Vəzifəsindən azad edilən nazirimiz pullarını ölkədən çıxarır

Vəzifəsindən azad edilən nazirimiz pullarını ölkədən çıxarırTürkiyədə Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən "Global Media" şirkəti yaradılıb.

Sonxeber.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, İstanbulda "Cine 5" və "Kanal 6" telekanallarının ofisinin yerləşdiyi binada bu istiqamətdə 3 aydır intensiv hazırlıq işləri aparılır. Məsələnin maraqlı tərəfi odur ki, iri layihəyə Azərbaycanda "vurulmuş" nəqliyyat naziri Ziya Məmmədovun kadrı Elnur Abdullayev rəhbərlik edir. Yayılan məlumata görə, media holdinqin sahibi bu günə qədər qurulmasına 5 milyon dollara yaxın vəsait xərcləyib. Əgər bu şəxs Elnur Abdullayevdirsə, onda bu qədər sərmayə ola bilərdimi?

Qəzet yazır ki, bu suala birmənalı cavab vermək o qədər də asan deyil. Bilinən odur ki, Elnur Abdullayevlə Ziya Məmmədovu qohumluq əlaqələri bağlayır. Məlumatlara görə, Elnur Abdullayev sabiq nazirin baldızı oğludur. Onu vəzifə pillələrinə qaldıran da Ziya Məmmədov olub. Nəqliyyat Nazirliyinin tabeliyindəki müxtəlif qurumlarda çalışmış Elnur Abdullayev yaxın qohumunun himayəçiliyi ilə qısa zamanda irəli çəkilib. Nəqliyyat Nazirliyi Rabitə Naziliyinə birləşdiriləndən sonra Ziya Məmmədov postunu itirsə də, Elnur Abdullayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi vəzifəsində qalırdı. DANX tabeliyində isə "Bakı Sərnişin Nəqliyyatı" MMC, "Avtomobil yük daşımalarının təşkili" MMC, "1 saylı Gəncə Regional Nəqliyyat" MMC, "2 saylı Quba Regional Nəqliyyat" MMC, "3 saylı Şirvan Regional Nəqliyyat" MMC, "4 saylı Lənkəran Regional Nəqliyyat" MMC, "5 saylı Yevlax Regional Nəqliyyat" MMC, "6 saylı Şəki Regional Nəqliyyat" MMC, "7 saylı Göyçay Regional Nəqliyyat" MMC, "8 saylı Sumqayıt Regional Nəqliyyat" MMC, "9 saylı Ucar Regional Nəqliyyat" MMC, "10 saylı Şəmkir Regional Nəqliyyat" MMC, "11 saylı Tovuz Regional Nəqliyyat" MMC, "12 saylı Beyləqan Regional Nəqliyyat" MMC, "13 saylı Cəlilabad Regional Nəqliyyat" MMC, "14 saylı Şamaxı Regional Nəqliyyat" MMC, "15 saylı Mingəçevir Regional Nəqliyyat" MMC, "Nəqliyyatservis" MMC, Tədris-Kurs Kombinatı və Respublika Texniki İdman Klubu vardı. Bundan başqa, paytaxtda fəaliyyət göstərən taksi şirkətlərindən birinin Elnur Abdullayevə məxsus olduğu haqda məlumatlar vardı. Həmin şirkətdəki taksilər əslində Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu və şirkətin idarə edilməsi, maliyyə hesabatlarına nəzarəti Elnur Abdullayevin həyata keçirdiyi bildirilirdi.

Anar Məmmədovun xalası oğlu Elnur Abdullayevlə münasibətlərinin çox yaxşı olduğu bildirilirdi. Həmçinin qeyd olunan taksi şirkətində Elnur Abdullayevin pay sahibi olduğu deyilirdi. Ziya Məmmədov onu 3 avqust 2015-ci il tarixli əmri ilə DANX rəisi vəzifəsinə təyin edənə qədər Elnur Abdullayev "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin baş direktoru vəzifəsində çalışıb. Ziya Məmmədov işsiz qalandan sonra onun kadrları da nəqliyyat sistemindən "təmizləndi"lər. Həmin günlərdə Elnur Abdullayev də vəzifəsini itirdi. Bundan sonra onun hara getdiyi, nə işlə məşğul olduğu bilinmirdi. Bir qədər əvvəl isə onun səsi Türkiyədən gəlməyə başlayıb. Türkiyədə hazırda telekanal açmaq elə də asan məsələ hesab olunmur. Həm də böyük bir layihə üçün böyük paraların olması da vacib şərtdir. DANX rəisi işləmiş birinin öz maliyyə hesabına belə bir layihənin altına girməsi inandırıcı görünmür. İndiki halda Ziya Məmmədova Türkiyədə telekanallar açmaq imkanı tanınması da inandırıcı görünmür. O da mümkündür ki, sabiq nazirin kadrları indi başqa bir məmur-oliqarxın bayrağı altına keçiblər. Türkiyədə gerçəkləşdirilən böyük layihəni də həmin məmur maliyyələşdirir. "Məqsədi, məramı nədir" sualı isə açıqdır. Hər halda yeni media holdinqin ortaya çıxaracağı məhsullar "musiqini sifariş edənin" kimliyini ortaya qoyacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1826   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23 aprel
.

"Azərbaycan Rusiya arasında əməkdaşlıq və dostluq əlaqələrin möhkəmlənməsi regiona davamlı təhlükəsizlik gətirir" - DEPUTAT

"22 aprel 2024-cü ildə Prezident İlham Əliyevin Rusiyanın dəvəti ilə Moskvaya səfər etməsi ölkələrimiz arası münasibətlərin inkişafında yeni bir səhifə açacaqdır". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, dövlət başçımızın işgüzar səfəri çərçivəsində ölkələr aras

23 aprel
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23 aprel
.

Sumqayıtda müəllim vəfat etdi

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən gün sözügedən məktəbin ingilis dili müəllimi Xuraman Əliyeva qəfil dünyasını dəyişib

23 aprel
.

Abituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA

Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçü

23 aprel
.

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyalar

23 aprel
.

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

"Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar ki, bu da çox önəmlidir". APA xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya mətbuatına müsahibəsində söyləyib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında SSRİ-nin süqutu dövründ

23 aprel
.

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Bu barədə -a TƏBİB-dən bildirilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 00,0 qr., boyu 49 sm.olub. Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatolo

23 aprel
.

Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi

"Enerji Construction" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Tovuz rayon prokurorluğunda araşdırma aparılıb. xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir. Bildirilib ki, araşdırm

23 aprel