İki uşaq anası azərbaycanlı qadın Türkiyədə vəhşicəsinə öldürüldü - FOTO

İki uşaq anası azərbaycanlı qadın Türkiyədə vəhşicəsinə öldürüldü - FOTOTürkiyənin Dənizli vilayətinin Pamukkale bölgəsində yaşayan azərbaycanlı qadının meyiti evində tapılıb.

33 yaşlı Türkay İsayevanın meyitini bu gün səhər saatlarında qonşuları tapıb. Qonşular mənzildə meyit olması barədə polisə müraciət ediblər. İki uşaq anası olan qadının döyülərək öldürüldüyü bildirilir. Ölümün səbəbinin dəqiqləşdirilməsi üçün meyit ekspertizaya göndərilib.

Polis əməkdaşları binadakı təhlükəsizlik kamerasının görüntülərinə baxıb. Binanın sakinləri meyitin tapıldığı mənzildə çox vaxt dava-dalaş olduğunu, orada gecə klublarında işləyən qadınların yaşadığını deyiblər.

Hazırda cinayətin kim tərəfindən törədildiyi və həmin şəxsin saxlanılması istiqamətində iş başladılıb.

unikal.org

Dünyada   Baxılıb: 1325   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR