Səlahiyyətlərini başa vurmadan ölən deputatlar...

Səlahiyyətlərini başa vurmadan ölən deputatlar...Onların içərisində nüfuzunu sonadək qoruyanlar da oldu, gözdən düşənlər də

Həyatın amansız qanunları var. Bəzən əcəl insanı gözlənilmədən, qəfil məqamlarda yaxalayır. Evdə, iş başında, yol gedərkən, səyahət zamanı və digər anlarda qəfil ölüm neçə-neçə insanı o dümyaya aparır.
Azərbaycanda da xeyli deputat qəfil ölüm səbəbindən səlahiyyətlərini sonadək icra edə bilməyib.

Sonxeber.az modern.az-a istinadən 1995-ci ildən üzü bəri Milli Məclisin deputatı statsunu daşıyarkən qəfil ölümə yaxalanan mərhum parlamentariləri xatırladır.

1995-ci ildə keçirilən seçkilərə bitərəf kimi qatılmış və 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmiş Əli Ansuxski 1996-cı ildə Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsd nəticəsində odlu silahla qətlə yetirilib. Birinci çağırış Milli Məclisinin deputatı olan Ə.Ansuxski uzun illər Balakəndə rəhbər vəzifələrdə çalışıb. O, xeyriyyəçi, bölgə ağsaqqalı kimi çox məşhur idi.

Deputat Ziya Bünyadovun da taleyi faciəli olub. Birinci çağırış Milli Məclisin deputatı seçilən Z.Bünyadov seçkilərdən 2 il sonra öldürülüb. 1997-ci ildə yaşadığı evin girişində qətlə yetirilən deputatın ölümü Azərbaycan cəmiyyətini şoka salmışdı. Yeni Azərbaycan Partiyasının siyahısı üzrə seçilən Bünyadov hakim partiyanın nüfuzlu şəxsi sayılırdı.

Milli Məclisinin birinci çağırışına 48 saylı Ağdam kənd seçki dairəsindən deputat seçilən Sofiq Hüseynov dünyasını erkən dəyişən millət vəkilləri siyahısındadır. Deputat 1996-cı ildə xəstəlikdən dünyasını dəyişib. İqtisad elmləri doktoru olan Sofiq Hüseynov mərhum Heydər Əliyevin 1995-ci ilin martında imzaladığı fərmanla yaradılımış Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramını hazırlamaq üzrə Dövlət komissiyasının üzvü olub.

Deputat Şadman Hüseyn də səlahiyyətlərinin davam etdiyi dövrdə dünyasını dəyişib. 1995-ci ildə ilk dəfə AMİP-dən parlamentə düşən Şadman Hüseyn daha sonra partiyadan ayrılaraq 2003-cü ildə əlavə seçkilər zamanı mandat qazanıb. Lakin qəfil ürəktutmasından vəfat edən millət vəkili deputatlıq müddətini başa vura bilməyib.

Milli Məclisinin ikinci çağırışının deputatı professor Şamil Qurbanov 2004-cü ildə mandat müddətini bitirməyə bir il qalmış ürək tutmasından vəfat edib.

Parlamentin daha bir üzvü Yusif Vəkilov ( Səmədoğlu) 1998-ci ildə dünyasını dəyişib. 1995-ci ildə 26 saylı birinci Nəsimi seçki dairəsindən deputat seçilən tanınmış yazıçı bitərəf olub. Onun "Qətl günü" romanı Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğurmuşdu.

Milli Məclisin Hüquq Siyasəti Komissiyasının sədri Zakir Zeynalov da səlahiyyətləri başa çatmadan vəfat edən deputatlardandır. O, parlamentdə nüfuzlu və hörmətli deputatlardan sayılıb. Hüquq elmləri doktoru olan Z. Zeynalov Tovuz şəhər seçki dairəsi üzrə deputat seçilmişdi. Deputat 2003-cü idə öz iş otağında ürək tutmasından vəfat edib.

Milli Məclisin ikinci çağırışında – 2000-ci ildə deputat seçilən Samur Novruzov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü idi. O, 2001-ci ilin 24 sentybrında dünyasını dəyişib.

Milli Məclisin deputatı olmuş, "91-lər"dən biri İbrahim İsayev də millət vəkilliyi dövründə dünyasını dəyişib. YAP üzvü olan İ.İsayev ikinci çağırış Milli Məclisə 2000-ci ildə 88 saylı Tovuz kənd–Gədəbəy seçki dairəsindən majoritar qaydada seçilmişdi.

Digər YAP-çı deputat Məzdək Hüseynov da YAP siyahısı üzrə ilk parlamentin üzvü olub. 2001-ci ildə dünyasını dəyişib.

Deputat Ramiz Əhmədov parlamentdə Azərbaycan kommunistlərini təmsil edib. Ramiz Əhmədov 2007-ci ildə dünyasını dəyişib. Sovet dövründə müxtəlif məhsul vəzifələrdə çalışıb, "Kommunist" qazetinin baş redaktoru, Gəncə və Qəbələ rayonlarının birinçi katibi, Yevlax rayonunun icra başçısı olub. 1993-cü ildə R.Əhmədov Azərbaycan Kommunist Partiyasını bərpa edərək onun sədri secilib.

Tanınmış Azərbaycan şairi Cabir Novruzov (Cabir Novruz) 2002-ci ildə dünyasını dəyişib. Cabir Novruz birinci çağırış Milli Məclisə keçirilən seçkilərdə 46 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdi.

Digər deputat – Rəfael Allahverdiyevin siyasi taleyi ağır olub. 1993-2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş R.Allahverdiyev 90-cı illərin əsas siyasi fiqurları sırasında yer alıb. 1995-ci ildə Bakının Nərimanov rayonundan Milli Məclisə deputat seçilib. 2000-ci ilin oktyabrında isə Bakının meri vəzifəsindən istefa verərək, həmin ilin noyabrında təkrar deputat seçilib. Sonradan siyasi hakimiyyətin gözündən düşən R.Allahverdiyev sığınacaq aldığı uzaq İsveçdə dünyasını dəyişib.

Milli Məclisin üzvü, tanınmış qiraət ustası, xalq artisti Mikayıl Mirzə 2006-cı ildə 59 yaşında vəfat edib. Pafoslu çıxışları ilə parlamentdə diqqət çəkən M.Mirzə 2002-ci ildə keçirilən əlavə seçkilərdə bitərəf deputat kimi parlamentə seçilmişdi.

Məşhur şair, keçmiş millət vəkili Bəxtiyar Vahabzadə 2009-cu ildə dünyasını dəyişib. Görkəmli şair iki dəfə Milli Məclisin ilk iclasına sədrlik edib.

Azərbaycanın tanınmış dövlət və siyasi xaddimi Afiyəddin Cəlilov da Milli Məclisin dünyasını dəyişən sabiq üzvlərindədir. 1992-ci ildən Milli Məclis sədrinin müavini olmuş Afiyəddin Cəlilov Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və onun daxili və xarici siyasətinin formalaşmasında fəal iştirak edib. Parlamentin sabiq sədr müavini 1994-cü il sentyabrın 29-da müəmmalı şəkildə qətlə yetirilib.

Milli Məclisin üzvü akademik Fərəməz Maqsudov 1997-ci ildə Elmlər Akademiyasının prezidenti olub və Azərbaycanın ictimai həyatında əvəzsiz xidmətləri ilə yadda qalıb. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Fərəməz Maqsudov 2000-ci ildə dünyasını dəyişib.

Mərhum millət vəkili Səfiyar Musayev 1999-cu ildə dünyasını dəyişib. Tarix elmləri doktoru, professor Səfiyar Musayev Yeni Azərbaycan Partiyasının əsas simalarından olub.

2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilən Hikmət Atayev yol nəqliyyat qəzasında dünyasını dəyişib. 7 mart 2013-cü il tarixində Gürcüstandan Balakən istiqamətində gedən deputatın idarə etdiyi "VAZ-2106" markalı maşın "VAZ-21015" markalı avtomobillə toqquşub. Nəticədə Hikmət Atayev aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib. Yeni Azərbaycan Partiyasının üzvü olmuş deputat həm də tanınmış həkim idi.

2018-ci il aprelin 15-də isə Milli Məclisin üzvü, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat Astan Şahverdiyev Qusar rayonunda dünyasını dəyişib. Deputat qəfil ürək tutmasından vəfat edib. Astan Şahverdiyev 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Milli Məclisin deputatı idi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2573   Tarix: 15 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021