Ermənistan yenə özünü bəlaya saldı – Ağ Evi qəzəbləndirəcək ADDIM

Ermənistan yenə özünü bəlaya saldı – Ağ Evi qəzəbləndirəcək ADDIMABŞ, Böyük Britaniya və Fransa Suriya ordusunun mövqelərinə zərbələr endirdi, bu hadisə hazırda beynəlxalq siyasətin prioritet müzakirəsinə çevrilib.

Rusiyanın idarəçiliyi altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasında fövqəladə iclasında qəbul edilmiş bəyanatda Suriyaya endirilən raket zərbələri pislənilib.

Üçlüyün raket zərbələrinə qarşı "Putin İttifaqı"nın diplomatik reaksiyası Qərblə münasibətlər kontekstində diqqət cəlb edir.

KTMT-ya Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan daxildir. Bu dövlətlərdən yalnız 3-ü – Rusiya, Qazaxıstan, Belarus daha güclüdür, digərləri isə necə deyərlər kasıb ölkələrdir.

KTMT-nin bəyanatı Rusiya prezidenti Vladimir Putinin BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması ilə bağlı təşəbbüsü kontekstində qəbul edildi.

Qeyd edək ki, Rusiya BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə layihəsi təqdim etsə də, onun qəbulu baş tutmadı. Rusiyanın təşəbbüsünə yalnız Çin və Boliviya dəstə vermişdi.

Kreml bundan sonra KTMT variantına əl atır. Əslində, Moskva bununla Suriya kampaniyası çərçivəsində öz çətiri altında olan koalisiyanın köməyindən istifadə olunması haqqında təəssürat yaradır.

Fakt isə budur ki, KTMT-ya daxil olan dövlətlərin heç birinin (Rusiya istisna olmaqla) Suriya ilə bağlı qərarı həlledici deyil, yalnız simvolik və formaldır. Lakin istənilən halda ABŞ ona qarşı cəbhə alan dövlətləri nəzərdən keçirir.

Kremlin isə addımları yalnız illüziya yaratmağa hesablanıb ki, guya Qərbə qarşı alternativ koalisiya formalaşdırır.

Halbuki Rusiyanın əsas ticarət partnyorlarından biri olan Türkiyə ilə də Suriya məsələsində mövqeləri haçalanıb.

Maraqlısı isə Ermənistan kimi kiçik dövlətlərin Suriya kampaniyasına qoşulmasıdır.

Ermənistanın analitik 1in.am portalı yazıb ki, real situasiya Ermənistan üçün təhlükəli vəziyyət yaradır. Faktiki olaraq Ermənistan Rusiyanın diktəsi ilə prosesə cəlb olunub.

Rusiyadan aşırı dərəcədə asılılıq Ermənistanı yeni müharibə erasının içinə salır. Ən azından güman edilir ki, KTMT hərbi-siyasi blokunun üzvləri Qərbin hədəfinə çevrilir, söhbət əsasən də Amerikanın tətbiq edə biləcəyi sanksiyalardan gedir.

Qeyd edək ki, ABŞ bir müddət əvvəl Rusiyanın hərbi sənayesinə daxil olan şirkətlərlə müqavilə imzalayacaq şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edilməyə başlamışdı.

Məlumatlara görə, sanksiyalar 2017-ci ilin yayında qəbul edilən "Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında" qanun əsasında tətbiq ediləcək.

Düzdür, hələlik bu siyahıya Ermənistan düşməyib, lakin Yerevan proseslərə görə təlaş keçirir. Çünki Rusiya bu ölkəni silahla təmin edən əsas qüvvədir.

Şübhəsizdir ki, Amerikanın siyasi elitasında Azərbaycanın da Rusiyadan silah alması qısqanclıqla qarşılanır və Vaşinqtonun bu mənada Bakı üçün alternativ düşünməsi anlaşılandır.

Lakin, Azərbaycan özünün xarici siyasətində qərarqəbuletmə prosesində müstəqildir və hansı ölkədən silah alıb-almayacağını da özü müəyyənləşdirir.

Üstəgəl, Bakı Moskvaya aldığı silahın əvəzində milyardlarla dollar verir, Ermənistan isə özünün müstəqilliyini satır.

Vaşinqtonun Rusiya ilə silah ticarəti edən ölkələri sanksiya siyahısına salacağı ilə bağlı xəbərdarlığı Yerevan üçün xoş gələcək vəd etmir. Ermənistan heç olmasa, Suriya ilə bağlı neytral mövqe sərgiləsəydi, bəlkə o zaman hansısa müsbət impulsdan danışmağa dəyərdi. KTMT-nın baş katibinin erməni olmasını nəzər alsaq (Yuri Xaçaturov) bu zaman Yerevan üçün vəziyyətin qəlizləşdiyini görərik.

