Ermənistan qana doğru: "Sərkisyan, rədd ol!"

Ermənistan qana doğru: "Sərkisyan, rədd ol!"Paşinyan tərəfdarlarını küçələri tərk etməyə və Fransa meydanına toplaşmağa çağırıb.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, "Şəhərin müxtəlif küçələrini kəsən həmyerlilərimiz indi onları tərk edə və bizə qoşula bilərlər. Biz Fransa meydanındayıq", - o bildirib.

O, vətəndaşları ürəkləndirib ki, meydanda yüz minlərlə insan toplaşacaq.

Qeyd edək ki, Fransa meydanı İrəvanın əsas mərkəzi küçəsi sayılır, bir neçə prospekt burada kəsişir.

Məlumata görə, qarşıdurmaların gedişatında bir tələbənin almacıq sümüyü sınıb.

***

Koryuna küçəsində nümayişçilər Yerevan Dövlət Baza Tibbi Kollecinin tələbələrini onlara qoşulmağa çağırıblar. Binanın qapılarının bağlı olduğunu görən Paşinyanın tərəfdarları zorla qapıları açaraq içəri daxil olublar. Tələbələrə çağırışı çatdıran nümayişçilər sonra binadan çıxıblar və yürüşü davam etdiriblər.

Etirazçılar həmçinin İrəvan Pedoqoji Universitetinə daxil olublar. Paşinyan həmçinin universitetin müxtəlif mərtəbələrinə çıxaraq, tələbələri onlara qoşulmağa səsləyib.

***

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı keçirilən aksiyalar genişlənməkdədir.

Yerevanın bir neçə mərkəzi küçəsini bağlayan tələbələr və polis arasında toqquşmalar baş verib.

Nümayişçilər polisdən vətəndaşların yerdəyişməsi hüququnun məhdudlaşdırılmamasını tələb edirlər.

Qeyd edək ki, aprelin 13-də "Vətəndaş müqaviləsi" Partiyasının lideri, "Yelk" parlament fraksiyasının deputatı Nikol Paşinyan Serj Sarkisyanın mümkün baş nazirliyinə qarşı etiraz əlaməti olaraq gecə-gündüz aksiyasına başlayıb. Aksiya iştirakçıları prezident administrasiyası və parlament binalarının yerləşdiyi Baqramyan prospekti də daxil olmaqla, şəhərin mərkəzi küçələrini, o cümlədən ətraf rayonları şəhərin mərkəzi ilə bağlayan yolları bağlayıblar. Paytaxtda hərəkət artıq üçüncü gündür ki, iflic olub.

İşə tələsən insanlar yaranmış vəziyyətdən şikayət etsələr də, Paşinyan narahatlığa görə üzr istəyib və aksiyanın nə üçün keçirildiyini xatırladıb.

"Biz vətəndaşlardan üzr istəyirik. Amma biz bu kiçik narahatlıqla ən böyük narahatlıqdan – Serj Sarkisyan və Respublika Partiyasından qaçmağa çalışırıq", - Paşinyan bildirin.

Onun sözlərinə görə, tezliklə başqa küçələrdə də hərəkət kəsiləcək.

Öz növbəsində, polis nümayişçilərin Baqramyan prospekti üzrə irəliləyişinin qarşısını almaq üçün aksiyanın keçirildiyi yerləri mühasirəyə alıb.

Ermənistan KİV-inin yazdığına görə, Paşinyanın tərəfdarları "Yeritasardakan" metro stansiyasında hərəkəti bloklamağa çalışıblar. Onlar vaqonların qapılarının arasında uzanıblar. Polislər onları metro stansiyasından uzaqlaşdıra bilib. Bəzi xəbərlərə görə, metronun işi hazırda dayandırılıb.

