Azərbaycanlı milyarderin yaxtasına basqın

Azərbaycanlı milyarderin yaxtasına basqınBu ilin fevralında Dubayda azərbaycanlı milyarder Fərhad Əhmədovun 540 milyon dollar dəyərində olan superyaxtasına silahlı polislər tərəfindən basqın edilib.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, məlumatı Birləşmiş Ərəb Əmirliklərinin ingilisdilli "Gulf News" nəşri yayıb.

Nəşrin məlumatına görə Dubayın beynəlxalq maliyyə mərkəzinin məhkəməsi (DİFC) London məhkəməsinin çıxardığı qərar əsasında milyarderin yaxtasına müvəqqəti həbs qoyub. Əhmədovun vaxtilə Roman Abramoviçdən aldığı "Luna" adlı 9-mərtəbəli, vertolyot meydançasına və iki üzmə hovuzuna malik 115 metrlik yaxta həmin vaxtdan bəri Dubayın "Port Rashed" limanında həbs altında saxlanılır.

Biznesmen apellyasiya verir

Ötən həftənin çərşənbə günü-aprelin 11-də DFİC məhkəməsi biznesmenin ailə trastına yaxtaya həbs qoyulması barədə qərardan apelyasiya vermək haqqı verib.

Yaxtaya həbs qoyulması London məhkəməsində Fərhad Əhmədovun keçmiş arvadı tərəfindən qaldırılmış boşanma təzminatı işi ilə bağlıdır.

Xatırladırıq ki, London məhkəməsi biznesmenin hələ 2001-ci ildə Rusiya qanunları əsasında bu ölkədə rəsmən boşandığı keçmiş arvadı Tatyana Əhmədovanın 15 il sonra qaldırdığı iddiaya baxaraq F.Əhmədovun ona az qala 600 milyon dollar təzminat ödəməli olduğu barədə qərar çıxarıb. Biznesmen məhkəmənin bu qərarını tanımadığını və bir sent də ödəməyəcəyini bəyan edib. Onun bəyan etdiyi kimi London məhkəməsinin ümumiyyətlə bu iddiaya baxmaq səlahiyyəti yox idi. Çünki nigah münasibətlərində olmuş tərəflərdən hər ikisi Rusiya vətəndaşıdır, bu nigah Rusiyada bağlanıb və bu ölkənin qanunları əsasında pozulub.

Tatyana "Luna"nın izinə düşür

Lakin Tatyana Əhmədovanın vəkilləri London məhkəməsində biznesmenin aktivlərinə həbs qoyulmasına dair qərar çıxarılmasına nail olublar. Bu ilin martında keçirilən prosesdə Tatyana Əhmədovanın vəkilləri bildiriblər ki, biznesmen hələ barəsində çıxarılmış təzminat qərarını yerinə yetirməyib və ən qiymətli aktivi olan "Luna" yaxtasını Panamada qeydiyyatdan keçmiş şirkətin adına keçirərək etibarlı şəkildə ingilis yuridiksiyasından gizlədib.

Qeyd edək ki, London məhkəməsində Tatyananın iddiası əsasında gedən prosesdə Fərhad Əhmədov özü heç vaxt iştirak etməyib. Onun maraqlarını vəkillər qoruyub. Qərar da biznesmenin özünün iştirakı olmadan çıxarılıb.

Britaniya agentləri Əhmədovun əmlakını müsadirə etmək üçün Dubaya gedir

Britaniya məhkəmələrinin adından hərəkət edən agentlər isə Əhmədovun yaxtasına həbs qoyulması üçün DFİC məhkəmələrinə müraciət ediblər. Bu müraciət əsasında DFİC hakimi fevralın 8-də iddianı təmin edib və Dubay polisi zorakı şəkildə yaxtaya daxil olaraq biznesmenin əmlakına həbs qoyub. Lakin yaxtanı hərracda satıb pulunu Tatyana Əhmədova və vəkilləri arasında bölüşdürmək üçün DFİC hakimləri tərəfindən "qərarın məcburi icraya yönəldilməsi barədə" yeni hökm tələb olunur.

Fərhad Əhmədov nə deyib...

"Gulf News"a müsahibəsində Əhmədov bildirib ki, o və keçmiş arvadı Rusiyada 2000-ci illərin əvvəllərində boşanıblar. Bu da Böyük Britaniyanın iki Rusiya vətəndaşı arasında mülki mübahisəyə qarışmasının və yaxtanın həbsi barədə çıxarılan qərarın legitimliyini sual altına alır.