KTMT Suriya ilə bağlı bəyanatında faktiki olaraq anti-Amerika siyasətini ortaya qoydu və Ermənistan da buna tərəfdar olduğunu göstərdi.

Ermənistan mətbuatı yazıb ki, Ermənistan hakimiyyətinin guya balanslaşdırılmış siyasət haqqında yaratmaq istədiyi mif artıq özünün işləkliyini itirib.

Erməni mediası çağırış edir ki, rəsmi Yerevan tarazlaşdırılmış siyasət aparmalı, digər dövlətlərlə də ikitərəfli münasibətləri inkişaf etdirməlidir.

Qeyd olunur ki, Ermənistan özünün xarici siyasət kursunu yenidə gözdən keçirə bilmir və heç olmasa özünün məhdudlaşdırılmış resurslarını da işə salmır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1492   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ronaldo 2,2 milyon dollarlıq fantastik avtomobillə göründü - VİDEO

"Qızıl top"un beşqat qalibi Kriştiano Ronaldo Portuqaliyada yeni "Ferrari" avtomobili – dəyəri 2,2 milyon dollardan çox olan "Daytona SP3" sürərkən görüntülənib. "Ölkə.az" xəbər verir ki, bu maşınlardan cəmi 599 ədəd istehsal edilib. Məlumdur ki, Kriştianodan başq

28 mart
.

Polis məşhur reperin evlərinə basqın etdi - FOTO

ABŞ polisi cinsi təcavüz iddiaları ilə gündəm olan dünyaca məşhur reper Puff Daddinin evlərinə basqın edib. -ə istinadən xəbər verir ki, cinsi istismar və seks ticarətində ittiham olunan reperin Los-Anceles, Mayami və Nyu-Yorkdakı mülklərinə edilən basqınlarla Nyu-Yorkda davam edən seks ticarəti istintaq

27 mart
.

PEGIDA lideri Qurani-Kərimi yerdə sürüdü

Hollandiyada irqçi PEGIDA qrupunun lideri Edvin Vaqensveld Qurani-Kərimə qarşı çirkin hücum həyata keçirib. xarici çediaya istinadən xəbər verir ki, o, Qurani-Kərimə zəncir taxaraq yerdə sürüyüb. Hadisə Hollandiyanın Arnhem şəhərində "Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı" (PEGIDA

28 mart
.

Dilənçinin gözü döndü: Ona pul vermək istəməyən qadını BIÇAQLADI- VİDEO

Türkiyədə dilənçi qadını bıçaqlayıb. xarici mediaya istinadən xəbər verir ki, dilənçi ona pul vermək istəməyən qadını bıçaqlayıb. Hadisə ötən gün saat 17:00 radələrində Altıntaş Mahallesi İstasyon meydanında yerləşən restoranlardan birində baş verib. İddialara görə, uşağı ilə dilənən Hayriye Kırbaş adl

28 mart
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

28 mart
.

Bu ölkənin ən gənc yeni prezidenti seçildi

Bassiru Diomaye Faye seçkilərin ilk turunda qalib gələrək Seneqalın yeni prezidenti seçilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Seneqalın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, 44 yaşlı D. Faye səslərin 54,28 faizini toplayıb. O, müstəqil Seneqalın beşinci və ən gənc prezident

28 mart
.

"Crocus"dakı teraktda şübhəli bilinən Kasımovun "Çayxana"sı bağlandı

"Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı təqsirləndirilən şəxslərdən Alişer Kasımova məxsus olduğu iddia edilən Putilkovskoe şossesində yerləşən "Çayxana" kafesi fəaliyyətini dayandırıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Qey

27 mart
.

"Crocus" terrorçuları barədə YENİ FAKTLAR: Bir ay əvvəl...

Moskvada "Crocus City Hall" konsert zalında terror aktını törədənlərin məskunlaşdığı yataqxana bağlanıb. -in xəbərinə görə, bu barədə "RİA Novosti" məlumat yayıb. Təqsirləndirilən şəxslər dindirilmə zamanı etiraf ediblər ki, onlar paytaxtın şimalında yerləşən bu binada terror aktında

27 mart
.

Tələbə qızlar saçyolduya çıxdılar - VİDEO

Türkiyədə tələbə qızlar bir-birilərilə saçyolduya çıxıblar. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. İki tələbə qız dostları ilə parkda görüşüblər. Bir müddət sonra problemi olan iki orta məktəb şagirdi mübahisə etməyə başlayıb. Mübahisə davaya çevrilib

27 mart