Milli Məclisdə İctimai TV ilə bağlı QƏRAR

Milli Məclisdə İctimai TV ilə bağlı QƏRARAzərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında "İctimai televiziya və radio yayımı haqqında" qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.

Sonxeber.az xəbər verir ki, layihəyə əsasən İctimai TV-də sosial reklam "Reklam haqqında" qanuna uyğun olaraq yayımlanacaq.

Qanuna edilən əlavəyə görə, ictimai yayım proqramlarında (verilişlərində) yayımlanan reklam asan başa düşülən olmalı və həmin proqramların (verilişlərin) elementlərindən vizual (görüntülü) və ya akustik (səsli) şəkildə fərqlənməlidir.

Digər əlavəyə görə isə sponsor reklamı şəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanmalıdır. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu qaçan sətirlə göstərilməklə, vizual, yaxud audio vasitələrlə təqdim oluna bilər. Hər bir ictimai yayım proqramında (verilişində verilən sponsor reklamında bu məlumatların ümumi həcmi 2 dəqiqədən çox olmamalıdır.

Sosial   Baxılıb: 929   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR