Prezident anons etdi: hansı radikal islahatlar olacaq?

Prezident anons etdi: hansı radikal islahatlar olacaq?Görünür ki, prezident radikal islahatların tərəfdarıdır. Bu radikal islahatlar idarəetmə aparatını sadələşdirəcək və oranı peşəkarların komandasına çevirəcək. Beləliklə də ölkənin idarə edilməsi çox uğurla aparılacaq. Bu, iqtisadi islahatların gedişinə də müsbət təsir göstərəcək və ölkə regionun lider dövləti kimi daha sürətlə inkişaf edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli Prezident İlham Əliyevin aprelin 18-də andiçmə mərasimində çıxışı zamanı siyasi islahatların daha da dərinləşəcəyi ilə bağlı nitqinə münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycanda siyasi islahatlara ehtiyac var:

"Doğrudur, Prezident çıxışında iqtisadi islahatların da adını çəkdi. Görünən odur ki, Pezident siyasi islahatları daha çox diqqətə çəkib. Siyasi islahatlar dedikdə hazırda əsas məsələ kadrların seçilib yerləşdirilməsi ilə bağlıdır. Yəni burada söhbət peşəkar bir komandanın formalaşdırılmasından gedir. Bu yalnız bacarıq və qabiliyyətinə görə proseslərə fəal müdaxilə etməyi bacaran şəxslərdən ibarət bir komanda olacaq".

Q.Hüseynli qeyd edib ki, prezident həcmcə şişirdilmiş aparatın təkmilləşdirməsinə diqqət çəkəcək:

"Azərbaycanda hələ sovet hakimiyyəti illərindən qalmış nazirlik və komitələr var. Nazirliklərin bəzilərinin olması vacib məsələdir. Amma elə komitələr var ki, büdcədən maliyyələşir, amma onların nə işlə məşğul olduğunu söyləmək çətindir. Ölkənin siyasi kursu var, Prezident İlham Əliyevin çıxışlarında, həmçinin akademik Ramiz Mehdiyev ideoloji prinsipləri əks etdirən məqalələrində Azərbaycan Avropa dövləti olmaq istəyi açıq şəkildə ifadə olunur. İslahatlar da bu yöndə aparılır və prezidentin dediyi kimi, bu dönəmdə daha da dərinləşəcək".

Q.Hüseynlinin sözlərinə görə, bundan əvvəl də ölkədə siyasi islahatlar keçirilib:

"Amma görünür, bu dəfə prezident ənənəvi idarəetmə sistemini köklü surətdə aradan qaldırmaq niyyətindədir".

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində çıxışı zamanı əldə edilmiş nailiyyətlərlə kifayətlənməli olmayacağımızı bildirib:

"Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1468   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel