Payızda genişmiqyaslı müharibə BAŞLAYACAQ: 260 minlik ordu HAZIRDIR

Payızda genişmiqyaslı müharibə BAŞLAYACAQ: 260 minlik ordu HAZIRDIRRusiya Ukraynayla sərhəddə öz qoşunlarını gücləndirir və Ukraynanın sərhədlərində böyük müharibəyə hazır Rusiya qoşunu dayanır.

Sonxeber.az faktor.az-a istinadən xəbər verir ki, bu haqda Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov təhlükəsizlik üzrə 11-ci Kiyev forumunda danışıb.

Turçinov xatırladıb ki, Donbasda Rusiyanın gücləri iki korpusdan ibarətdir və şəxsi heyəti 35 mindən çox deyil. Onun sözlərinə görə, Ukrayna üçün əsas təhlükə sərhədin o tərəfindədir: "Rusiya Ukrayna ilə sərhəddə minlərlə tank, raket qoşunları və bir neçə ordu yerləşdirib. Bu iki korpus Ukrayna sərhədində yerləşən Rusiyanın əsas hərbi güclərinin genişləndirilməsi üçün vaxt uduşu funksiyasını yerinə yetirir. Donbas istiqamətində səkkizinci ordu və bu ordunun 159-cu diviziyası artıq bizim sərhədimizdədir və istənilən dəqiqə döyüş hərəkətlərinin aparılmasına hazırdır. Çernomorsk-Azov operativ istiqamətində 49-cu ordu, ikinci eşelonda isə Rusiya Şimal hərbi dairəsinin 58-ci ordusu var. Şimalda Rusiyanın Qərb hərbi dairəsinin 20-ci ordusu yerləşdirilib. Bu istiqamətdə ehtiyatda 1-ci tank ordusu var. Bunlar genişmiqyaslı tətbiqə və genişmiqyaslı kontinental müharibənin aparılmasına hazırdır. Dövlətimizə qarşı bu gün artıq 260 min Rusiya hərbçisi, 3,5 min tank, 11 min zirehli maşın, təxminən 4 min artilleriya sistemi, mindən çox reaktiv yaylım atəş sistemi və sair cəlb edilib. Bütün bu qoşunları Rusiyanın 4-cü və 6-cı orduları dəstəkləyəcəklər".

Turçinov həmçinin bilavasitə Ukrayna sərhədlərində yerləşdirilən Rusiyanın raket qoşunlarına diqqəti yönəldib: "Bu, müasir "İsgəndər" raketləri ilə təchiz edilən dörd raket briqadasıdır. Bu sistemlərin xarakteristikası Rusiyanın orta və kiçik mənzilli raketlərin qadağası üzrə razılaşmadan əyani çıxışını göstərir. Bu, yalnız Ukraynanı hədələmir. Rusiyanın bu razılaşmalardan çıxışı faktiki olaraq bütün Avropa ölkələrinə təhdiddir".

Daha əvvəl Ukrayna prezident Pyotr Poroşenko bildirib ki, Ukraynayla sərhəddə Rusiyanın bir neçə diviziyası müdaxiləyə hazırdır. Onun sözlərinə görə, Rusiya qoşunları həm şimal, həm də şərqdən müdaxiləyə hazırdır.

Öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının sabiq-spikeri, hərbi ekspert Vladislav Seleznyovun sözlərinə görə, Rusiya güclü tank yumruğunu formalaşdırır və bu, Rusiya qoşunlarının tammiqyaslı hücum ehtimalını istisna etmir.

Ukrayna Təhlükəsizlik Xidmətinin başçının müavini Viktor Kononenko qeyd edib ki, Rusiya payızda Ukraynada destabilizasiyasının yeni cəhdinə təşəbbüs etməyi planlaşdırır. Onun sözlərinə görə, "rusdillilərin müdafiəsi" kimi köhnə mövzudan istifadə ediləcək və bu, nizami qoşunların sonrakı müdaxiləsini güman edir.

