"Atamdan sadəcə kişilik öyrənmişəm" - Kamran Ağayev

"Atamdan sadəcə kişilik öyrənmişəm" - Kamran Ağayev"Keşlə"nin və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Sonxeber.az Sport24.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Maraqlı qarşılaşma alındı. 8 gün ərzində üçüncü oyunumuzu oynadıq, bu da bir qədər əziyyətlidi. Çünki süni örtüklü meydançalardan təbii örtüklülərə, təbii örtüklülərdən, süni örtüklülərə keçirik. Əvəz olunmayan futbolçu yoxdu. Sözümü ona gətirmək istəyirəm ki, baş məşqçi bəzi oyunçulara istirahət vermişdi. Şəxsən mən zədədən qayıtmışam, yavaş-yavaş hazır duruma gəlməyə çalışıram. Oyuna gəlincə, hava küləkli idi, bu, bizə çətinlik yaradırdı. Yağış, qar olsun, amma külək olmasın. Baxımlı oyun alındı. Məğlub olmaq istəməsək də, sonda bununla üzləşdik.

- Zədəni tam olaraq sağaltmısız?

- Şükür Allaha, ağrı hiss etmirəm. Amma elə bir zədədi ki, bir qədər vaxt lazımdır. Mən isə vaxt verə bilmirəm, çünki artıq çəki yığıram. İnşallah, yaxın gələcəkdə hər şey düzələr.

- Epizodların birində hakimə etiraz etdiniz, oyunun sonunda da AFFA nümayəndəsi ilə söhbətləşdiniz. Nəyə etiraz edirdiniz?

- Yadımda deyil. Oyun ərzində o qədər belə hadisələr olur ki... Milli komandanın oyunçularıyıq, hakimlər bizi qoruyurlar. Həmin epizod yadıma gəlmir. Deyəsən, Ehtiram Şahverdiyev topu yerə vurdu.

- Kubokda "Sumqayıt" səddini keçmək olar?

- İlk oyun başa çatıb. İnşallah, zədəlilərimiz olmasın. Final oynamaq hər bir futbolçunun arzusudur. Ümid edirəm ki, mərhələ adlayacağıq.

- Mövsümün sonunda "Keşlə"ni tərk etməyəcəksən?

- Yaya qədər müqaviləm var, "Keşlə"nin uğuru haqda düşünürəm.

- Razılaşaq ki, Rəşad Sadıqovun 36 yaşı var, amma hələ də onu əvəz edə biləcək futbolçu yoxdur. Eyni zamanda da Kamran Ağayevin əvəzləyicisi yoxdur...

- Səhv fikirdir. Sadəcə, inam var. Gəlin, sizin dilinizdə danışaq. Siz hansı jurnalistin necə işlədiyini bilirsiniz? İdman da belədi. Əvəzolunmaz idmançı yoxdur. Şahin Diniyevin vaxtında Rəşad Sadıqov milli komandaya dəvət almırdı. Hər bir baş məşqçinin baxış bucağı, taktikasına uyğun futbolçular var.

- Sizi əvəz edəcək birinin yetişməməsi fikri ilə razısız?

