Boşanma xəbəri yayılan Fərda Azərbaycandan gedir - FOTO

Boşanma xəbəri yayılan Fərda Azərbaycandan gedir - FOTOAktyor Fərda Xudaverdiyev Türkiyəyə gedir.

Yumor ustası bu haqda "ATV kulis" verilişində deyib. O bildirib ki, səfərinin məqsədi məşhur aktyor Şafak Sezerlə görüşməkdir:

"Bir həftəyə gedib onunla görüşəcəm. Əminəm ki, onunla çəkiləcəyim film məni Türkiyənin 50-60 faizinə tanıdacaq".

F.Xudaverdiyev "Övladlarının aktyor olmasını istəyərsən" sualına belə cavab verib:

"Ən böyük istəyim onların futbolçu olmasıdır. Atamın istəyi ilə İqstisad Universitetində oxudum. Anamın istəyi ilə Kimya Biologiya Təmayüllü Respublika Liseyi bitirdim. Öz istəyimlə də aktyor oldum. Gecə ssenari yazanda atam gəlib əsəbiləşirdi. Valideynlərim aktyor olmağımı istəmirdi".

Qeyd edək ki, bir müddət öncə mediada aktyorun boşanma xəbəri yayılmışdı.

axşam.az

Şou-biznes   Baxılıb: 3449   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR