Azərbaycanda sabiq polis rəisi evində qızına əxlaqsız hərəkət edib

Azərbaycanda sabiq polis rəisi evində qızına əxlaqsız hərəkət edib"Onun 120, mənim isə 67 kiloqram çəkim var. Mən onu necə döyə bilərəm!?"

Sonxeber.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Sumqayıtda arvadı tərəfindən döyüldüyünü iddia edən sabiq polis əməkdaşı Nəsib Abışovun keçmiş həyat yoldaşı Natavan Abışova deyib.

Onun sözlərinə görə, hazırda Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyində (ƏƏSMN) baş müfəttiş vəzifəsində çalışan N.Abışovdan bu il fevralın 5-də rəsmi olaraq ayrılıb.

N.Abışova bildirib ki, ötən ilin avqust-sentyabr aylarında əri tərəfindən mütəmadi döyülüb və beş ay anasının evində yaşayıb: "Bu müddət ərzində məhkəmyə müraciət etdim və rəsmi olaraq boşandım. Məhkəmənin qərarı ilə yaşadığımız ev iki hissəyə bölündü. Lakin o, evin bütün otaqlarından və əşyalarından, mən isə iki övladım - bir oğlan, bir qız ilə yalnız bir otağından istifadə edə bilirik. Biz bir otağa sakitcə girib çıxırıq, evdə sakit gəzirik, səs-küy salmırıq. Çünki adi bir səs olan kimi məni və övladlarımı döyür. Oğlum məni onun əlindən ala bilmirdi. Hətta mənə deyirdi ki, öz doğma oğlunun cibinə narkotik maddə qoyub onu şərləyəcək. Bir insan öz doğma oğluna qarşı bunu necə edə bilər axı!? Gördüm belə alınmayacaq oğlumu xaricə göndərdim. Evdə nə internetdən istifadə edə, nə də televizora baxa bilirik. Mənim də, qızımın da əsəbləri pozulub. Hər gün evə içkili vəziyyətdə gəlir və bir bəhanə axtarır ki, ya məni döysün ya da qızımı. Biz evdə olmayanda isə bizim otağa girib, qızımın və mənim şəxsi əşyalarımızı, geyimlərimizi qarşıdırıb otağın ortasına tökür. Evdə əxlaqsız hərəkətlər edir, məni və qızımı nalayiq ifadələrlə söyərək təhqir edir".

N.Abışovanın sözlərinə görə, hadisə baş verən gün o, ərindən ayrıldıqdan sonra əvvəllər birgə yaşadıqları otağa geyim və şəxsi əşyalarını götürmək üçün girib və bu zaman Nəsib Abışovla aralarında mübahisə yaranıb: "Məni otaqdan çıxanda gördü və üstümə hücum çəkdi, saçlarımdan tutaraq məni yerə yıxdı. Evdən oğurluq etdiyimi deyərək məni şərləmək istəyirdi. Mən isə otağdan götürdüyüm geyimləri və əşyaları ona göstərdim. Qızım səsimizi eşidib digər otaqdan gəldi və məni onun əlindən aldı. Biz öz otağımıza girib sakitcə oturmuşduq. Birdə gördük ki, qapı açıldı və Nəsib əlində bıçaqla girdi bizim otağa. Mən qorxdum ki, bizi öldürər, ona görə də qışqırmağa başladım ki, səsimizə qonşular gəlsin. Qızımla bıçağı onun əlindən alıb atdıq. Bu zaman Nəsib yumruqla mənim üz nahiyəmə zərbələr endirməyə başladı. Mən onun əlindən çıxıb çölə qaçdım. Birdə baxdım ki, qızımın qışqırıq səsi gəlir. Tez otağa qaçdım, gördüm ki, qızımın boğazını tutub boğmaq istəyir. Mən də onu itələdim və qızımı onun əlindən alıb Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə qaçdıq. Polis bölməsinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırıldı, mənə və qızıma tibbi yardım göstərildi. Nəsib mənə həmişə deyirdi ki, səni mənəvi cəhətdən məhv edəcəyəm. Buna görə də dərhal xəstəxanaya gedib, hər kəsə də deyib ki, guya mən onu döymüşəm".

O, baş verən bütün hadisələrin qonşuların gözü önündə olduğunu və onların hər yerdə şahidlik edə biləcəklərini bildirib: "Müvafiq qurumlara bu münaqişələrlə bağlı müraciət etmişəm. Mən onu sevib evlənmişəm, amma o, əxlaqsız hərəkətləri ilə sevgimi nifrətə çevirdi. Mən onun ikinci ailəsiyəm, uşaqlarıma görə dözdüm oturdum. O, şeytandır. Yaxşı ki sonuncu davada nə oğlum, nə də başqa qohumlarım evdə olmayıb, yoxsa o, hamını şərləyəcəkdi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8876   Tarix: 13 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyasınd

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

"Oğlan subay olub, qız isə uşaq evində böyüyüb" - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO

Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb. xəbər verir ki, ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub. Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb. Onunla birgə dəm qazından boğulan qız is

19 aprel
.

"Qərbi azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıdışı" - Zaxarova nədən DANIŞIR? - ŞƏRH

"Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O cümlədən Rusiya rəsmisi Azərbaycanın Qarabağ regionunu

19 aprel
.

Ata-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər

19 aprel