- Yox, insan özündən razı olmaqdansa, özünə güvənməlidir. Öncə özünə güvənməlisən. Kənardan fərqli görünsək də, tam fərqli insanlarıq. Çünki biz özümüzü "darta" bilmərik. Meydanda 90 dəqiqə oluruq, bundan sonra isə adi vətəndaşlarıq. Ona görə də siz olmasaz, biz heç kimə lazım deyilik. Təbii ki, əziyyətimiz olur. Bir də belə bir şey var: idman çantasını çiyninə atan hər insandan idmançı olmur. Sizinlə razıyam ki, mənim yaşımda olan qapıçılar bu dəqiqə iddialıdırlar. Bundan başqa, yetişmək üçün əziyyət çəkməlisən. Orxan Sadıqlı uşaqlıqdan yanımda olub və ona demişəm ki, məndən yaxşı şeyləri götür. Mənim atam, rəhmətlik anam ziyalı insan olub. Atam müəllim olub, mənə ilk tapşırıqları o verib. Amma atamın öz, mənim öz dəsti xəttim var. Atamdan sadəcə, kişilik öyrənmişəm. Başa salıb ki, sən müsəlmansan, azərbaycanlısan, bayrağın, himnin, gerbin budur. Atam bunları başa salıb. İdmanda isə özüm irəliləmişəm. Orxana da hər zaman demişəm ki, çalış, özün kimi ol. 22 ildi futbol oynayıram, hələ özümü heç kimə oxşatmamışam. Baxmışam, öyrənmişəm, amma öz dəsti-xəttim olub. İndiki zamanda əsas fikirdi, ustalıqdı. Cavanlara demək istəyirəm ki, hazırda futbolumuz yaxşı vəziyyətdədi. Mən peşəkar futbola "Şəfa" klubuna gəlmişəm. O vaxtı hamı deyirdi ki, "Şəfa" superdir, qəşəngdi, bütün futbolçular komandaya can atırdılar. Lakin hansı şəraitdə idik? Cəmi bir paltarmız var idi, məşqləri isə bərbad stadionda edirdik. 2-3 dəfə eyni yerdə topa müdaxilə etdinsə, 4-cü dəfə müalicə almağa gedirdin. Əvvəl pulu olan insan da olsaydı, əlcək, butsu tapa bilmirdi. İndiki dövrdə isə hər bir şərait var. Allah futbola can atanları zədədən qorusun. Mən özüm çox zədə almışam. İnsan pik nöqtəyə qalxır, zədələndikdən sonra köhnə vəziyyətinə qayıdır. Məsələn, mən Portuqaliyaya gedəndə tam hazır vəziyyətdə idim. Elə oldu ki, mövsümün gedişində zədə aldım, Azərbaycana qayıtdım. Bura gələndən sonra Avropaya qayıtmaq istəmirdim, çünki tam hazır vəziyyətdə deyildim. Sonra "Mlada Boleslav" söhbəti ortaya düşdü. Baş məşqçi də demişdi ki, Kamran bura gələndə hazır vəziyyətdə deyildi. Zədədən də heç kim sığortalanmayıb.

- Demək istəyirsiz ki, Çexiya klubuna getməkdə səhv addım atdınız?

- Formaya düşməmişdim. Zədəmi bərpa edirdim, birdən-birə dedilər ki, gəl, biz səni müalicə edəcəyik. Hamı deyir ki, Kamran bir nömrəli qapıçıdı. Amma məşq etməsən, bu ada sahib çıxa bilməzsən. 20-25 yaşda insanın üzərində məsuliyyət az olur, 32 yaşında pik nöqtədə olursan, millinin aparıcı siması olursan və hər bir səhvin özünə yaraşmır. Çünki hər bir hərəkət səni hörmətdən sala bilər. Yəni, bu adı qoruyub saxlamaq çox çətin olur.

- Əsas suala cavab vermədiniz - sizi əvəz edəcək qapıçı kim ola bilər?

- İstedadlı qapıçılarımız var. Amma məşqçilərin fikri başqa cürdü. Hamı deyirdi ki, Robert Prosineçki flankəsi miliyə dəvət etmir və ya Qurban Qurbanov kimisə kənarda qoyur. Baş məşqçi var ki, futbolçuda nəyisə tapır. Eləsi də var ki, futbolçu onun oyun fəlsəfəsinə uyğun gəlmir.

- Yaxın dostunuz Ruslan Əmircanov bugünlərdə ailə həyatı qurdu. Bəs siz atanızın arzusunu nə zaman yerinə yetirəcəksiz?

- Vallah, ailə həyatı insana hər zaman lazımdı, amma məsuliyyətli bir işdi. Təbii ki, ailə həyatı quracağam. Portuqaliyada olanda çempionatın birinci dövrəsinə yekun vuruldu, Emin Mahmudov Moskvaya uçdu, mən də Bakıya gəlirdim. Təyyarəyə minəndə jurnalistlərin birindən zəng gəldi, ona dedim ki, təyyarəyə minirəm, danışa bilmirəm, səhər danışarıq. Dedi niyə? Dedim ki, Azərbaycana gəlirəm. Niyə gəldiyimi soruşdu, səmimi olaraq dedim ki, darıxıram, ailə qurmaq vaxtıdır, atamla məsləhətləşməliyəm. Səhər Bakıya çatanda gördüm ki, aləm dəyib bir-birinə. Portuqaliyadan darıxdığım üçün qayıtmadım. Sadəcə, dizim imkan vermədi. "Benfika" ilə oyunda da qalmaqal yaşanmışdı və bu, futbolda olan hadisələrdi. Əlbəttə, bunun peşmançılığın çəkirəm. Mən "Boavişta"da qalıb futbol oynamaq niyyətində deyildim, daha yaxşı yerə getmək istəyirdim. Çünki komandanın vəziyyəti yaxşı deyildi. Bir də belə bir şey deyim ki, əziyyətimiz olub, iki təhsilim var, dövlət işində işləmək istəyirəm. Belə getsə, işləyəcəyəm. Daha doğrusu, işim artıq təyin olunub. Futbol üçün darıxmasaydım, çoxdan karyeramı başa vurmuşdum. Futboldan ləzzət aldığım üçün bu işlə məşğulam.

- Hansı sektorda işləyəcəyiniz bəllidi?

- Dövlət işidir. Təyinat olmayıb, amma olacaq. Deməyim odur ki, futbolu sevdiyim üçün buradayam. 10 ildən çoxdur ki, peşəkar futbolla məşğulam, milli komandanın formasını heç kimlə dəyişməmişəm. Ulduz futbolçu olsa da, bayrağımıza görə formanı dəyişməmişəm. Bundan sonra forma dəyişməyəcəyəm. Qismət olsa, səfərbərlik elan olunsa, Qarabağda döyüşməyə hazıram.

- Toy nə vaxtdı?

- Hələ ki, idmandan başımız ayılmır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 935   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

FIFA rəhbərinin maaşı məlum olub

"Sky Sports"un jurnalisti Rob Harris FIFA prezidenti Canni İnfantinonun aldığı maaşın səviyyəsini açıqlayıb. "Report" xəbər verir ki, FIFA rəhbəri 2023-cü ildə yenidən qurumun prezidenti seçildikdən sonra daha çox qazanmağa başlayıb. Onun 1,99 milyon avro maaşı 33 % artırılaraq 2,6

17 mart
.

Messinin transfer qiyməti ucuzlaşdı

Transfermarkt portalı oyunçuların dəyərini yeniləyib. xarici KİV-ə istinadla bildirir ki, yeni siyahıya əsasən, Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messinin transfer dəyəri 5 milyon avro azalaraq, 30 milyon avroya düşüb. Dəyərin azalmasına baxmayaraq, "İnte

26 mart
.

Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib - YENİLƏNİB + VİDEO

Azərbaycan millisi Bakıda təşkil olunan "FIFA series - Edition 2024" layihəsində növbəti oyununu keçirib. -ın məlumatına görə, yığma Bolqarıstan seçməsi ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 1:1. 59-cu dəqiqədə qonaqların heyətind

25 mart
.

Arda Turana bir illik həbs cəzası verildi

"Barselona"nın və Türkiyə milli futbol komandasının sabiq yarımmüdafiəçisi Arda Turan İspaniyada vergi cinayətlərinə görə şərti olmaqla bir il həbs cəzası alıb və 630 min avro məbləğində cərimə olunub. Bu barədə Kataloniya Ali Məhkəməsi məlumat yayıb. Tərəflər 2015 və 2016-cı illər üzrə gəli

19 mart
.

İtaliyada qaraçılar tanınmış idmançını qarət etdilər - VİDEO

Rusiyalı yüngül atlet, 2004-cü il Olimpiya Oyunlarının gümüş mükafatçısı, Dünya və Avropa çempionu Olesya Krasnomovetsin sənədləri və pulları olan çanta oğurlanıb. Bu barədə idmançı özü sosial şəbəkədə bildirib. İtaliyanın Roma şəhərində olan tanınmış idmançı qaraçılar tərəfindən qarətə məruz qalıb

18 mart
.

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Portuqaliyanın Kantanhede şəhərində keçirilən Dünya Kubokunda finala yüksəliblər. xəbər verir ki, yığmanın heyətində Mədinə Mustafayeva, Vladimir Dolmatov və Dilarə Qurbanovadan ibarət üçlük həlledici mərhələdə iştirak hüququ qazanıb. Martın 22-s

24 mart
.

"Beşiktaş" Qurban Qurbanovu istəyir

"Beşiktaş"ın baş məşqçisi Fernando Santoşun ardıcıl məğlubiyyətlərindən sonra klub yeni çalışdırıcı axtarışındadır. İstanbul təmsilçisi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır. Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Fotospor" saytı yayıb. Bildirili

18 mart
.

Arda Gülerin yeni transfer qiyməti açıqlandı

Xəbər verdiyimiz kimi "Transfermarkt" İspaniya La Liqasında çıxış edən ən dəyərli futbolçulardan ibarət 11-i açıqlamışdı. Ölkə.az -a istinadən xəbər verir ki, Arda Güler heyətdə yer almasa da, siyahıda yer alıb. "Transfermarkt"in açıqladığı yeni siyahıda ümumilikdə 20 futbolçu ye

26 mart
.

Karlos Sayns "Formula-1" Avstraliya Qran Prisinin qalibi olub

"Ferrari" komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns Avstraliyada "Formula-1" çempionatının üçüncü mərhələsinin qalibi olub. Yarış Melburndakı Albert Park trekində baş tutub. Onun moneqasklı komanda yoldaşı Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü "Maklaren"dən britaniyal

24 mart