Paşinyan bildirib ki, aksiyanın son məqsədi vətəndaşların maksimal sayının cəlb edilməsi ilə aprelin 17-də Serj Sarkisyanın baş nazirliyi üçün səs verəcək parlamentin işini iflic etməkdir. Parlament üzvü bütün tərəfdarlarını parlament binasının ətrafına toplaşmağa çağırıb. Öz növbəsində, hüquq-mühafizə orqanları parlamentin binasına yaxınlaşmağı mitinq edənlərə qadağan edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1607   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dilənçinin gözü döndü: Ona pul vermək istəməyən qadını BIÇAQLADI- VİDEO

Türkiyədə dilənçi qadını bıçaqlayıb. xarici mediaya istinadən xəbər verir ki, dilənçi ona pul vermək istəməyən qadını bıçaqlayıb. Hadisə ötən gün saat 17:00 radələrində Altıntaş Mahallesi İstasyon meydanında yerləşən restoranlardan birində baş verib. İddialara görə, uşağı ilə dilənən Hayriye Kırbaş adl

28 mart
.

Məhkəmə Donald Trampdan tələb olunan girov məbləğini azaltdı

Nyu-York apelyasiya məhkəməsi ABŞ-ın sabiq Prezidenti Donald Trampdan tələb edilən girov məbləğini azaldıb. Birinci instansiya məhkəməsi maliyyə fırıldaqçılığı ilə bağlı prosesdə cinayət təqibinin dayandırılması üçün 454 milyon dollar girov ödənilməsi barədə qərar çıxarmışdı. Apelyasiya məhkəməsi b

26 mart
.

"Crocus City Hall"dakı dəhşətli terrorda yaralananların sayı artdı

Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktı zamanı yaralananların sayı 360 nəfərə çatıb. Bu barədə "112" "Telegram" kanalı xəbər verib. Bundan əvvəl terror aktı nəticəsində 182 nəfərin yaralandığı bildirilmişdi. Xatırlada

26 mart
.

Tələbə qızlar saçyolduya çıxdılar - VİDEO

Türkiyədə tələbə qızlar bir-birilərilə saçyolduya çıxıblar. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. İki tələbə qız dostları ilə parkda görüşüblər. Bir müddət sonra problemi olan iki orta məktəb şagirdi mübahisə etməyə başlayıb. Mübahisə davaya çevrilib

27 mart
.

Bu şəhərdə evlər 1 dollara satılacaq

ABŞ-nin Merilend ştatının Baltimor şəhərinin bəzi məhəllələrində atılmış evlər şəhər sakinlərinə hər biri 1 dollardan başlayan qiymətlərlə satılacaq. "Ölkə.Az" xarici mediaya istinadən xəbər verir ki, layihənin məqsədi problemli məhəllələrin canlandırılması ilə bağlıdır. Belə ki, Merilend ştatınd

26 mart
.

Rusiyada şəhərin üzərində səma narıncı rəngə boyandı - FOTO

Rusiyanın Blaqoveşensk şəhəri üzərində səma narıncı rəngə boyanıb. xəbər verir ki, bu barədə ölkənin teleqram kanalları məlumat yayıb. Amur vilayətinin hidrometeorologiya mərkəzinin məlumatına görə, buna Monqolustan və Çindəki qum fırtınaları səbəb olub. Şəhər sakinlərinə gözlərini tozdan qorumaqla bağl

28 mart
.

"Terror aktının arxasında Ukrayna dayanır"

Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev "Crocus City Hall"dakı terror aktının arxasında Ukraynanın olduğunu deyib. "Qafqazinfo" xəbər verir ki, bu haqda məlumatı TASS yayıb. Patruşev jurnalistlərə açıqlamasında bildirib ki, faciənin arxasında Ukraynanın əli olması ehtimal

26 mart
.

Ağalarovlar terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırdılar

Araz və Emin Ağalarovlar Moskvada "Crocus City Hall"da törədilən terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırıblar. Konsert zalının adını daşıyan Müslüm Maqomayev Fondunun vəsaiti də yardım üçün istifadə olunacaq. Qeyd edək ki, "Crocus City Hall"un konsert zalınd

27 mart
.

Bu ölkənin prezidentinə qarşı sui-qəsd cəhdi olub - FOTO

Venesuela Prezidenti Nikolas Maduro Karakasın mərkəzində keçirilən mitinqdə həyatına sui-qəsd cəhdinin qarşısının alındığını bildirib. Bu barədə Prezident "Venezolana de Television" kanalının canlı efirində bildirib. Venesuela lideri 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmə

26 mart