Milyarder deyib: "Biz nigaha daxil olanda hər ikimiz Rusiya vətəndaşları olmuşuq. Habelə 2000-ci ildə nigahımız pozulanda da Böyük Britaniya yox, Rusiya vətəndaşları idik. Həmin vaxtdan bəri mən keçmiş arvadımın dəbdəbəli həyat tərzi keçirməsini təmin etmişəm. Ona iki oğlumun anası kimi lüks yaşayış şəraiti yaratmışam və bunun sübutları var. Lakin 12 il sonra London vəkilləri mənim keçmiş arvadımın şikayətini əsas götürərək İngiltərə Ali məhkəməsində iddia qaldırıblar".

Nəşrin yazdığına görə Əhmədovun qanuni nümayəndələri yaxtanın geri qaytarılması və hələ də Dubayda olan 50 heyət üzvünün azad edilməsi üçün mübarizə aparacaq.

"Kreml məruzəsi" və Skripalların işi: Əhmədov Rusiya naminə döyüşür

Fərhad Əhmədovun adı bu il fevralın sonlarında ABŞ Maliyyə Nazirliyinin hazırladığı və "Kreml məruzəsi"ində yer alıb. Həmin hesabat Rusiya hakimiyyətinə yaxın oliqarxların və Kreml elitasının aparıcı şəxslərinin çevrəsini müəyyən edirdi. Və siyahıda yer alanlara qarşı sanksiyaların tətbiq edilə biləcəyi elan olunmuşdu.

O vaxt həmin "Kreml məruzəsi"ində adı yer alanlardan təkcə Fərhad Əhmədov ABŞ-ın bu hərəkətini tənqid etdi və bunu qəsbkarlıq cəhdi adlandırdı. Biznesmen bəyan etdi ki, bu siyahıya daxil edildiyinə görə şəxsən hüquqi mübarizəyə başlayacaq və ABŞ-da məhkəmə iddiası qaldıracaq.

Daha sonra Böyük Britaniyanın Solsberi şəhərində keçmiş QRU polkovniki Sergey Skripalın və qızının zəhərlənməsinə görə Rusiyaya qarşı başladılan kampaniyada sinəsini qabağa verdi. Biznesmen istər Qərb, istər Rusiya KİV-lərində çıxış edərək Skripalların işini Moskvaya qarşı təxribat adlandırdı. Bu işin qurama olduğunu, keçmiş casusun zəhərlənməsinin arxasında Rusiyanın dayandığı barədə təbliğatı Moskvaya, prezident Putinə qarşı qəsd planlarının bir hissəsi olduğunu bildirdi.

Və F.Əhmədovun Rusiyanı müdafiə etmək üçün ABŞ-a, Böyük Britaniyaya qarşı sinəsini qabağa verib döyüşməsinin cavabı özünü çox gözlətməyib. Britaniya özünün Dubaydakı rıçaqlarını işə salaraq biznesmenin əmlakını qəsb etməyə cəhd göstərib.

Dubayda ingilis barmağı: DFİC-ə kim nəzarət edir

Məsələ burasındadır ki, DFİC ingilislər tərəfindən yaradılmış strukturdur, bu strukturun hakimlərinin əksəriyyəti ingilislərdir. Nəticədə yaxta DFİC-in yuridikasiyası altında olmasa da ona müvəqqəti həbs qoyulub.

Ötən il bu təzminat iddiası ilə bağlı qalmaqal başlayanda biznesmen öz vəkili vasitəsilə London məhkəməsinə təqdim etdiyi sənədlərdə rəsmən boşanandan sonra keçmiş arvadına hər il 3.6 milyon dollar ayırdığını, Sürrey qraflığındakı 22 milyon funt sterlinq dəyərində malikanəni ona bağışladığını, çoxsaylı avtomobil, qiymətli sənət əsərləri verdiyini bildirmişdi.

Ərinə xəyanət edən Tatyana və şəriət qanunları

Boşanmanın səbəbi isə Tatyana Əhmədovanın ərinə xəyanəti olmuşdu. Hansı ki, şəriət qanunları ilə idarə olunan Birləşmiş Ərəb Əmirliklərində bu əmələ görə qadını daş-qalaq edə bilərlər. Lakin şəriət qanunları ilə idarə edilən ölkədə ərinə xəyanət edən qadının tərəfini tutublar.

