O meyitlər orada çox qala bilməzdi, 2 gün sonra gördük ki, üfunətə dözmək

O meyitlər orada çox qala bilməzdi, 2 gün sonra gördük ki, üfunətə dözməkErmənilərin məşhur "Arabo" batalyonunun məhv edilməsi ilə bağlı araşdırmamız davam edir.

Ötən yazı "Gəncə batalyonu"nun döyüşçüsü Əli Sadıqovun döyüş yoluna həsr olunmuşdu. Yazıda Əli Sadıqovun "Həsənqaya əməliyyatı"ndakı fəaliyyəti və qısa döyüş yolundan bəhs etmişdik.

Bu dəfəki müsahibimiz 1988-ci ildən 1992-ci ilin sonuna qədər müharibə baş verən ərazilərdə yaralılara yardım etmiş həkim Aftandil Quliyevdir. Yenicag.az müsahibəni təqdim edir:

Qısa arayış:

Quliyev Aftandil İsmayıl oğlu 3 mart 1957-ci ildə Samux rayonunda anadan olub. Orta məktəbi Bakıda bitirib. Tibb universitetinin bitirdikdən sonra Samux rayonunda təcili tibbi yardım xəstəxanasında həkim işləyib. Könüllü olaraq Gəncə batalyonuna həkim kimi qoşulub. 1988-ci ildən 1992-ci ilin sonlarına qədər ön cəbhədə yaralılara tibbi yardım göstərib. Hazırda Gəncə şəhərində 3 nömrəli xəstəxanada həkim işləyir.

– Müharibəyə nə zaman qoşuldunuz?

– 1988-ci ildən Qarabağda ermənilər aktiv fəaliyyətə başlayıb kəndlərimizə hücum edəndən sonra həkim kimi hadisə yerlərinə getmişəm. Çaykənddə, Ağcakənddə olmuşam. Orada yaralılara tibbi yardım göstərmişəm. Təcili tibbi yardımda işlədiyimə görə harada hadisə olurdu, ora göndərilirdim.

– Uğurlu "Həsənqaya əməliyyatı"ndan sonra hara yerləşmişdiniz?

– Həsənqayada idik. Batalyon öndə idi, biz isə 4 nəfər- 2 həkim, 2 feldşerlə bir qədər aralıda yerləşmişdik. Orada yaralılara yardım edirdik. Batalyonun əsgərləri şahiddir ki, mən gecələri də onlarla bir yerdə olurdum ki, yaralananda onlara kiminsə kömək edəcəyini bilsinlər.

– "Arabo"nun məhvini necə xatırlayırsınız?

– Hadisədən 3-4 gün əvvəl ermənilər artilleriya ilə kəndi vurdular. Ona görə də, bir neçə dəfə yerimizi dəyişməli olduq. Açığı döyüşün olacağını gözləyirdik. Bilirdik ki, ermənilər keçirdiyimiz uğurlu əməliyyatlara cavab verəcəklər.

Həsənqaya ilə Tərtəri birləşdirən enli asfalt yol var idi. Ön tərəf düzlükdü. Asfaltın aşağı hissəsində post qurulmuşdu. Ermənilərin bu qədər qüvvə ilə gələcəyini gözləmirdik. Həmin axşam xatırlayıram ki, gecə saat 2-yə qədər oyaq qalmışdıq. Baxmayaraq ki, qarşıda postlarımız var idi, ancaq təhlükəni hiss edirdik. Ön postdan xəbər gəldi ki, erməni tankı yaxınlaşıb, sonradan geri çəkilib. Fikirləşdik ki, tank bizi yoxlamaq üçün gəlib. Gecə saat 2-də dincəlmək üçün yatdıq. Saat 4-ə yaxın əmr verildi ki, ermənilər ön postlara basqın edib, hamı döyüş üçün hazır vəziyyətdə olsun. Səhər saat 9-a kimi dayanmadan döyüş oldu. Saat 10-da döyüş tamamilə dayandı.

– Bəs döyüş bitdikdən sonra?

– Döyüş bitəndən yarım saat sonra əraziyə yollandıq. Ermənilərin meyitləri arxın içərisində idi. Bəzi meyitlərin kənarda olduğunu gördüm. Çox güman qaçmaq istəyərkən onlar da güllələrdən öz nəsibini alıblar.

– Meyitlərə baxış keçirdiniz?

– Meyitlərin üstünü yoxladıq. Üstlərində pasportları var idi. Çoxu Ermənistan vətəndaşı deyildi. Bəzi yazıları oxuya bilmirdik. Sonradan bildik ki, onlardan bəziləri Livandan gələn ermənilərdi . Üstlərindən pullar da çıxdı, sənədləri və pulları yerinə qoyduq. Silah işlərinə mən qarışmamışam. Bildiyim odur ki, silahlar briqadaya təhvil verildi.

– Yaralı erməni var idi?

– Bütün meyitlərə baxdım, orada bir dənə də olsun yaralı qalmamışdı.

– Meyitlərin taleyi necə oldu?

– Döyüş iyun ayının 29-da oldu, havanın necə dəhşətli isti olduğunu təsəvvür edin. Artıq bir saat keçməmişdi ki, meyitlərə milçəklər qonmağa başlamışdı. O meyitlər orada çox qala bilməzdi, 2 gün sonra gördük ki, üfunətə dözmək olmayacaq, xəstəlik yayıla bilər. Ona görə də, Mehman Ələkbərov bulduzer çağırdı və meyitləri olduqları yerdə, olduğu kimi də üstlərini torpaqlatdırdı. Bildiyimə görə, uzun illər ermənilər "Arabo" batalyonunun taleyindən xəbərsiz olublar.

– Həkim kimi yaralı düşmən əsgəri qarşınıza çıxıb?

– Olub, onlara da bir həkim kimi tibbi yardım etmişəm. Biz dinc və köməksiz insanları öldürmürdük. Bəziləri elə bilər ki, biz orada vəhşilik etmişik. Qətiyyən! Biz torpaqlarımızı işğal etmək istəyən düşmənə qarşı döyüşmüşük və haqlı olaraq da onları məhv etmişik.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1805   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021