"Sarkisyan rədd ol!" - Ermənistan inqilabın BİR ADDIMLIĞINDA – FOTO/VİDEO

"Sarkisyan rədd ol!" - Ermənistan inqilabın BİR ADDIMLIĞINDA – FOTO/VİDEOErmənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı keçirilən aksiyalar genişlənməkdədir.

Publika.az news.am saytına istinadən xəbər verir ki, Yerevanın bir neçə mərkəzi küçəsini bağlayan tələbələr və polis arasında toqquşmalar baş verib.

Nümayişçilər polisdən vətəndaşların yerdəyişməsi hüququnun məhdudlaşdırılmamasını tələb edirlər.

Qeyd edək ki, aprelin 13-də "Vətəndaş müqaviləsi" Partiyasının lideri, "Yelk" parlament fraksiyasının deputatı Nikol Paşinyan Serj Sarkisyanın mümkün baş nazirliyinə qarşı etiraz əlaməti olaraq gecə-gündüz aksiyasına başlayıb. Aksiya iştirakçıları prezident administrasiyası və parlament binalarının yerləşdiyi Baqramyan prospekti də daxil olmaqla, şəhərin mərkəzi küçələrini, o cümlədən ətraf rayonları şəhərin mərkəzi ilə bağlayan yolları bağlayıblar. Paytaxtda hərəkət artıq üçüncü gündür ki, iflic olub.

İşə tələsən insanlar yaranmış vəziyyətdən şikayət etsələr də, Paşinyan narahatlığa görə üzr istəyib və aksiyanın nə üçün keçirildiyini xatırladıb.

"Biz vətəndaşlardan üzr istəyirik. Amma biz bu kiçik narahatlıqla ən böyük narahatlıqdan – Serj Sarkisyan və Respublika Partiyasından qaçmağa çalışırıq", - Paşinyan bildirin.

Onun sözlərinə görə, tezliklə başqa küçələrdə də hərəkət kəsiləcək.

Öz növbəsində, polis nümayişçilərin Baqramyan prospekti üzrə irəliləyişinin qarşısını almaq üçün aksiyanın keçirildiyi yerləri mühasirəyə alıb.

Ermənistan KİV-inin yazdığına görə, Paşinyanın tərəfdarları "Yeritasardakan" metro stansiyasında hərəkəti bloklamağa çalışıblar. Onlar vaqonların qapılarının arasında uzanıblar. Polislər onları metro stansiyasından uzaqlaşdıra bilib. Bəzi xəbərlərə görə, metronun işi hazırda dayandırılıb.

Paşinyan bildirib ki, aksiyanın son məqsədi vətəndaşların maksimal sayının cəlb edilməsi ilə aprelin 17-də Serj Sarkisyanın baş nazirliyi üçün səs verəcək parlamentin işini iflic etməkdir.

Onun sözlərinə görə, əgər Ermənistan parlamentindən kənarda iclas baş tutsa, Yerevanı öz nəzarəti altına alacaqlar.

"İrəvan həqiqətən Ermənistan Respublikasının vətəndaşlarının paytaxtı olacaq. Biz hər şeyi bloklayacağıq. Hədəfimiz parlamentin sabahkı iclasına maneə yaratmaq və vətəndaşların küçədə olmasını təmin etməkdir", – erməni deputat bildirib.

Parlament üzvü bütün tərəfdarlarını parlament binasının ətrafına toplaşmağa çağırıb. Öz növbəsində, hüquq-mühafizə orqanları parlamentin binasına yaxınlaşmağı mitinq edənlərə qadağan edib.

https://www.youtube.com/watch?v=gBGjrP7wBfo


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1185   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maşını mübahisə etdiyi polis əməkdaşlarının üzərinə sürdü, bir nəfəri vuraraq QAÇDI - VİDEO

Türkiyədə avtomobil sürücüsü maşınnı mübahisə etdiyi yol polislərinin üzərinə sürüb. xarici mediaya istinadən xəbər verir ki, bir şəxs əzilməkdən son anda xilas olub. Belə ki, Diyarbəkirdə mübahisə etdiyi yol polisi əməkdaşlarının üzərinə maşın sürüb. Bu zaman sürücü hadisəyə müdaxilə etmək istəyən şəxs

27 mart
.

"Krokus Siti Holl"da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı açıqlanıb

"Krokus Siti Holl"da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 372-yə çatıb. xəbər verir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb. Bildirilib ki, martın 27-də Moskva vilayətinin Səhiyyə Nazirliyi konsert zalında törədilən terror aktı qurbanlarının siyahısın

28 mart
.

Bayden Putini yenə "qəssab" adlandırdı

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini növbəti dəfə təhqir edərək yenə "qəssab" adlandırıb. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, Bayden bu barədə Şimali Karolinada seçicilər qarşısında çıxış edərkən danışıb. O, çıxışında varlı vətəndaşla

27 mart
.

Tələbə qızlar saçyolduya çıxdılar - VİDEO

Türkiyədə tələbə qızlar bir-birilərilə saçyolduya çıxıblar. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. İki tələbə qız dostları ilə parkda görüşüblər. Bir müddət sonra problemi olan iki orta məktəb şagirdi mübahisə etməyə başlayıb. Mübahisə davaya çevrilib

27 mart
.

Kişinin mədəsindən 30 santimetrlik diri ilan balığı çıxarılıb

Vyetnamda bir kişinin mədəsindən 30 santimetrlik diri ilan balığı çıxarılıb. xarici mediaya istinadən xəbər verir ki, Vyetnamda bir kişi şiddətli qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin apardığı müayinələr nəticəsində kişinin qarnında ilan balığı olduğu müəyyən edilib. Əməliyya

27 mart
.

Aktrisanın 9 milyonunu oğurladılar

Rusiyalı aktrisa Yevgeniya İqumnovanın doqquz milyon rublu (təxminən 166 min 500 manat) oğurlanıb. yerli mediaya istinadla xəbər verir ki, naməlum şəxslər onun Sankt-Peterburqun Tyarlevo kəndindəki evinə daxil olublar. Məlumata görə, "Ələddin" cizgi filmində Şahzadə Yasemini səsləndirən aktris

26 mart
.

"Crocus" terrorçuları barədə YENİ FAKTLAR: Bir ay əvvəl...

Moskvada "Crocus City Hall" konsert zalında terror aktını törədənlərin məskunlaşdığı yataqxana bağlanıb. -in xəbərinə görə, bu barədə "RİA Novosti" məlumat yayıb. Təqsirləndirilən şəxslər dindirilmə zamanı etiraf ediblər ki, onlar paytaxtın şimalında yerləşən bu binada terror aktında

27 mart
.

Bu ölkənin prezidentinə qarşı sui-qəsd cəhdi olub - FOTO

Venesuela Prezidenti Nikolas Maduro Karakasın mərkəzində keçirilən mitinqdə həyatına sui-qəsd cəhdinin qarşısının alındığını bildirib. Bu barədə Prezident "Venezolana de Television" kanalının canlı efirində bildirib. Venesuela lideri 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmə

26 mart
.

Körpəsini ölümə tərk edən ana 20 il HƏBS oluna bilər

Türkiyədə yeni doğulmuş körpəsini tərk edən ananı 20 həbs cəzası ala bilər. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Diyarbakır rayonunda körpəsini tərk edilmiş binaya qoyan ana haqqında hazırlanan iddianamə qəbul edilib. Ananı "aşağı nəsildən olan qohumunu qəsdən öldürməyə cəhd"

27 mart