Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını belə İFŞA ETDİLƏR

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını belə İFŞA ETDİLƏRErmənistan Respublikasının sabiq xarici işlər naziri Vardan Oskanyan Ermənistan Milli Tədqiqatlar Assosiasiyasının dəstəyi ilə Harvard Universitetində təşkil olunan tədbirdə bir qrup tələbənin qarşısında çıxış edib.

Sonxeber.az AZƏRTAC-a istinadən bildirir ki, sabiq diplomatın çıxışının mövzusu "Beynəlxalq hüquq üzrə öz müqəddəratını təyinetmə. İki münaqişə haqqında: Kosovo və Dağlıq Qarabağ" olub. Oskanyan öz məruzəsində Kosovo və Dağlıq Qarabağ üzrə dəlillər gətirməklə, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalına xalqın öz müqəddəratını təyinetmə hüququ kimi bəraət qazandırmağa çalışıb, məhz "nicat sesessiya" (remedial secession) nəzəriyyəsinə, beynəlxalq hüquqa özünün selektiv interpretasiyası ilə istinad edib. Erməni millətçilərinin otuz illik cəfəngiyyatını təkrarlayan Oskanyan unudub ki, "nicat sesessiya"sı deyəndə bir qrup insana qarşı müəyyən ədalətsizlik və təzyiq göstərilərkən həmin qrupun ümumi hüququ başa düşülür və bu zaman vəziyyətin düzəldilməsi üçün sesessiya son qərar olur. Əgər ermənilər keçmiş DQMV-də muxtar vilayətin tarixi boyu bütün siyasi hüquq və özünüidarədən tam yararlanıblarsa və Azərbaycanın digər hissəsinə nisbətən iqtisadi üstünlüyə malik olublarsa, hansı sesessiyadan söhbət gedə bilər?

Oskanyan hazırkı separatçı hərəkatlara, o cümlədən kürd və Kataloniya referendumlarına toxunaraq onları legitim adlandırıb. Kosovo təcrübəsinə istinad edərək, həmçinin bildirib ki, Ermənistan və oyuncaq "DQR" (Yerevanın işğal etdiyi ərazilərdə yaradılmış marionet rejimi) BMT Beynəlxalq Məhkəməsinə öz işini təqdim etmək və müdafiə etmək baxımından sanballı arqumentlərə və qalib gəlmək üçün real şanslara malikdir. Oskanyan öz çıxışında Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının mümkün olmadığını dəfələrlə bəyan etdi.

Erməni diplomatı tədbirdə iştirak edən iki azərbaycanlı tələbənin - Harvard Universitetindən Həbib Abdullayevin və Massaçusets Texnologiya İnstitutundan Samir Qurbanovun suallarına cavab verə bilməyib.

Suallardan biri bu mövzuda olub: Oskanyanın xarici işlər naziri olduğu dövrdə Ermənistanın sabiq prezidenti Koçaryan işğal edilmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsində daim israr edirdi, separatçıların indiki lideri Bako Saakyan da aşkar şəkildə bildirib ki, Qarabağ "sonda Ermənistana birləşdiriləcək". Bundan başqa, Ermənistan parlamenti hələ 1989-cu ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun ilhaqı barədə qeyri-qanuni və konstitusiyaya zidd qərar qəbul etmiş və sonra bu maddə hətta Ermənistan Respublikasının Konstitusiyasına daxil edilmişdi. Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi "Çıraqov və digərlərinin Ermənistana qarşı" işində müəyyən etmişdi ki, məhz "Ermənistan Dağlıq Qarabağa həlledici təsir göstərir və onun üzərində effektiv nəzarəti həyata keçirir". "Yuxarıdakı faktlar və məhkəmənin qərarı nəzərə alınarsa, Ermənistan qüvvələri Qarabağa nəzarət edirlərsə və qonşu suveren dövlətin ərazisinin bilavasitə ilhaqına cəhd varsa, hansı "öz müqəddəratını təyinetmədən" söhbət gedə bilər?", - deyə azərbaycanlı tələbə soruşub.

Tələbələrin, həmçinin keçmiş DQMV-dən kənardakı rayonların işğalı ilə bağlı sualı sabiq diplomatı çaşdırıb. Ondan bu məsələni də izah etməsini xahiş ediblər ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi olduğu halda, keçmiş DQMV-yə bitişik 7 rayonunun işğalına və ondan danışıqlar aparılmasının subyekti qismində istifadə edilməsinə beynəlxalq hüquqa müvafiq olaraq necə haqq qazandırıla bilər? Tələbələrimizin sadaladıqları faktları qulaqardına vuran Oskanyan yalnız İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Çıraqov və digərlərinin Ermənistana qarşı" işinə toxunub və onu "hüquqi öhdəliklər daşımayan qərar" adlandırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1217   Tarix: 15 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021