Xərçəngin yaranma SƏBƏBİ: "Dövlət liderləri illərlə bunu gizlətdi ki..."

Xərçəngin yaranma SƏBƏBİ: "Dövlət liderləri illərlə bunu gizlətdi ki..."Xərçəngin yaranmasının əsl səbəbini açıqlayan türkiyəli professor Canan Karatay səhərlər ət yeməyi tövisyə edib.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, kardioloq Artvin Çoruh Universitetinin tələbələriylə görüşüb.

Sağlam qidalanmaq haqqında verdiyi açıqlamaları ilə böyük müzakirələrə səbəb olan kardioloq Türkiyədə və Avropada xərçəng xəstəliklərinin artmasının əsas səbəbinin 1986-ci ildə Ukraynanın Çernobıl şəhərində yerləşən nüvə stansiyasının partlaması olduğunu vurğulayıb:

"Çernobıl hadisəsi bütün Avropa və Türkiyəyə təsir edib. Avropada bir çox ölkə bunun üçün tədbirlər görüb. O dövrün liderləri bunu gizlətməyə çalışdı ki, insanlar təşvişə düşməsin. Amma radiasiya buludu üzərimizdən keçib və bunu inkar etmək olmaz.

Xərçəng xəstəliklərinin artımında qidalanmanın böyük payı yoxdur. Qara dənizin çayı, balığı, fındığı çox sağlamdır, ancaq bunlar şüayla birləşəndə zərərli olur. Sağlam olmaq üçün bol-bol cağ kababı, kənd toyuğu və Trabzon yağı yeməyi məsləhət görürəm".

Daha sonra Canan Karatay bildirib ki, şəkər xəstəliyi yanlış qidalanma nəticəsində yaranır.

"Gənclər bizim gələcəyimizdir. Onların sağlam olması üçün sağlam qidalanması lazımdır. Sağlam düşüncə sağlam bədəndə olur. Ruh və bədən sağlamlığı bir-birindən ayrılmır, onlar vəhdət təşkil edir. Odur ki, bütünlüklə sağlam olmaq üçün torpağın sağlam olması vacibdir.

Şeyx Edebali deyirdi ki, torpaq sağlam olmasa, əkdiyiniz heç bir toxum bitməz. Mən də deyirəm ki, şəkər kimi xəstəliklər dərman çatışmazlığından deyil, bədəndəki bəzi hormonal ferment və bəzi materialların çatışmazlığından qaynaqlanır. Şəkər xəstəliyi genetik deyil, birbaşa qeyri-sağlam qidalanma ilə bağlıdır".

Professor sözlərinə onu da əlavə edib ki, səhərlər ət yemək faydalıdır:

"Təbii ki, səhər yeməyində ət yeyilə bilər. Bunun heç bir mənfi təsiri yoxdur. Yalnız yanında plov, çörək, kartof qızartması yeməyin".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4111   Tarix: 14 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"30 saniyədə heç kim milyonçu olmağın sirrini DEYƏ BİLMƏZ" - Yalançı motivatorların "uğur hekayələri..."

Günümüzdə ətrafda aşağı-yuxarı hər kəs motivasiya verir. 15 izləyicisi olan da, həyatda heç bir uğuru olmayan da "uğur hekayəsi" bölüşür. Bəs görəsən, bu zərurət nədən irəli gəlir?. Psixoloq Elmir Əkbər mövzu ilə bağlı Bizim.media-ya danışıb. O qeyd edib ki, bu hal ikinci dünya ölkələrind

13 aprel
.

Suyun şüşələrə doldurulması üsulu insanları TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Şüşələnmiş suyun daşınmasının asanlığı və onun güman edilən faydaları, istehsalının təfərrüatları məlum olduqdan sonra çoxlarını istifadədən çəkindirdi. xəbər verir ki, bu barədə "Mashed" "YouTube" kanalında məlumat verilib. Planetdə hər gün tullantıların miqdarını artıran və 60 milyo

6 aprel
.

Bəşəriyyət 2029-cu ildə sutkadan bir əlavə saniyəni çıxarmalı olacaq

ABŞ-li geofizik Dunkan Eqnyu sübut edib ki, Yerin nüvəsinin fırlanmasının yavaşlaması, Antarktika və Qrenlandiya buzlaqlarının əriməsi səbəbindən 2029-cu ildə bəşəriyyət günün davamlılığını 30 iyun və ya 31 dekabrda bir saniyə artırmaq əvəzinə, qısaltmalı olacaq. "1972-ci ildən bəri UTC (Koordinasiy

7 aprel
.

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil satan şəxslər nəqliyyat vasitəsinin problemini ört-basdır etmək üçün min bir üsula əl atırlar. -ın məlumatına görə, avtomobil ustası Sahil Ağabəyli deyir ki, belə faktlarla demək olar, hər gün rastlaşır. Avtomobilin yürüşü çox olduğundan bəzən satıcılar maşının kilometrajını da ger

7 aprel
.

Çəkilmiş ət alarkən aldanmamağın yeganə yolu - VİDEO

Ətin bir kiloqramı 16-18 manat civarında təklif edilir. Çəkilmişinin kiloqramı isə 9-13 manat aralığında satılır. xəbər verir ki, paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi ətin özündən 3-4 manat ucuzdur. Halbuki farş ət sümüksüz və hazır olduğundan adi ətin özündən baha olmalıdır. Sakinlərin bu məsəl

14 aprel
.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13 aprel
.

Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO

Bir kiloqramı üç, dörd, hətta beş manata təklif olunur. Xəzər TV-yə istinadən bildirir ki, paytaxt bazarlarında Şəmkir kartofu müxtəlif qiymətlərə təklif olunur. Elə satıcılar var ki, sözügedən kartofu üç manata, bəziləri isə beş manata satışa çıxarırlar. Alıcılar isə kartof alan zaman onun hansı bölgədə

14 aprel
.

Bu əşyaları spirtlə təmizləmək olmaz – Diqqətli olun

Spirt paslanmayan poladdan tutmuş istənilən səth üçün güclü təmizləyicidir. Güclü həlledici həm də bərkimiş saqqız, stiker qalıqları və hətta şirə kimi görünməsi mümkün olmayan ləkələrə qarşı ən yaxşı müdafiə vasitələrindən biridir. Belə ki, spirtlə təmizlənə bilən çoxlu şeylər var. Ancaq bu o demə

16 aprel
.

Süni intellektdən "Maşa və Ayı" animasiyası ilə bağlı şokedici CAVAB

Rusiyanın "Yandex" şirkətinə məxsus "Alisa" virtual səs assistenti artıq istifadəçilərə "Maşa və Ayı" cizgi filmində qəhrəmanın əslində öldürülmüş qızın ruhu olduğunu demir. Bu barədə "Yandex" şirkətindən xəbər verilib. Bildirilib ki, bu, tək-tük belə hadisələrdəndi

7 aprel