Bakıda istiliyin verilməsi DAYANDIRILDI - SƏBƏBİ
Bakıda dünəndən mənzillərə verilən istilik dayandırılıb.
Sonxeber.az xəbər verir ki,"Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, ölkədə istilik sistemi təchizatının müddəti bitib. Mövsümün davam etdirilməsinə heç bir əsas yoxdur. Yenidən istiliyin verilməsi cari ilin noyabrın 15-də olacaq.
Qeyd edək ki, ölkəmizdə istilik sistemi ilə təchizat 5 ay - noyabrın 15-dən aprelin 15-nə kimi nəzərdə tutulub.
Sosial Baxılıb: 496 Tarix: 16 aprel 2018
Şikayətiniz varsa Whatsapp: 050 3422489
Facebookda Paylaş