"Pokrov Məhərrəm"in başı dərddə: Lotu Quli nə qədər cəhd etsə də...

"Pokrov Məhərrəm"in başı dərddə: Lotu Quli nə qədər cəhd etsə də...Moskva vilayəti İstra rayon məhkəməsi azərbaycanlı iş adamı Məhərrəm Quliyev barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb. Rusiya mətbuatının yaydığı məlumatına görə, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsilə (dələduzluq) ittiham edilir.

Hüquq-mühafizə orqanlarından Rusiya KİV-ə sızan məlumatlarda deyilir ki, Quliyevə istintaq müddətində çoxlu suallar ünvanlana bilər. Çünki o, Moskvanı meyvə-tərəvəzlə təmin edən ən böyük fiqurlardandı.

Sonxeber.az Lent.az-a sitinadən xəbər verir ki, söhbət azərbaycanlı milyonçular Qod Nisanov və Zarah İliyevin sahibi olduqları "Fud Siti" bazasının idarəçiliyindən gedir. Onlar bazanın gerçək sahibləri olsalar da, obyektin idarəçiliyi Məhərrəm Quliyevin əlindədir.

Əslən Şəmkir rayonundan olan Quliyev "Pokrov Məhərrəm" kimi tanınır. O, bu ləqəbi məşhur "Pokrovsk" bazarını işlədərkən alıb. "Rosbalt"ın məlumatına görə, ötən əsrin 90-cı illərində Məhərrəm və kiçik qardaşı Rövşən Moskva metropoliteninin "Tyoplıy stan" stansiyası yaxınlığında meyvə-tərəvəz alverilə məşğul olublar. Bundan sonra onlar Rusiya paytaxtında daha uğurlu yer seçirlər: "Şeremetyevo" aeroportunda məskunlaşırlar. Həmin ərəfədə isə Ağbaş Çingiz və Sabirabadlı Hikmət kimi nüfuzlu "qanuni oğru"larla əlaqə yarada bilib. Daha sonra isə Rövşən Lənkəranskiylə münasibət yaradıb. 2006 və 2007-ci illərdə Hikmət və Çingiz Moskvada qətlə yetiriləndən sonra Məhərrəm Rövşənin patronajlığı altına keçdi.

"Rosbalt"ın yazdığına görə, məhz Məhərrəm kriminal generallara Pokrov bazasının yaratmağı təklif edir və onlardan dəstək istəyir. Və o dəstəyi alır. Bundan sonra Pokrov bazasının yerləşəcəyi ərazi İqor İsayev və Əlisahab Hacıyev adlı iş adamlarından icarəyə götürülür. Qısa zamanda Pokrov bazası Moskvanın ən böyük meyvə-tərəvəz bazarına çevrilir. Və uzun illər belə davam edir. Amma hər şey məlum olaydan sonra dəyişir.

Bazanın yerləşdiyi qərbi Bryulovo rayonunda Orxan Zeynalovun Yeqor Şerbakovu öldürməsindən sonra başlayan qalmaqal o qədər böyüyür ki, Pokrov bazarı bağlanır.

Pokrov bazasının bağlanmasından sonra yəhudi əsilli iş adamları "Fud Siti"nin əsasını qoyaraq, azərbaycanlıları məhz ora köçürmək istəyirdilər. Amma illərdir Moskva bazarında çalışan həmyerlilərimiz "Fud Siti"yə yox, Domodedovo rayonunda yerləşən və loqistik baxımdan daha əlverişli sayılan "Çetıre sezona"ya üz tutdular. Bunun bir səbəbi də, Pokrov bazasını işlədən Məhərrəmin və onun şəriki Nuruşun məhz bu bazanı seçməsi idi. Məhərrəm uzun illər məhz Rövşən Lənkəranskin patronajlığı altında çalışıb. Həmin bazanın əsl sahibləri Ananyev qardaşları və keçmiş avtoritet Timofey Kurqin olsa da, Moskvada heç kimə sirr deyildi ki, oranın "krışalığını" məhz Rövşən edirdi. Təkcə Pokrov bazasında yox, Moskvada bağlanmış bütün irili-xırdalı bazarlarında çalışan azərbaycanlılar Rövşənin timsalında etibarlı hami kimi məhz bu bazanı seçmişdilər. "Fud siti"nin mağaza və piştaxtaları isə həmin vaxt bomboş qalmışdı.

Məlumatda deyilir ki, "Çetıre sezona"nın qara günləri Məhərrəm və ortağı Nuruşun Rövşənə və bazar rəhbərliyinə pul atmasından sonra başlayır. Bir yandan da illərdir Moskvada bazar idarəçiliyi ilə məşğul olan Məhərrəm və Nuruş "Fud siti" rəhbərliyi tərəfindən şirnikləndirilərək, ora cəlb edildilər.

"Fud Siti"də, necə-deyərlər, əmin-amanlığı Rövşənin yaxın qohumu Zaur qoruyur. Məhz bu səbəbdən Moskvadakı heç bir kriminal qruplaşma bu bazara girə bilmir. Hətta Lotu Quli belə nə qədər cəhd etsə də, "Fud Siti"yə nəzarəti ələ keçirməyə nail ola bilməyib.

İndi ev dustağı olan Məhərrəm isə kriminal "razborka"lardan daha çox haqqında açılan cinayət işi narahat edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3837   Tarix: 14 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tovuzda 36 yaşlı kişi bıçaqlandı - Şübhəli şəxs xanımıdır

Tovuzda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alımıb. Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib. Vəziyyətinin kafi olduğu bildirilir

7 mart
.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

Qətlə yetirilən sabiq baş həkim bizneslə məşğul imiş- FOTO

Xəbər verdiyimiz kimi, Salyan Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin sabiq baş həkimi İsrafil Məmmədov və 1963-cü il təvəllüdlü həyat yoldaşı Məmmədova Münəvvər Rza qızı yaşadığı evdə qətlə yetirilib. Qaynarinfo-ya daxil olan məlumata görə, 3 il əvvəl təqaüdə çıxan sabiq baş həkim yaşadığ

1 mart
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

Qadın alveri edən şəxs 2500 manat cərimələndi

Nərimanov Rayon Məhkəməsində qadınları fahişəliyə cəlb edən 60 yaşlı Səma Məmmədovaya (ad-soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə S.Məmmədovanı Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilib. Bildirilib ki, o, iki həmcinsini pul qarşılığınd

5 mart
.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

Daha bir qadın öldürüldü - Əri intihara cəhd etdi

Qobustan rayonunda 1982-ci il təvəllüdlü Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı 1973-cü il təvəllüdlü Cabbarov Mürsəl Əlislam oğlu hadisədə

2 mart