Aqil Abbasdan AĞIR SÖZLƏR: "Efirə lüt çıxıb..." - DAHA BİR RƏZALƏT

Aqil Abbasdan AĞIR SÖZLƏR: "Efirə lüt çıxıb..." - DAHA BİR RƏZALƏTSon vaxtlar aparıcılar şou göstərməkdə müğənniləri kölgədə qoyub. Əvvəlcə Zaur Baxşəliyevin efirə hamam xalatında çıxması, ardınca keçi kimi mələməsi, digər aparıcı Könül Yusifqızının efirdə gecə geyimində görünməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri bunu izləyiciyə qarşı hörmətsizlik kimi dəyərləndirib.

Sonxeber.az xəbər verir ki, millət vəkili Aqil Abbasın Yenicag.az -a açıqlamasında məsələyə münasibəti belə olub:

"O verilişləri xoşlamıram. Buna görə heç baxmıram da. Baxanda da görürəm ki, hədlərini aşırlar. Kimlərəsə azadlıq verilirsə, o demək deyil onlar hədlərini aşmalıdır. Kimsə efirə gecə geyimində, ya lüt çıxıb bilmirəm, hər halda, azadlığın da bir sərhəddi var. Amma millətin önünə çıxan aparıcı öz geyiminə, danışığına, oturuşuna-duruşuna fikir verməlidir. Efirə qoca, cavan, uşaq, qadın baxır. Yaxşı olardı ki, həmin aparıcılarımız AzTV, İctimai TV, Mədəniyyət kanalından veriliş aparmağı öyrənsinlər".

Tanınmış media eksperti Zeynal Məmmədli isə hər bir proqramın qırmızı xətlərinin olmalı olduğunu vurğulayıb:

"Heç bir hazırlığı olmadan, heç nə mənimsəmədən veriliş təqdim etmək, yola vermək çox qorxulu haldır. Bunun yanında Zaurun keçi kimi mələməyi qorxulu deyil. Uzaqbaşı bunu bəyənməyənlər olacaq və Zaur bir də mələməyəcək. İzləyici tərbiyəsiz olanda aparıcının tərbiyəsizliyini hiss edə bilməyəcək. Bunu norma kimi qəbul edəcək. Bu mənada, keçi kimi mələmək tərbiyəsizlik deyil, amma problemləri araşdırmaq, çıxış yolu göstərmək əvəzinə keçi kimi mələmək, bax bu yolverilməzdir.

Hər bir verilişin qırmızı xətti olmalıdır və dövrə görə qırmızı xətlər dəyişir. Televiziyaların özünün dəqiq normaları olmalıdır. Diqqətimizi aparıcının efirə gecə geyimində çıxmasından, keçi kimi mələməsindən çox mühitə yönəltməliyik. Nəticəni yox, səbəbləri düşünməliyik. Mühiti qınamaq lazımdır. Aparıcı, ya sənətçi düşünür ki, gecə paltarında çıxıb məşhurlaşacaq. Gör insanlar nə günə qalıb ki, gecə geyimində efirə çıxmağı cəsarət kimi qiymətləndirir. Sabah bir siyasətçi efirə "çılpaq" çıxarsa, onu olduğu kimi görəriksə, bu cəmiyyətin uğurudur, amma sənətçini efirdə çılpaq görməyimiz növbəti məğlubiyyətimizdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4187   Tarix: 14 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021