19 aprel
.

"Qərbi azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıdışı" - Zaxarova nədən DANIŞIR? - ŞƏRH

"Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O cümlədən Rusiya rəsmisi Azərbaycanın Qarabağ regionunu

19 aprel
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19 aprel
.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Qəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku

19 aprel
.

İki ölkə arasında qarşılıqlı raket hücumları: Müharibə BAŞLAYIR? - AÇIQLAMA

Bildiyimiz kimi, İran-İsrail arasında gərginlin artmaqda davam edir. İki ölkə arasında davam edən qarşılıqlı raket hücumları bir sıra suallar yaradır. Tərəflər bir-birini hücum olacağı təqdirdə cavabın ağır olacağını, nüvə obyektlərinə zərbə vurmaqla hədələyir. Bir sıra mənəbələrdə qeyd olunur ki, artı

19 aprel