Polisimiz faciəvi şəkildə öldü - FOTO

Polisimiz faciəvi şəkildə öldü - FOTOXaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sonxeber.az-ın apa-ya istinadən verdiyi məlumata görə, hadisə Xaçmaz-Hacıqurbanoba yolunda baş verib.

1990-cı il təvəllüdlü Məmmədov Adəm Yavər oğlunun idarə etdiyi 50 CM 264 nömrəli, "VAZ 2107" markalı maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində A. Məmmədov dünyasını dəyişib.

O, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə   Baxılıb: 8580   Tarix: 15 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR