Atası Atatürk dostu, özü Sovetin düşməni - Pasportunda "oğlu" yazılan azərbaycanlı qadın oğru

Sonxeber.az "Qara Volqa"nın üzvü olan məşhur qadın oğru 32 illik məhbus həyatı yaşamış Zerkalo Klara haqqında məlumat verir.

Zerkalo Klara adı ilə tanınan əsil adı Klara Yusifzadə olan qadın Azərbaycanın tanınmış oğrusudur. 1934 ildə məşhur inqilabçı Ağababa Yusifzadənin qızı olaraq dünyaya gəlib.

Atası ona Klara adını məşhur alman siyasətçisi Klara Setkinin şərəfinə verib. Klaranın dediyinə görə anası ömrünün sonuna qədər adını doğru tələffüz edə bilməyərək ona "Qlara" deyirmiş. Səfirlikdə işləyən Ağababa Yusifzadə isə Mustafa Kamal Atatürklə şəkili olan 2-3 nəfər azərbaycanlıdan biridir. Klaranın atası 1937- ci ildə Mircəfər Bağırov tərəfindən güllələnib. Zerkalo Klara sovet rejiminə qarşı çıxaraq onlardan qisas alıb. 15 yaşında olanda ilk dəfə məhbus həyatını yaşayıb. Klara cinayətkardan çox cinayət aləminin "avtoritet"lərindən idi. Ömrünün 32 ilini həbsdə yaşayıb. O, illər əvvəl verdiyi müsahibədə bildirmişdi ki, onu Azərbaycandan kənardakı məhbus evlərinə göndərirlər. Səbəbini bilməsə də, bu, belə olub. O, Azərbaycanın hüdudlarından kənarda cəzasını çəkən zaman gözlərinin ışığını da itirib. Taşavuzda –Qırğızıstanda adamyeyənlərin koloniyasında yatan "avtoritet" onlardan çox şey öyrəndiyini demişdi.

Zerkalo Klara 50-60-cı illərdə "Pəncəli Aslan" və "Paxan" ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi "Qara Volqa"nın fəal üzvü olub. Bu "banda" 50-ci illərdə Bakının ən məşhur oğru dəstəsi olub. Başçıların qadın olması, banda ələ keçirildikdən sonra məlum olub. Həmin məşhur "banda" Azərbaycan tarixində Cəmşid Əmirovun "Qara Volqa" əsəri ilə tanınıb.

Klara həbsdən çıxndan sonra şəxsiyyət vəsiqəsində Yusifzadə Klara Ağababa qızı yerinə "oğlu" yazdırıb.

Zerkalo Klara kişi qeyrətli qadın "Pristupnik" olub. Lotu Bəxtiyarın qadın cinayətkarlar və əsasən də Zerkalo Klara haqqında bir kəlmə sözü olub: Batya deyib ki, "Qadından Oğru olmaz".

Daha sonra onun haqqında deyilən fikilərdən biri də, barmaq izlərinin olmaması idi. Öz arxasında heç bir iz qoymayan cinayətkar anadan gəlmə barmaq izi olmayıb. Robin Qud misalı Zerkalo Klarada törətdiyi cinayətlərdən savayı, həm də kasıblara, yoxsullara kömək etməyi ilə də məşhur idi.

Klaranın iki oğlununda şəhid olduğu deyilsə də, bu haqda dəqiq məlumat yoxdur. Qadın oğru haqqında maraqlı faktlardan biri də, 70-80 -ci illərin şanson ifaçısı Aydınçik adi ilə tanınan Aydın Vəliyevin analığı olmasıdır. Aydınçikin ata bir ana ayrı qardaşı İskəndər müsahibələrin birində anası Klara ilə fəxr etdiyini bildirmişdi.

Əfsanəvi Zerkalo Klara 2011-ci ilin noyabr ayında vəfat edib.

"…Qayıda bilmədim bu yoldan. Və indi bütün ötənləri dərindən araşdırdıqdan sonra bu nəticəyə gəlmişəm ki, Tanrının hər kəsə bircə dəfə bəxş etdiyi ömür yan keçdi məndən. Hədər, boş yerə xərcləndi. Hər halda bu, mənim qismətim imiş görünür. Qismətdən də qaçmaq mümkünsüz bir işdi…"
Atası Atatürk dostu, özü Sovetin düşməni - Pasportunda "oğlu" yazılan azərbaycanlı qadın oğruAtası Atatürk dostu, özü Sovetin düşməni - Pasportunda "oğlu" yazılan azərbaycanlı qadın oğruAtası Atatürk dostu, özü Sovetin düşməni - Pasportunda "oğlu" yazılan azərbaycanlı qadın oğru


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2246   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021