Xalq artistimiz xəstəxanaya yerləşdirilib? - Səhhəti ilə bağlı AÇIQLAMA

Xalq artistimiz xəstəxanaya yerləşdirilib? - Səhhəti ilə bağlı AÇIQLAMAXalq artisti Fəxrəddin Manafovun Almaniyada xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər doğru deyil.

Sonxeber.az xəbər verir ki, aktyorun çalışdığı rus Dram Teatrının direktor müavini İlham Məmmədov Yenicag.az-a açıqlamasında belə deyib:

"Fəxrəddin Manafov Almaniyada xəstəxanaya yerləşdirilməyib. O, həmin ölkəyə həyat yoldaşı ilə gedib. Teatrda tamaşası yox idi, ona görə də istirahət üçün Almaniyaya yollandı. Orda müayinə üçün xəstəxanada olub. Onurğasında yüngül problem var, bunu şişirtmək lazım deyil. Bir həftə olar ki, gedib, bir-iki günə Bakıya qayıdacaq".

Qeyd edək ki, Fəxrəddin Manafov "Kulis.az"-a Almaniyada xəstəxanada olduğunu bildirib: "Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur".

Aktyor bu haqda geniş danışmaq istəmədiyini, lazım gələrsə mətbuata açıqlama verəcəyini deyib.

Mədəniyyət   Baxılıb: 1753   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR