Uşaqlara banka qoymaq olar? – PEDİATRDAN VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

Uşaqlara banka qoymaq olar? – PEDİATRDAN VALİDEYNLƏRƏ ÇAĞIRIŞXalq arasında tətbiq olunan alternativ tibbin ən populyarı banka qoymaqdır. Mübaliğəsiz demək olar ki, qədimdən bəri əksər xəstəliklərdə müalicə vasitəsi kimi banka və xardaldan istifadə olunur, əsasən də soyuqdəymə zamanı. Hesab olunur ki, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyəyə daha çox soyuq olub. Həmin yeri həcəmət deyilən xüsusi bir alətlə çərtib, yığılan qanı çıxarırlar. Qeyd edək ki, banka qoymağa daha çox yaşlı nəslin nümayəndələri üstünlük verir. Hətta azyaşlı uşaqlara da banka qoyurlar.

Bəs görəsən banka qoymaq həqiqətənmi faydalıdır? Azyaşlı uşaqlara banka qoymaq məqbuldurmu? Kimlərə banka qoymaq qətiyyən olmaz? Ailem.az bu suallara aydınlıq gətirməyə çalışıb.

Müasir tibb bankanı qəbul etmir

Həkim-pediatr Vaqif Qarayev deyir ki, müasir tibb banka və ya xardal kağızı qoymağı qəbul etmir: "Amma adət belədir ki, adi burun tutulmasında da, bel ağrısında da, topuğu ağrıyanda da banka qoyulur. Burada psixoloji inanmaq var. Əslində banka da, xardal da xalq təbabətinə aid olan bir şeydir".

Mütəxəssis banka qoymağın tibbi izahını verərək bildirir ki, banka qoyanda yerli qan dövranı yaxşılaşır: "Banka dərini qıcıqlandırır və qan dövranını yaxşılaşdırır. Buna görə də əzələ, sinir ağrılarına kömək edə bilər. Amma bronxitlərə, pnevmoniyalara təsir edib sağaldacaq bir qüvvəyə malik deyil. Sadəcə dəriyə yüngül təsir edir. Amma ondan aşağıdakı nahiyələrə yox. O mənada tibdə təsdiq olunan fikir odur ki, bankadan da, xardaldan da istifadə etmək düzgün deyil. Amma bizdə hələ də bu vasitələrdən istifadə edirlər. Bu məsələdə məni ən çox narahat edən gənclərin bu xardala, bankaya meylli olmasıdır. Bu, qəbulolunmazdır. Bəzən baxırsan ki, boynundan büzdümünə qədər banka qoydurur. Tutaq ki, soyuqdəymə varsa, onu niyə bel nahiyəsinə qoyursan? Yaşlı nəsil də gəncləri banka qoymağa daha çox məcbur edir".

2 yaşdan aşağı uşaqlara banka qoymaq olmaz

Həkim xəbərdarlıq edir ki, uşaqlara banka qoymaq qətiyyən olmaz: "Soyuqdəymənin kəskin vaxtı, yəni hərarətin yüksək vaxtı nə banka olar, nə də xardal. Bu, vəziyyəti daha da ağırlaşdıracaq. 2 yaşından aşağı uşaqlara isə ümumiyyətlə, banka qoymaq olmaz. O cümlədən bronxial astması, dərisində problem, allergik narahatlığı olan uşaqlara da qadağandır. Özünümüalicə üçün banka və xardaldan istifadə etmək istəyənlər bu olmazlara mütləq diqqət yetirməlidirlər. Çünki bu olmazlara baxmadan banka qoymaq uşaqlarda vəziyyətin pisləşməsinə, narahatlığa səbəb olur. Böyüklərdə isə ürəyində problem olan, qan təzyiqi yüksək insanlara banka qoymaq olmaz. Çünki vəziyyəti ağırlaşdıracaq".

Çirklənmiş qan anlayışı yoxdur

Banka qoyulduqdan sonra onun yerinin çərtilməsinin hansısa faydasının olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirən həkim bunu belə izah edir: "Banka qoyanda onun içərisində bir vakuum yaranır. Yəni təzyiqlər fərqi yaranır, dərini içinə doğru çəkir və həmin nahiyəyə çirklənmiş qan yığılır. Ona görə də çərtib təmizləyirlər. Sanki hansısa xəstəlik törədici qanı çirkləndirir və həmin üsulla onu çıxarırlar. Amma elmi baxımdan çirklənmiş qan anlayışı yoxdur. Bu üsul əsasən Türkiyədə xalq arasında çox populyardır. Amma təbabət bunu da qəbul etmir. Çünki onun heç bir tibbi izahı yoxdur".