"Ukrayna Təhlükəsizlik Xidməti Kremlin planları haqqında informasiyaya malikdir. Rusiya rusdilli əhalinin müdafiəsi bəhanəsi ilə qoşunları Ukraynaya yeritmək hədəfini qarşıya qoyub", - Kononenko vurğulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1979   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yaponiyada hərbi helikopterlər qəzaya uğrayıb, ölən və itkin düşənlər var

Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrinə məxsus iki SH60K hərbi helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, yeddi nəfər itkin düşüb. "Report"un "Kyodo" agentliyinə istinadən məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Minoru Kihara mətbuat konfransında bildirib

21 aprel
.

İranın xarici işlər naziri İsfahan üzərində vurulan PUA-ları uşaq oyuncağı adlandırıb

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian aprelin 19-da səhər İsfahan əyalətinə pilotsuz uçan aparatlarla (PUA) hücumun İsrail tərəfindən edildiyini təsdiqləməyib və onları "uşaq oyuncaqları"na bənzədib. "Dünən baş verənlər zərbə deyil. Bu, daha çox uşaqlarımızın oynadığı oyuncaqlar

21 aprel
.

Azyaşlı qız böyüklərə "dərs keçdi" - VİDEO

Azyaşlı qızın küçədə oturan yaşlı kişiyə kömək etməsi gündəm olub. -a istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Parkinson xəstəsi olan yaşlı kişinin su içə bilmədiyini görən qızcığaz ona köməklik edib. Həmin görüntüləri təqdim edirik:

22 aprel
.

14 yaşlı qız narkoman atasını yatarkən bıçaqlayaraq öldürdü - Səbəbi araşdırılır

Türkiyədə 14 yaşlı qız atasını yatarkən bıçaqlayaraq öldürüb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. Xəbər üzərinə hadisə yerinə sövq edilə

22 aprel
.

Qadın ticarət mərkəzinin 5-ci mərtəbədən özünü atıb - VİDEO

Türkiyənin İstanbul şəhərindəki ticarət mərkəzində qadın 5-ci mərtəbədən özünü atıb. xarici mediaya istinadən xəbər verir ki, qadın ticarət mərkəzinin döşəməsinə yıxılaraq hadisə yerində dünyasını dəyişib. Əldə edilən məlumata görə bu yaxınlarda həmin ticarət mərkəzində bir nəfər də həyatına son qoyub

22 aprel
.

Məşhur yarışmanın iştirakçısı keçmiş sevgilisi tərəfindən öldürdü: "Instagram"da paylaşdığı... -FOTO

Türkiyənin məshur "İşte benim stilim" yarışmasının iştirakçısı olan Yağmur Taktaş keçmiş sevgilisi tərəfindən öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, stil yarışmasının iştirakçısı Yağmur Taktaşın Amerikada keçmiş sevgilisi tərəfindən öldürüldüyü iddia edilib. Keçmiş sevgilinin qətldə

22 aprel
.

Rusiyada naməlum şəxslər polisləri güllələdilər: Ölənlər var - FOTO

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında naməlum şəxslər üç polisi güllələyib, patronlu pulemyotları oğurlayıb, qaçıblar. Hadisə təhlükəsizlik qüvvələrinin patrul xidməti apardığı zaman baş verib. Polislərdən ikisi hadisə yerində, biri isə xəstəxanada ölüb. Ölənlər tağım komandirinin müavin

22 aprel
.

Şri-Lankada avtomobil yarışda azarkeşlərə çırpılıb, ölənlər var

Şri-Lankada keçirilən avtomobil yarışında avtomaşlardan birinin xətdən çıxaraq azarkeşlərə çırpılması nəticəsində 7 nəfər ölüb, 21 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə Şri-Lankanın "Newsfirst" portalı məlumat yayıb. Qəza adada keçmiş hərbi qarnizonun ərazisində keçirilə

21 aprel
.

Yeniyetmə anasına qışqıran atasını bıçaqlayıb QAÇDI

Türkiyənin Bursa şəhərində yeniyetmə anasına qışqıran atasını bıçaqlayıb. xarici mediaya istinadən xəbər verir ki, Baş verən davada 16 yaşlı gənc anasına qışqıran atasına bıçaqla xəsarət yetirib. Hadisə saat 23:00 radələrində evdə baş verib. 42 yaşlı ata və 38 yaşlı ana arasında evdə mübahisə baş verib

23 aprel