Nazirliyin əməkdaşı ailəsi ilə birgə ağır qəzaya düşdü - AZƏRBAYCANDA

Nazirliyin əməkdaşı ailəsi ilə birgə ağır qəzaya düşdü - AZƏRBAYCANDAAğstafa rayonunda ağır yol qəzası baş verib.

Sonxeber.az Report-s istinadən xəbər verir ki, Bünyamin Namazovun idarə etdiyi "VAZ" markalı avtomobil qarşı tərəfdən gələn avtomobillə toqquşub. Nəticədə sürücü B.Namazov və avtomobildə olan sənişinlər – 1982-ci il təvəllüdlü İqbal Fazil oğlu Namazov, onun həyat yoldaşı, 1987-ci il Aytən Alı qızı Namazova, 2013-cü il təvəllüdlü Yusif İqbal oğlu Namazov, 1989-cu ci il təvəllüdlü Aygün Valeh qızı Alıyeva və 2017-ci il təvəllüdlü Onur Vüqar oğlu Alıyev ağır bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, İqbal Novruzov Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Hadisə   Baxılıb: 8497   Tarix: 13 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR