Mafioz Məhərrəm Həsənov həbsdən buraxılmağa görə restoranda ziyafət verdi və həbs olundu

Mafioz Məhərrəm Həsənov həbsdən buraxılmağa görə restoranda ziyafət verdi və həbs olunduMoskva regionuna tərəvəzin, meyvələrin və göyərtinin təchizatı üzrə ən iri "kölgə" oyunçularından biri, kriminal aləmdə "Pokrovka Məhərrəm" kimi tanınan Məhərrəm Həsənov azadlıqda bir həftədən az olub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,"qanuni oğru" Rövşən Lənkəranskinin klanının nümayəndəsini ev dustaqlığında qalma qaydalarını pozduğu üçün təkrar həbs ediblər.

Xatırladaq ki, aprelin əvvəlində Həsənov dələduzluqda ittiham olunaraq saxlanılmışdı. Sonradan məhkəmə onun barəsində ev dustaqlığı qərarı çıxarmışdı. Lakin azadlığa çıxan kimi Həsənov elə həmin axşam bu hadisənin şərəfinə restoranda ziyafət təşkil edib. Dostlarını başına yığaraq, dəstəyə görə təşəkkürünü bildirib və heç ağlına da gətirməyib ki, restoranda aparılan videoşəkiliş onu yenidən barmaqlıqlar arxasına aparacaq. Bu azmış kimi, o, İstintaq Komitəsindən gələn çağöırış vərəqələrinə də reaksiya verməyib.

Rusiyanın paytaxtında Azərbaycanın bu yetirməsi müxtəlif meyvə-tərəvəz bazalarında "briqadir" olub, oraya gələn yük maşınlarından və ticarətçilərdən "xərac" alıb. Ona tabe olmayanları isə başlarına gələcək problemlərlə təhdid edib. Bu cür fəaliyyət "Pokrovka Məhərrəm"ə 200 milyon rubl gəlir gətirib. İstisna deyil ki, irəli sürülmüş ittihamlara başqaları da əlavə olunacaq - xəfiyyələrin versiyasına görə, Həsənov sanksiyaların təsiri altında olan ərzağın qeyri-qanuni təchizatı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəyə başçılıq edib. Qruplaşmanın digər üzvləri hazırda axtarışdadır.

Əvvəllər bildirildiyi kimi, bir vaxtlar Həsənov Biryulyovodakı Pokrovka meyvə-tərəvəz bazasında "nəzarətçi" (смотрящий) olub və "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) yaxın ətrafına daxil olub.

***
Bir müddət əvvəl Moskvda SOBR xüsusi təyinatlıları tərəfindən əlləri qandallanaraq saxlanılan tanınmış azərbaycanlı iş adamı, "Pokrovka Məhərrəm" kimi tanınan Məhərrəm Həsənov yenidən həbs olunub.

Sonxeber.az virtualaz.org-a istinadən bildirir ki, Məhərrəm Həsənov bu gün İstintaq təcridxanasına gətirilib. Xatırladaq ki, daha əvvəl Moskva vilayətinin İstra rayon məhkəməsi onunla bağlı ev dustaqlığı qətimkan tədbiri seçmişdi. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (dələduzluq) üzrə araşdırma aparılır.

Qeyd edək ki, "Pokrovka Məhərrəm" ilk dəfə bu il martın sonunda həbs olunmuş və Quba rayonundan olan milyarder Qod Nisanovun müdaxiləsindən sonra elə həmin gün azadlığa çıxmışdı.

"Pokrovka Məhərrəm" Moskvanı meyvə-tərəvəzlə təmin edən əsas fiqurlardan biridir, onun "AzFruit" şirkəti Rusiyaya meyvə-tərəvəz idxalında böyük paya malikdir. M.Həsənov azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin sahibi olduqları "Food City" topdansatış meyvə-tərəvəz bazasını idarə edir.

Əslən Şəmkir rayonundan olan M.Həsənov "Pokrovka Məhərrəm" ləqəbini Moskvanın məşhur "Pokrovsk" bazarını işlədərkən alıb. 2014-cü ilə qədər qalmaqallı "Pokrovsk" Moskvanın ən məşhur və böyük meyvə-tərəvəz topdansatış bazası idi...

Məhərrəm Həsənov və onun qardaşı Rövşən "Azfrut" şirkəti vasitəsi ilə praktiki olaraq bazarın ərazisinə gələn bütün yük maşınlarına ("fura"lara) nəzarət edirdilər. Qeyri-rəsmi məlumatlara görə, Həsənov qardaşları hər maşından 500 dollar "haqq" alırdılar. Bu pulun bir hissəsi bazarın real sahibləri İqor İsayevə və Əliəshab Hacıyevə gedirdi, hansılar ki, "Yeni Çeremuşki" şirkətinin təsisçiləri idilər.

"Pokrovka"nın bağlanması Azərbaycandan olan Qod Nisanovla Zarax İliyevin mövqelərini gözlənilmədən möhkəmləndirdi, hansılar ki, "müqəddəs yer boş qalmır" prinsipindən istifadə edib "Fud-siti" adlı böyük aqroklaster yaratdılar. "Pokrovka"dakı Azərbaycan tacirlərinin əksəriyyəti "Fud-siti"yə köçdülər və onu Moskvanın ən böyük meyvə-tərəvəz mərkəzlərindən birinə çevirdilər...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1387   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir

23 aprel
.

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı saxlanıldı - YENİLƏNİB

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib. Saxlanılanlar arasında "Hayastan" fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. da var. 11:29. Ermənistanın "Döyü

22 aprel
.

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi təfərrüat MƏLUM OLUB - YENİLƏNİB + FOTO

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən yeniyetmənin ailəsinin maddi vəziyyəti yaxşı olmayıb və o, bu səbəbdən dərsdən sonra neft məhsullarının satışı ilə məşğul olub, qazancını isə ailəsi ilə bölüşüb. Mərhumun atasının Bakıda işlədiyi

23 aprel
.

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib. Bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib. Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birin

22 aprel
.

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyalar

23 aprel
.

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır

23 aprel
.

Bu yay kəskin istilər olacaq? - AÇIQLAMA

Son zamanlar havaların həddindən artıq isti keçməsi insanlar arasında maraq yaradıb. Bəs bu il yay aylarında havanın temperaturu necə olacaq?. Mövzu ilə bağlı meteoroloq Cavidan Əliyev -a açıqlama verib. Meteoroloq məsələyə aydınlıq gətirib:. "Hal hazırda yay aylarında gözlənilən temperaturu demə

22 aprel
.

"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq

2022-2023-cü tədris ilində Azərbaycanda ali və orta ixtisas məktəblərindən turizm təhsili üzrə 1548 nəfər məzun olub. APA-ya istinadən bildirir ki, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə Dövlət Turizm Agentliyini

22 aprel
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

23 aprel