Məlumdur ki, bir çox zənginlər, o cümlədən azərbaycanlı oliqarxlar öz aktivlərini Dubayın offşor zonalarında yerləşdirməyə üstünlük verirlər. London məhkəməsinin çıxardığı qərar əsasında Dubayda F.Əhmədovun əmlakına həbs qoyulmasından sonra bu aktivlərin nə dərəcədə etibarlı qorunduğuna da sual yaranır.

Digər tərəfdən Dubay beynəlxalq maliyyə mərkəzi məhkəməsinin qərarı ərəb şeyxlərinin özlərini təhlükə altında qoymuş olur. Çünki ərəb şeyxlərinin arvadları da boşanma iddiasını London məhkəməsində qaldırmağa üstünlük verirlər. İngilis hüququ isə presedent hüququ üzərində qurulub. Yəni hansısa ərəb şeyxinin çoxsaylı arvadlarından biri onunla 6 ay-1 il yaşadıqdan sonra London məhkəməsində boşanma iddiası qaldıra və şeyxin sərvətinin yarısını bu presedent əsasında ələ keçirə bilər.

Əhmədovdan nəyin qisasını alırlar

Biznesmen xarici KİV-lərə açıqlamasında bildirir ki, London məhkəməsinin çıxardığı qərar və onun əsasında Dubay hakimlərinin verdiyi hökm onun əmlakını qəsb etmək, məhkəmə qərarı altında gizlənib soyğunçuluq həyata keçirmək cəhdidir. Motiv isə onun Skripalların işinə görə Böyük Britaniya hökumətinin, XİN-in Rusiyaya qarşı hücumlarına müqavimət göstərməsi, Londonun planlarını ifşa etməsidir.

F.Əhmədovun sözlərinə görə, ingilislər Skripal oyununu Rusiyadakı prezident seçkiləri ərəfəsində ona görə başlatmışdılar ki, hakimiyyətə yaxın oliqarxlar Londonun sanksiyalarından, əmlaklarının dondurulmasından narazı qalıb Putini devirsinlər. Lakin bu təxribat baş tutmayıb.

İndi isə belə görünür ki, Skripalların işində Londonu ifşa edən F.Əhmədovdan qisas almağa çalışırlar və bu işdə onun keçmiş arvadı ingilislərlə sövdələşməyə girib.

F.Əhmədov təkcə "Skripalların işi"ində Qərblə açıq polemikaya girməyib. Xatırlatmaq lazımdır ki, bir neçə il əvvəl Rusiya qırıcısının vurulmasına görə Moskva ilə Ankara arasında korlanmış münasibətlərin bərpasında da onun rolu olmuşdu. Sonralar bu barədə danışan Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu Moskva ilə Ankara arasında münasibətlərin bərpasında Əhmədovun rolunu qeyd etmişdi. Əlbətdə, bu da Qərbin xoşuna gələ bilməzdi, axı Türkiyə ilə Rusiya arasında son illər güclənən strateji tərəfdaşlıq Avrasiya qitəsində Qərbin mövqelərinin zəifləməsi ilə müşaiyət olunurdu. Nəticədə Əhmədovun Rusiyanın maraqlarını qorumağa yönəlmiş bütün bu fəaliyyətinin qisasını onun əmlakından almaq istəyirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2260   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi - FOTO

Rusiyada Voronej vilayətinin Liski şəhərində polis bölməsinə silahlı hücum edilib. Belə ki, naməlum şəxs oxunmayan nömrələri olan "Niva" ilə şöbəyə gəlib, daha sonra avtomatdan atəş açaraq içəri daxil olub və növbətçi bölməni ev şəraitində hazırlanmış bomba ilə partlatmağa çalışıb. Müşahid

16 sentyabr 2021
.

Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...

ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak

18 sentyabr 2021
.

Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü

Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib

16 sentyabr 2021
.

Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO

ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların

17 sentyabr 2021
.

Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO

Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur

17 sentyabr 2021
.

11 ayda 3 dəfə koronavirusa yoluxdu: Heç bir xəstəliyi omayıb

Türkiyənin Qaziantep şəhərində yaşayan 51 yaşlı qadın 11 ayda 3 dəfə koronavirusa yoluxub. -a istinadən xəbər verir ki, koronavirusa qarşı vaksin olunmayan qadın nəfəsdarlığından əziyyət çəkdiyi üçün reanimasiyaya yerləşdirilib. Ağciyəri zədələndiyinə görə, boğazından qidalanan Jale Düşmezer 10 gün əvvə

17 sentyabr 2021
.

Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO

Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını

17 sentyabr 2021
.

Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda

16 sentyabr 2021
.

Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı

İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş

16 sentyabr 2021