26 yaşlı qadın güllələndi - AZƏRBAYCANDA
Qazax rayonunda güllələnmə hadisəsi baş verib.
Sonxeber.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə M. Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.
Kriminal Baxılıb: 1324 Tarix: 14 aprel 2018
Şikayətiniz varsa Whatsapp: 050 3422489
Facebookda Paylaş