Bakıya gətirilən "Galenvagen"in qiyməti dodaq uçuqlatdı -FOTO

Bakıya gətirilən "Galenvagen"in qiyməti dodaq uçuqlatdı -FOTOBakıda Mercedes-Benz G63 AMG-nin 2018-ci il buraxılışı üçün sifarişlər götürülür.

Sonxeber.az avtosfer.az-a istinadən xəbər verir ki, bunun üçün "Facebook" səhifəsi yaradılaraq elan verilib.

585 at gücünə malik bu avtomobillərin sifarişlə hazırlandığı və 6 ay müddətinə Bakıya çatdırılacağı vədi verilir. Avtomobilin qiyməti nə az, nə çox 142 min avrodur ki, bu qiymətə də gömrük xərcləri daxil deyil.

Gömrük rüsumunun 60-65 min manat olduğu qeyd edilir. Beləliklə, avtomobil Bakıya təxminən 360-365 min manata gəlib çıxır.

Qeyd edək ki, maşının mühərriki 4.0 l həcmdədir.

Maraqlı   Baxılıb: 2451   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR