Azərbaycanda əti bahalaşdıracaq daha bir səbəb: "...ancaq maaş almaqla məşğuldurlar"

Azərbaycanda əti bahalaşdıracaq daha bir səbəb: "...ancaq maaş almaqla məşğuldurlar"Azərbaycanda mal-qaranın sayında böyük azalma rəsmi rəqəmlərdə də öz təsdiqini tapıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə iribuynuzlu mal-qaranın baş sayı 22,7 min baş azalaraq 2 milyon 684,1 min baş, qoyun və keçilərin baş sayı 126,3 min baş azalaraq 8 milyon 659,2 min baş olub. Bildirilir ki, bu dövrdə diri çəkidə 119,2 min ton ət, 458,2 min ton süd, 434,6 milyon ədəd yumurta, 51,7 min ton tərəvəz istehsal olunub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 2,1 faiz, tərəvəz istehsalı isə 2,3 dəfə artıb.

2017-ci ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,2 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 63,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,8 faiz artıb.

İri və xırda buynuzlu mal-qaranın sayının kəskin azalması ölkədə ət qıtlığının yaranmasına da rəvac verir. Ekspertlər hesab edir ki, ət qıtlığının yaranması monopolistlərin xeyrinə olacaq. Belə ki, xaricdən daha çox məhsul gətirən "işgüzar"lar baha qiymətə bazara təqdim edəcəklər. Bu isə qiymət artımına əsas verən amil olacaq.

Sonxeber.az xəbər verir ki, iqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında deyib ki, əgər heyvandarlıqla məşğul olan fermerlərə dəstək verilməsə, ət idxal getdikcə daha da genişlənəcək:

"Ölkənin bu sahədə tələbatı daha çox idxaldan asılı vəziyyətə düşəcək. Azərbaycanda bir statistika ənənəsi var. Komitənin təqdim etdiyi statistik məlumatlar bəlkə də real vəziyyəti əks etdirmir. Hesab edirəm ki, ölkədəki iri və xırdabuynuzlu mal-qaranın sayı daha azdır. Səmərəsiz bitkiləri Azərbaycana gətirməklə və buradakı örüş sahələrində həmin bitkiləri əkməklə, fermerləri həmin ərazilərdən qovub çıxartdılar. Dövlət fondunun minlərlə hektar torpaqlar sahələrində pambıq, soya kimi bitkilər becərir, eksperimentlər aparırlar. Əgər Azərbaycan hökuməti kənd təsərrüfatını inkişaf etdirmək istəyirsə, eksperimentləri bir yana qoyub, ənənəvi sahəni prioritet kimi təsdiqləməlidir. Biz demirik ki, idxal ümumiyyətlə, dayandırılmalıdır. Amma məsələ ondadır ki, Azərbaycanın daxili tələbatı ödəmə potensialı ola-ola, bu sahəni sıradan çıxarıb, ölkənin idxaldan asılı vəziyyətə salırlar. Təcrübələri məhdud sayda, bir neçə il ərzində aparmaq olar. Əgər səmərə verərsə, həmin sahələri genişləndirmək mümkündür. Amma birdən-birə heç bir gözlənti olmadan bu qədər sahələri boşaldıb zorla pambıq, soya, hətta taxıl, eləcə də digər bitkilər əkdirmək olmaz. Azərbaycanda taxıl sahəsi də spekulyasiya olunur. Guya, illərdir ki, taxıl istehsalı genişləndirilir. Amma digər tərəfdən un idxalı ölkə tələbatının 80 faizi qədərdir. Perspektivini bilmədiyimiz sahənin ölkədə tətbiqinə başlayırıq. Hesab edirəm ki, hökumət fermerlərin tələbatına uyğun işlər görməlidir. İşi fermerlər qurmalıdır, dövlət isə onlara kömək etməlidir".

Akif Nəsirli fikirlərinə onu da əlavə edib ki, Kənd təsərrüfatı naziri Heydə Əsədov nazir təyin olunandan bəri onun bu sahənin inkişafı istiqamətindəki dəsti-xəttini bəyənməyib:

"Ümumiyyətlə, hökumətin bu sahədəki siyasətini həyata keçirən nazirlik kənd təsərrüfatının inkişafı ilə məşğul olmur. Bəzi görüntü xarakterli işlər görsələr də, bunların kənd təsərrüfatının inkişafına heç bir aidiyyəti yoxdur. 2015-ci ili kənd təsərrüfatı ili elan edildiyi vaxt 54 rayonda kənd təsərrüfatı idarələri yaradıldı. Hər bir idarə üçün bir bina da inşa olundu. Bunun üçün də büdcədən milyonlarla vəsait xərcləndi. İndi həmin idarələr nə işlə məşğuldur? 5-10 işçisi var, onlar da ancaq maaş almaqla məşğuldur. Bu idarələrə tələbat var idimi?

Həmçinin, bir neçə il bundan öncə rayonlarda məhsulları uzun zaman saxlamaq üçün nəzərdə tutulmuş soyuducu saxlama kameraları tikdilər. İndi həmin saxlama kameralının 90 faizi boş qalıb. Bu soyuduculara ehtiyac vardımı? Biz tələbata uyğun hərəkət etməliyik, o tələbatı da Kənd Təsərrüfatı Nazirliyi öyrənməlidir. Ümumiyyətlə, birinci, hökumətin bu istiqamətdə ciddi tapşırıqları olmalıdır. Nazirlik də bu yöndə monitorinqlər keçirməli, müşahidələr aparıb tələbatı öyrənməlidir. Bu sahədə fermerləri düşündürən sualların hamısına Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyəti ilə cavab verməlidir. Amma çox təəssüf ki, hələlik biz bunun şahidi olmuruq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2191   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021