Dərini zədələməsinlər, yandırmasınlar...

Banka qoyarkən hansısa bölgələrin daha çox qaralması bankanın düzgün qoyulmamasının göstəricisidir deyə V. Qarayev məlumat verir: "Yəni bankanın düzgün qoyulmasının da çox böyük əhəmiyyəti var. Mən deyirəm, banka olmaz, qadağandır. Amma buna baxmayaraq, banka qoydurmaq istəyənlər bilsinlər ki, düzgün qoymaq lazımdır. Dərini zədələməsinlər, yandırmasınlar və sair. Bir də, uşaqlardakı olmazlarla böyüklərdəki olmazları nəzərə alsınlar. Yoxsa xeyrindən çox ziyanı olacaq. Bütün bunlara baxmayaraq, bir daha deyirəm ki, böyüklər özləri bilərlər, amma uşaqlara banka qoymaq qətiyyən olmaz".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2076   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vərəmə qarşı peyvənd xərçəngin qarşısını ala bilər – TƏDQİQAT

ABŞ-nin Kaliforniya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, vərəm əleyhinə "Bacillus Calmette-Guérin" (BCG) peyvəndinin birdəfəlik dozası qaraciyər xərçəngi olan siçanların sağ qalma müddətini artırır və şişlərin böyüməsini ləngidir. -a istinadən bildirir ki, bu barədə nəticələ

25 fevral
.

Hamilə qadınların boyu niyə qısalır? – İZAH

Hamiləlik dövründə onurğanın əyriliklərinin artması səbəbindən qadının boyu kiçilir və bu, tamamilə təbii prosesdir. xəbər verir ki, bunu həkim-osteopat Dmitri Simkin açıqlayıb. Həkim prosesi belə izah edir:. "Qadının bətnindəki uşaq daim böyüyür və onu kifayət qədər yerlə təmin etmək üçün qadı

14 aprel
.

Həkim xəbərdarlıq etdi: "Uzunsaçlı gəlinciklər təhlükəlidir"

Uzunsaçlı gəlinciklər uşaqlar üçün ciddi təhlükə yarada bilər. -a istinadən bildirir ki, bunu Rusiya Uşaq Elmi-Tədqiqat Klinik İnstitutunun pediatrı Yekaterina Pasnova bildirib. O qeyd edib ki, uşaqlar gəlinciklərin başından qopan uzun saç tellərini uda bilərlər. Əgər bu tellər kifayət qədər uzun v

17 mart
.

Ağciyər xərçənginə qarşı peyvənd hazırlanır

Britaniya alimləri ağciyər xərçənginə qarşı dünyada ilk peyvənd hazırlayırlar ki, bu da xəstəliyin 90%-ə qədərinin qarşısını ala bilir. Bir neçə xeyriyyə təşkilatının "LungVax" peyvəndinin üç min dozasını yaratmaq üçün komandaya 1,7 milyon funt sterlinq vəsait ayırdığı bildirilir. Dərmanı

23 mart
.

Bu şəxslərdə uzaq səfərə çıxarkən qəfil ölüm riski daha çox olur

Uzaq məsafələrə səfər edərkən hansı insanların qan laxtalanması riskinin kimdə olduğunu açıqlayıb. -ə istinadən xəbər verir ki, kardioloq İqor Vidiaskin uçuşlar və ya digər səfərlər (avtobusla, qatarla) zamanı trombların əmələ gəlməsi ilk növbədə yaşlılara, hamilələrə, eləcə də kök insanlarda qəfil ölm

26 fevral
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

İnsan orqanizmində 12 cüt kəllə-beyin mərkəzləri var, onlardan 5-i ağız boşluğunda yerləşir. Bu nöqtələrdə masaj xidməti sağlamlığa çox müsbət təsir göstərir. xəbər verir ki, isti dəsmalla masaj etmək limfalarda qan dövranını yaxşılaşdırır, bioloji aktiv nöqtələri stimullaşdırır, dişlərin ağız və selikl

24 mart
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

7 aprel
.

İnfarktdan necə qorunmaq olar? - 8 sadə qayda

Sağlamlıq problemlərini uzun müddət müalicə etməkdənsə, qarşısını almaq daha yaxşıdır. -a istinadən bildirir ki, xəbər verir ki, düzgün qidalanma, müntəzəm fiziki fəaliyyət və pis vərdişlərdən imtina ürək xəstəliklərinin qarşısının alınmasında ən yaxşı tədbirdir. Genetik və yaş kimi bəzi faktorlar bizi

7 aprel
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24 mart