Vəfat edən qalmaqallı deputat Astan Şahverdiyev kimdir?

Vəfat edən qalmaqallı deputat Astan Şahverdiyev kimdir?Milli Məclisin Cəbrayıldan seçilən deputatı Astan Şahverdiyev ara-sıra mətbuata verdiyi açıqlamaları ilə qalmaqallara səbəb olur.

Bundan əvvəl Rusiyada işləyən azərbaycanlıları "otxod" adlandırmaqla ölkədə böyük əks-səda doğuran deputat yenidən mətbuatın və sosial şəbəkə istifadəçilərinin tənqid hədəfinə tuş gəlib. Buna səbəb onun avqustun 3-də Bakıda iki nəfərin ölümü, iki nəfərin ağır yaralanması ilə nəticələnən qəzada baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevi müdafiə etməsidir.

Vəziyyət artıq həddə çatıb ki, Şahverdiyevin sərgilədiyi mövqe, səsləndirdiyi fikirlər onun deputat həmkarlarını da qəzəbləndirib.

Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev bildirib ki, həmkarı Astan Şahverdiyevin deputat mandatı əlindən alına bilər.

"İntizam Komissiyası onu deputatlıq mandatından məhrum edə bilər. Komissiya bu məsələyə baxdıqdan sonra görsə ki, Astan Şahverdiyevin bu çıxışı heç bir çərçivəyə sığmır, sözsüz ki, Astan Şahverdiyev deputat mandatını itirəcək" – A.Abıyev açıqlamasında deyib.

Sosial şəbəkələrdə də Şahverdiyevin deputat mandatından məhrum edilməsi təklif olunur.

Qalmaqallara səbəb olan Astan Şahverdiyev kimdir? O, indiyədək hansı fəaliyyətlə məşğul olub?

-Şahverdiyev Astan Nüşrəvan oğlu 15 fevral 1947-ci ildə Fizuli şəhərində anadan olub. 1964-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olub və 1970-ci ildə İnstitutu bitirib. 1972-1974-cü illərdə hərbi xidmətdə olub. 1978-ci ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olub və 1981-ci ildə İstilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə edib. 1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin "İstilik texnikası və istilik qurğuları" kafedrasına assistent vəzifəsinə seçilib.

Şahverdiyev elmi fəaliyyətimi davam etdirərək 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsi və 1994-cü ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu-York elmlər akademiyasının həqiqi üzvü seçilib.

2001-ci ildə Azərbaycan Texniki Universitetinin "İstilik və soyuqluq texnikası" kafedrasının müdiri vəzifəsinə seçilib. Dünyanın aparıcı jurnallarında ingilis, türk və rus dillərində çap olunmuş 300-dən çox elmi əsərin, o cümlədən Moskva və Londonda çap olunmuş 5 monoqrafiyanın, 2 ixtiranın, 10 dərslik və dərs vəsaitinin müəllifidir. Elmi rəhbərli altında 9 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunub.

1998-ci ildən 2003-cü ilə kimi Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf Proqramının Azərbaycan ofisində koordinator vəzifəsində işləyib. 2004-cü ildən UNESCО-nun EURONETRES bərpa olunan enerji resursları üzrə işçi qrupun və idarəedici Komitənin üzvüdür. Avropa ölkələri universitetləri üçün nəzərdə tutulan "Günəş enerjisi" dərsliyinin müəlliflərindən biridir.

ABŞ, Kanada, Hindistan, Misir, İsveçrə, Almaniya, İngiltərə, İtaliya, Şotlandiya, Portuqaliya, Çin, Rusiya, Türkiyə, Slovakiya, Yunanıstan, Özbəkistan, Belarus, Ukrayna, Fransa və s. ölkələrdə keçirilən Beynəlxalq konfrans, simpozium və assambleyalarda məruzələrlə çıxış edib.

Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Doktorluq Müdafiə Şurasının sədr müavini və bir neçə il Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.

Elm sahəsində Z. Tağıyev adına mükafatın laureatıdır. İngilis və rus dillərini bilir.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Milli Məclisin deputatıdır.

Evlidir. 2 övladı var.

Qeyd edək ki, A. Şahverdiyev bu gün səhər saatlarında Qusar rayonunda dünyasını dəyişib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3744   Tarix: 15 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel