Bakıda maşın alverçilərinin yeni fırıldağı - FOTO

Bakıda maşın alverçilərinin yeni fırıldağı - FOTOBakıda ikinci əl avtomobillərin alveri biznesi inkişaf edir. Şənbə və bazar günləri maşın bazarına gedən yollarda tıxac yaranır. İş o yerə çatıb ki, alverçilər bazarın hüdudlarından kənara çıxaraq, birbaşa şosedən avtomobil "ovlayırlar".

İlk vaxtlar öz avtomobillərini satmaq istəyən sürücülər bunu yaxşı fikir kimi qəbul edirdilər, çünki bu halda bazara giriş üçün pul ödəmək lazım deyil (10 manat – red.) və əllə "pul təklif etməyə hazıram" işarəsi verən alverçi gördükdə, maşınlarını həvəslə saxlayırdılar.

Lakin vaxt keçdikcə bu problem yaratmağa başlayıb.

Sonxeber.az xəbər verir ki, bu barədə adını demək istəməyən paytaxt sakini Oxu.Az-a açıqlamasında danışıb:

"Mən Badamdarda yerləşən işlənmiş avtomobillərin bazarına gedirdim. Atama aid 2002-ci il buraxılışı olan "Mersedes E class" maşınını satmaq istəyirdim.

Bazara çatanda bir nəfər əlini qaldıraraq işarə etdi. Mən maşını saxladım.

O dedi ki, alverçidir və elə buradaca maşınımı ala bilər. Bir az sövdələşdikdən sonra razılaşdıq. Amma o, maşınımı tanış ustalara göstərəndə hər şey bir-birinə qarışdı.

Ustalar maşınıma "baxdıqları" və qəsdən maşınımdakı kiçik nasazlıqları düzəltdikləri zaman bu alverçi bütün var gücü ilə diqqətimi yayındırmağa çalışırdı.

Baxmayaraq ki, indiyə kimi maşında hər şey qaydasında idi, ustalar dedilər ki, maşında lyuk, kondisioner və əyləc sistemi işləmir. 1000 manat xərci var.

Onda anladım ki, bu bir fırıldaqdır. Onlar qəsdən kiçik nasazlıqları sıradan çıxarıblar ki, daha 1000 manat qiyməti aşağı salsınlar".

Aydın olub ki, analoji hadisələr artıq geniş miqyas alıb. Polisə şikayətlər daxil olub.

Nəhayət, dünən vəziyyətə post-patrul xidmətinin əməkdaşları münasibət bildiriblər. Onlar Badamdar ərazisində yol polisi ilə birgə operativ tədbirlər həyata keçiriblər.

Onlar alverçilərə maşın bazarına gedən yolun kənarında dayanmağa icazə verməyiblər. Polisin xəbərdarlığına məhəl qoymayanlar isə saxlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2010   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel
.

Qəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19 aprel
.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel
.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel
.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel