"Yoldaşım dedi ki, ilim çıxan kimi evlən" - əməkdar artist

"Yoldaşım dedi ki, ilim çıxan kimi evlən" - əməkdar artist"Həyat yoldaşım mənə dedi ki, ilim çıxandan sonra evlən. Onun hissetmə qabiliyyəti var idi. Öləcəyini hiss etmişdi".

Bu sözləri əməkdar artist Ənvər Həsənov "Stop" verilişində deyib.

Aktyor dünyasını dəyişən həyat yoldaşı Mömünat xanımdan danışıb. O, aktrisa xanımının vəsiyətini açıqlayıb:

"Bir gün otuzdurdu məni və istəklərini dedi. Mən də etirazımı bildirdim. Dedi ki, ailə qur, sözümə qulaq as. Dedim ki, pasportda sənin adın yazılıb, bəsdir. Ondan sonra baldızlarım, bacılarım çox dedi evlən. Amma razılaşmadın. On ildir yanımda yoxdur, amma hər gün onunla yaşayıram. Elə gün yoxdur ki, onu xatırlamayım.

Mömünat da aktrisa idi. Bütün filmlərə mənimlə çəkilib. O, dünyasını dəyişəndə övladımı Aytənin 29 yaşı var idi".

axşam.az

Şou-biznes   Baxılıb: 2456   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR